Bazar ertəsi günü, 14 iyul 2025
     

“MEDİA-nın təşkil etdiyi “Media könüllüləri” proqramında iştirak etməklə biz həm də bir ailə olmağı öyrəndik” - Zahid Məmmədli

Image

Medianın İnkişafı Agentliyinin (MEDİA) 2024-cü ilin oktyabr ayından cari ilin yanvar ayınadək müddəti əhatə edən yeddinci könüllülük proqramı uğurla başa çatıb. 

Proqramı uğurla başa vuran və  sertifikata layiq görülən gənclərdən biri Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Zahid Məmmədlidir. "Bakı-Xəbər" qəzeti redaksiyasının qonağı olan Zahid MEDİA-nın həyata keçirdiyi "Media könüllüləri" proqramında iştirakı, burda öyrəndikləri, qazandığı təcrübə barədə fikirlərini bizimlə bölüşdü.

- Zahid, Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi "Media könüllüləri" proqramına necə qoşuldun? 

- "Media könüllüləri" proqramı barədə birinci kursun əvvəllərində dostlarımdan eşitmişdim. Onlar məsləhət görmüşdülər ki, jurnalistika fakültəsində oxuyursansa bu proqrama qoşul, bu sənin gələcək jurnalistika faəliyyətində böyük rol oynayacaq. Mən də qeydiyyatın açılmağını gözləyirdim. Bir il əvvəl təxminən bu vaxtlar qeydiyyat başladı, motivasiya məktubu yazdım və müsahibəyə dəvət olundum. Müsahibə mərhələsindən keçəndən sonra artıq media könüllüsü seçildim.

- Media könüllüsü kimi hansı tədbirlərə qatıldın? 

- Müxtəlif təlimlərdə, tədbirlərdə iştirak etdim və üç ay müddətində öz aktivliyimi qoruyaraq birinci dərəcəli sertifikatla mükafatlandırıldım.  

- Üç aylıq proqram çərçivəsində nələri öyrənə bildin ki, məhz onlar sənin gələcək peşə fəaliyyətində və həyatında mühüm rol oynayacaq?

- Media könüllüsü seçiləndən sonra əsas məqsədim jurnalistika üzrə praktikamın daha da genişləndirilməsi idi. Məsələn, universitetdə öyrəndiyimiz nəzəri bilikləri Media Agentliyinin "Media könüllüləri" proqramı çərçivəsində hər həftə  təşkil etdiyi təlimlərdə yoxlayırdıq, öz üzərimizdə işləyirdik və jurnalistika sahəsində inkişaf edirdik. Həmçinin media könüllüsü olaraq da yaxşı dostlar, möhkəm sirdaşlar qazandıq, ünsiyyət bacarıqlarımız da artıb. Ünsiyyət bacarığı jurnalist üçün əsasdır. Medianın İnkişafı Agentliyi (MEDİA) və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Kreativ Media - Bakı" adlı məzmun müsabiqəsində qalib olduq. Bu ünsiyyətcillik, komanda ilə birgə işləmək bacarığı və sair kimi keyfiyyətlər media könüllüsü olaraq qatıldığımı təlimlərdə bizə vaxtında öyrədilmişdi. Biz keçirilən tədbirlərdə iştirak edərək başqa sahələrdə fəaliyyət göstərən könüllü dostlar da qazandıq. Başqa sahələrdən fərqli olaraq, media sahəsində könüllü olmaq ürəyimə daha çox yatır. Bir fikir də bildirmək istəyirəm ki, 2024-cü ildə Alidə Məmmədova və mən "İlin könüllüsü" seçilmişik. Biz öz aktivliyimizi media könüllüsü olaraq göstərdiyimizə görə bunu qazanmışıq.

- "Media könüllüləri" proqramı barədə ürəkdolusu danışırsan. Bəs təkliflərin nədir? 

- Səhv etmirəmsə, bu, yeddinci könüllülük proqramı idi. Media könüllüsü olaraq onu deyə bilərəm, rəhbərliklə könüllülər arasında elə bir bağ formalaşıb ki, sanki bir ailəyik və bir-birimizə dəyər veririk, arxalanırıq.  MEDİA-nın təşkil etdiyi "Media könüllüləri" proqramında iştirak etməklə biz həm də bir ailə olmağı öyrəndik.

Təkliflərə gəlincə, belə də davam edilsin, sükanı belə saxlasınlar. Həqiqətən də çox gözəl şəkildə bu proqram həyata keçirilib. İndiyə qədər heç bir narazılığım olmayıb. Bu proqram bütün cəhətlərdən bizim üçün çox faydalıdır. 

- Bəs dərslərinizlə bu işləri necə çatdırırsınız? Könüllü olmaq dərslərinizə hər hansı bir maneə törətmir ki?

- Qətiyyən, mane törətmir. Bizdən dərs qrafiki soruşulur və təlimlər də həftə sonlarına salınırdı ki, hər kəs təlimdə iştirak edə bilsin. Həm dərsimizdən qalmadıq, həm də təlimlərdə iştirak etdik.  

Məsələn, qayıb almışıqsa MEDİA universitet rəhbərliyinə məktub göndərərək bu qayıbın üzürlü səbəbdən olduğunu bildirir və  silinməsi üçün bizə dəstək göstərir. 

- Bəs yaşıdlarına nə tövsiyə edərdin?

- Hər bir gəncə demək istəyirəm ki, media könüllüsü olmaq ixtisasa baxmır. Bunu təcrübəmdən bilirəm. Mənim könüllülü yoldaşım vardı, ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində oxuyurdu, amma media könüllüsü idi. O, bu işdə həqiqətən, çox aktiv iştirak etdi və səhv etmirəmsə, birinci dərəcəli sertifikat aldı.  Deyim ki, artıq "Media könüllüləri" proqramına növbəti qeydiyyat başlayıb. Həvəsi olanlar, gerçək ailə mühiti görmək istəyən gənclər "Media könüllüləri" proqramına qoşulsalar peşman olmazlar.

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910