Bazar günü, 13 iyul 2025
     

“Sabir Qəhrəmanovun oxuduğu “Qarabağ şikəstəsi” hələ də qulaqlarımdan getməyib, o bütün zərb muğamlarını böyük şövqlə oxuyub” - Fərman Qarabağlı

Image

"O, televiziya kanallarında görsənməsə də, Qarabağ bölgəsində məşhur xanənədir"

Qarabağ çox istedadlı xanəndələr, çox böyük sənətkarlar, muğam biliciləri yetişdirib. Yarıgerçək, yarızarafat bir ifadə də var ki, Qarabağda hansı uşağı "döysən" "Segah" üstündə ağlayar. Yəni Qarabağın torpağı, havası, suyu, çörəyi o qədər bərəkətli, o qədər sayalı, o qədər ilhamvericidir ki, burda doğulan hər insanda oxumaq səsi var. 

Füzuli torpağı muğam sənətinə, ifaçılıq aləminə çox böyük sənətkarlar, möcüzəli səslər bəxş edib. Bu rayonda tanınan və tanınmayan xanəndələr çoxdur. Deyərdik ki, tanınmayanlar daha ziyadədir. Təəssüf ki, ya bu xanəndələrin reklama, tanınmağa maraq göstərməməsi səbəbindən, ya da mətbuatın, televiziyanın onlara elə də meyl göstərməməsi üzündən o səslər elə Füzulinin içində yayılıb və toyları-nişanları, el məclislərini bəzəyib. Tanımadığımız, amma tanımalı olduğumuz gözəl sənətkarlardan biri də Füzuli rayonunun bəy kəndlərindən olan Kərimbəyli kəndində doğulub boya-başa çatan, hazırda öz el-obasının içində yaşayan, o yerlərin toy-düyününə, şad günlərinə öz səsi ilə yaraşıq verən xanəndə Sabir Qəhrəmanovdur. Muğamla maraqlananlar S.Qəhrəmanovu çox yaxşı tanıyır, amma geniş tamaşaçı auditoriyası tanımır. 

Əslən Füzuli rayonunun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bu günlərdə bizimlə əlaqə saxlayaraq, Sabir Qəhrəmanovun sənətini bizə tanıtmaq istədiyini dedi. 

"Sizə Qarabağın bəy kəndlərindən olan Kərimbəyli kəndinin yetirməsi, televiziya kanallarında görünməyən, camaatın sevgisini və rəğbətini qazanan xanəndə Sabir Qəhrəmanov haqqında danışmaq istəyirəm. O, 1948-ci ildə anadan olub. Çox maraqlıdır ki, Azərbaycanda Sabir adında nə qədər oxuyanlar olub, hamısı yüksək məlahətli səsə malik olublar. Mən Sabir Mirzəyevin, Sabir Qəhrəmanovun, Sabir Əliyevin, Sabir Abdullayevin adlarını qeyd edə bilərəm. 

Sabir Qəhrəmanov  Asəf Zeynallı adına Musiqi Texnikimuna (hazırda kollecdir-İ.S) qəbul imtahanı verəndə sinif yoldaşımız rəhmətlik Yaşar Novruzovla birgə mən də getmişdim. Çünki Sabirlə sinif yoldaşı olmuşuq. Onu da deyim ki, biz Yaşara sinifdə "Lomonosov" deyirdik, çünki bütün fənləri əla oxuyurdu. Sabir qəbul imtahanında "Qarabağ Şikəstəsi" və "Cahargah" dəstgahı oxudu. Elə yüksək səviyyədə oxudu ki, imtahandan 5 aldı. Sabir böyük xanəndə Seyid Şuşinskinin tələbəsi Nəriman Əliyevin sinfində oxuyub. Bilirsiz ki, Nəriman Əliyev bu sahədə çox böyük pedaqoq olub və onun yetirmələri şöhrətli oxuyanlardır". 

F.Qarabağlı bildirdi ki, S.Qəhrəmanov el şənliklərində iştirak edib, amma kanallarda görsənməyib. "O, televiziya kanallarında görsənməsə də, Qarabağ bölgəsində məşhur xanəndədir. Mən yaxşı oxumayan adamı tərif edə bilmərəm. Onu da deyim ki, Sabir oxuyanda el-oba onun səsinə yığışardı. Çox cavan müğənnilər onun səsinin sehrinə düşüb sənətə gəliblər, oxumağı ondan öyrəniblər. Onun qardaşı Zakir Qəhrəmanov da yaxşı oxuyan olub. İstəyirəm ki, belə xanəndələri xalqımız yaxından tanısın". 

Söhbətimiz əsnasında F.Qarabağlı bir haşiyə də çıxdı. Dedi ki, elə məsələ var, ona toxunmadan keçmək olmur. F.Qarabağlı bildirdi ki, bu günlərdə televiziya kanallarından birində xalq artisti Səkinə İsmayılova məşhur xalq mahnısını oxuyurdu və "qıvrım teli darama" əvəzinə "qara teli darama" oxudu. "Çox maraqlıdır, qara teli niyə darama deyirlər? Düzgün ifadə deyil. Qara teli darayarlar, qıvrım teli daramazlar, Xan əmi demiş, qıvrım teli nə qədər darasan da hamarlaşmaz, yenə qıvrılıb yerinə qayıdar. Demək istəyirəm ki, xalq artisi bu mahnının sözünü təhrif edərək oxuyub. Axı böyük Xan Şuşunski belə oxumurdu. O, "qıvrım teli darama" deyirdi. Onun yolu ilə gedənlər də onun kimi oxudular, Arif Babayev də, Sabir Qəhrəmanov da Xan əmi kimi ifa etdilər bu mahnını. Qıvrım tel qara da, sarı da, yaşlı adamlarda lap ağ da ola bilər. İlk dəfə Hacıbaba Hüseynov "qıvrım teli darama" əvəzinə "qara teli darama" oxuyub. Ondan sonra bəzi xanəndələr Hacıbaba Hüseynova xoş getsin deyə "qara teli darama" oxuyublar. Çox istərdim ki, bu, hörmətli sənətkarımız Səkinə xanımın diqqətinə çatdırılsın. Belə uyğunsuzluqlar çox olur. Məsələn, ikinci bir nümunə. Aşıq Əhliman oxuyur ki, yenə gəldi yaz ayları, bülbül gülə naz eləyir. Çox maraqlıdır, bülbül bəydir, gül xanım. Bəy xanıma niyə naz etməlidir? Bülbül gülün sevgisindən özünü onun tikanlarına vurub sinəsini al qan edir. Bir vaxtlar aşıq Namiq Fərhadoğlu televizya kanallarından birində veriliş aparırdı və o verlişdə bir oğlan oxuyurdu ki, çinar boylu qızları var Şirvanın. Mən aşıq Namiqə zəng edib dedim ki, qardaş, qızlara çinar boylu demirlər. Aşıq Namiq dedi ki, düz deyirsiniz, qızlara sərvi boylu, oğlanlara çinar boylu deyirlər. Dedi ki, mahının sözlərini aşıq Əhliman yazıb, əgər etirazımı bilirsəm, o, şikayət edib mənim verilişimi bağlatdırar. Nə isə, mətləbdən uzaqlaşmayaq. 

Xeyli müddət əvvəl televiziyada "Əməkdar artist" yarışması gedirdi, çox xanəndələr orda iştirak edirdi. Sabir Qəhrəmanov orda bir "Simayi-Şəms" oxudu. Elə "Simayi-Şəms"i yalnız Arif Babayev oxumuşdu. Aşıq Əhliman da münsiflərdə idi. Sabirdən soruşdu ki, sən Ağdamdansan? Sabir də "yox, Füzulidənəm" dedi. Aşıq Əhlaman "olar" dedi. Sabir Qəhrəmanovun oxuduğu "Qarabağ şikəstəsi" hələ də qulaqlarımdan getməyib, o bütün zərb muğamlarını böyük şövqlə oxuyub". 

Sonda F.Qarabağlı bildirdi ki, söylədiyi bəzi fikirlərə etirazı olan adamlar varsa polemikaya hazırdır. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910