Cümə axşamı günü, 16 aprel 2026
     

Tərcüməçi və hüquq məsləhətçiləri bir peşə kimi ləğv ediləcək...

Image


Müasir dövrdə süni intellekt artıq insanlara rəqib ola biləcək dərəcədə inkişaf edib. Bu da texnoloji inkişafın və süni intellektin inkişafının səbəb olacağı problemləri indidən düşünmək üçün ciddi əsaslar yaradır. Süni intellektin sürətli inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyub. 

Xüsusilə dizaynerlər, mətn yazarları, tərcüməçilər və hətta hüquq məsləhətçiləri üçün süni intellekt əsaslı proqramlar ciddi rəqabət yaradıb. Süni intellektin bu cür inkişafının gələcəkdə bir çox sahələrdə işçi ixtisarına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Maraqlıdır, bu cür proqramlar bəzi ixisasların ləğvinə səbəb ola bilərmi?

Kamran Əsədov: "Süni intellektin inkişafı ilə bəzi peşələrə  tələbat olmaya bilər, lakin bu…"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhinə bildirdi ki, hər bir yeni dövrdə bir çox köhnə peşələr sıradan çıxır, amma süni intellekt müəllimləri tamamilə əvəz edə bilməz: "Süni intellektin üstünlükləri arasında yüksək sürət, dəqiqlik və işin fasiləsiz davam etdirilməsi var ki, bu da bəzi sahələrdə işçilərə olan ehtiyacı azaldır. Bəzi sahələrdə çalışanlar üçün bu texnologiya təhdid kimi görünə bilər. Məsələn, mühasibatlıq, maliyyə analizləri, data işləmə kimi sahələrdə süni intellekt artıq bir çox funksiyanı avtomatikləşdirməyə başlayıb. Eyni zamanda, fabrik işçiləri, kassir, sürücü, mətn və şəkil redaktorları kimi daha sadə və təkrarlanan işlər də tədricən sıradan çıxmaq üzrədir. Artıq bəzi böyük şirkətlər robotlar və süni intellekt əsaslı sistemlər vasitəsilə xidmətlərini göstərməyə başlayıblar. Belə olan halda, gələcəkdə bu iş sahələrində çalışanlar işsizlik risqi ilə üzləşə bilərlər. Texnologiyanın inkişafı təkcə iş yerlərinin itirilməsi ilə məhdudlaşmır. Yeni texnologiyaların gətirdiyi dəyişikliklər həm də yeni imkanlar və yeni peşələr yaradır. Xüsusən də rəqəmsal dünya, proqramlaşdırma, kibertəhlükəsizlik, data analizi, süni intellektin inkişafı və idarə olunması, biotexnologiya kimi sahələrdə baş verir. Gələcəkdə peşə seçimi edərkən gənclər məhz bu sahələrə yönəlməlidir. Çünki bu sahələrdə təhsil alanlar üçün iş imkanları geniş olacaq və onların bacarıqlarına hər zaman tələbat olacaq. İnsan təfəkkürü və yaradıcılığına əsaslanan sahələr gələcəkdə də öz yerini tutacaq. Məsələn, tibb, psixologiya, təhsil, incəsənət, dizayn kimi peşələr süni intellektin inkişafından qismən az təsirlənəcək. Bu sahələrdə insan əlaqəsi, empatiya, etik qərarlar və yaradıcı yanaşma tələb olunduğu üçün süni intellektin tamamilə əvəzləyə bilmədiyi sahələrdir. Buna görə də, insanlar gələcəkdə də bu sahələrdə yüksək peşəkarlıq səviyyəsi ilə öz yerini qoruyub saxlayacaqlar".

Ekspert hesab edir ki, süni intellektin inkişafı ilə bəzi peşələrə  tələbat olmaya bilər, lakin bu onun tamamilə sıradan çıxması demək deyil. Əksinə, insanın yaradıcılığı, düşünmə qabiliyyəti və sosial bacarıqları həmişə dəyərli olacaq və texnologiya ilə birlikdə işləməyi bacaran insanlar üçün yeni imkanlar yaradacaq. Texnologiyanı daha yaxşı anlamaq və istifadə etmək bacarıqları gələcəkdə uğur qazanmaq üçün ən vacib amillərdən biri olacaq.

Elvin Abbasov: "Süni intellektlə davranmağı bacarmayanlar, prompt yazmağı bilməyənlər işlərini itirəcəklər"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, süni intellekt iki istiqamətdə inkişaf etdirilir. Birincisi, spesifik sahələr üzrə süni intellektin inkişaf etməsidir: "Süni intellekt spesifik sahələr üzrə bütün peşələrə demək olar ki, yiyələnib, insandan daha yaxşı dizayn edir, daha yaxşı mətn yazır. Jurnalistlərin bir qismi də mətn yazmaq işini süni intellektə həvalə edib. Montajyorlar hansısa bir videonun çəkilişini, sujet xəttinin yazılmasını da süni intellekt vasitəsi ilə həyata keçirə bilərlər. "OpenAI"-nin yeni yaratdığı "Sora" adlı texnologiya mətni videoya çevirməyə qadirdir. İnsan faktoru qalacaq, yoxsa tamamilə yoxa çıxacaq? Əsas və önəmli sual budur. İnsan faktoru o vaxt qalacaq ki, insanlar süni intellekti idarə edə biləcək səviyyəsini qoruyub saxlayacaq. İnsan daim özünü inkişaf etdirirsə, süni intellektlə danışa, prompt yaza bilirsə, o zaman peşəsini qoruyub saxlayacaq. Süni intellektlə davranmağı bacarmayanlar, prompt yazmağı bilməyənlər işlərini itirəcəklər. Dövrün tələbi ən kiçik sahəni hamıdan daha yaxşı öyrənmək, o sahədə ixtisaslaşmaqdır. Müasir zaman rəqəmsal səriştəlilik və kiber təhlükəsizlik sahəsində müəyyən biliklər tələb edir. Bunlara yiyələnməyən peşələrin sahibləri öz işlərini itirəcəklər. Məsələn, SOCAR neft və qazın çıxarılmasını tamamilə avtomatlaşdıracaq. Evlərimizdəki kommunal sayğaclar elə "ağıllı" olacaqlar ki, aylıq məlumatları özləri serverə ötürəcəklər Qapı döyən insanlar yavaş-yavaş sıradan çıxaracaq, müfəttiş sahələri, "security"lər itib gedəcək. Bu saat elə biometrik kameralar, izləmə, nəzarət və təhlükəsizlik cihazları var ki, insandan daha yaxşı nəticə ortaya qoyurlar. Küçədə kiminsə saatlarla dayanıb sağa-sola baxmasına ehtiyac qalmayacaq. Süni intellekt dövründə ancaq intellektual insanlar öz peşələrində qalacaq. Bir çox sahələr avtomatlaşacaq. Ən böyük avtomatlaşdırma istehsalat sahəsində olacaq. Fabrik və zavodlar tamamilə insansız hala gələcək. Mühəndislərə iş olacaq, fəhlələr isə işsiz qalacaq. Amma bütün bunlardan qorxmaq lazım deyil. Azərbaycanda müəyyən barreldə neft hasil olunur. Nefti buruqlardan insanlar da çıxara bilər, avtomat qurğular da çıxarar. Orada insan faktorunun olmaması neftin hasilatını azaltmır. Əksinə, insan həyatı, orqanizmi üçün zərərli sayılan iş sahələrindən insanlar uzaqlaşdırılır. Həm də bu o deməkdir ki, digər inkişaf etmiş ölkələrdəki kimi insanlar hardasa çalışaraq aldığı əmək haqqını sosial müavinət formasında əldə edəcək". 

Fatimə Hacıbətli: "Süni intellekt daha çox mühasiblərin işinə müdaxilə edəcək, çünki…"

Sosioloq Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, süni intellektin inkişafı sürətlənib və qarşıdakı illərdə bu, hər kəsin həyatına daha çox təsir edəcək: "Süni intellekt daha çox mühasiblərin işinə müdaxilə edəcək. Belə ki, bu gün sırf insanların iştirakı ilə görülən bəzi işləri gələcəkdə kodlaşdırma ilə reallaşdırmaq mümkün olacaq. Bununla yanaşı tərcümə, hüquqi məsləhəti də süni intelekt həll edə biləcək. Siyasət, mühəndislik, incəsənət sahəsində və s. peşələr süni intellektdən daha az təsirlənəcək. Ölkəmizdə keçid dövründə süni intellektlə ayaqlaşa biləcək kadrlarımız olsa, təbii ki, bazarda yaxşı nəticələrə sahib ola bilərik. Kadr baxımından yetərsiz qalsaq, inkişafda geriləyəcəyik. Digər ölkələr isə irəli gedəcəklər. Bu səbəbdən hökumətlər bu istiqamətdə indidən müəyyən addımları düşünməlidirlər. Süni intellektin inkişafı yeni əmək bazarında olan dəyişikliklərə adekvat reaksiya verə bilməsələr, kəskin işsizlik problemi də müşahidə edilə bilər".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiya təyyarə qəzasına görə Azərbaycana kompensasiya ödəyəcək - razılıq əldə edildi...

Bakı-İrəvan vətəndaş cəmiyyətləri işinə üçüncü tərəflərin müdaxiləsi niyə ziyanlıdır?...

İşsizliklə bağlı məsələ qəlizləşir....

SON XƏBƏRLƏR

16.04.2026 / 10:16
Üç ayda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlandı

16.04.2026 / 09:59
Məktəb direktoru Türkiyədə tutularaq Azərbaycana gətirildi - 69 minlik dələduzluq...

16.04.2026 / 09:33
Rusiya Kiyev və Odessanı bombaladı - çox sayda ölü var...

16.04.2026 / 09:25
Messi fırıldaqçılıqda ittiham olunur - milyonluq iddia...

16.04.2026 / 09:19
Sabunçuda şəhid ailələri üçün tikilən bina təhlükədə - zirzəmiyə 18 gündür fasiləsiz su dolur...

16.04.2026 / 09:07
Tramp İranı danışıqlara qaytarmağın yeganə yolunu açıqladı

15.04.2026 / 22:12
XİN Türkiyədə məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verdi

15.04.2026 / 21:55
Türkiyədə daha bir məktəbə silahlı hücum - ölənlərin sayı 9-a çatdı... - YENİLƏNDİ

15.04.2026 / 21:31
ABŞ vitse-prezidentini silsilə uğursuzluqlara salan kimdir?... Tramp eyham vurdu...

15.04.2026 / 21:07
Hörmüzə görə problemə düşənlər Azərbaycanın təcrübəsinə həssas olsaydılar...

15.04.2026 / 20:42
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

15.04.2026 / 20:35
Əlimizdə qalan gəlirin 20 faizə qədəri borc yüküdür, gedərək artır - bu nə deməkdir?...

15.04.2026 / 20:13
Ermənistan cəmiyyətində hərbi xidmətdən imtina kütləviləşir... cəmi 30 faiz...

15.04.2026 / 19:54
İran ABŞ-ı sərt cavabla hədələdi - Üç dənizi birdən bağlayarıq...

15.04.2026 / 19:38
İrandan ərəb ölkələrinə təhdid dolu mesaj - “...hərbi təcavüz sayılacaq”

15.04.2026 / 19:20
ABŞ və İran razılığa gəldi - atəşkəsin müddəti uzadılır...

15.04.2026 / 18:56
Pilotlarımız “Anadolu Ankası – 2026” təlimində növbəti mərhələni tamamladı - FOTO

15.04.2026 / 18:49
Madyar Orbandan sonra prezidenti də istefaya göndərəcək, dövlət mediasının yayımını dayandıracaq - söz verdi...

15.04.2026 / 18:33
Bəzi səhiyyə işçilərinin əməkhaqları artırıldı

15.04.2026 / 18:18
Azərbaycanda iri və xırda buynuzlu mal-qara sürətlə azalır…

15.04.2026 / 18:07
Tramp-Papa münaqişəsi dərinləşir - xristian aləmində şok vəziyyət…

15.04.2026 / 17:49
Çin tankerləri Amerika təhdidini saymadı - Hörmüzdə Pekin-Vaşinqton savaşı?..

15.04.2026 / 17:44
Azərbaycanda içməli su problemi dərinləşir...

15.04.2026 / 17:35
Aİ-nin Macarıstan problemi Viktor Orbandan sonra da davam edəcək…

15.04.2026 / 17:32
Statistika Şurasının sədri dəyişdi

15.04.2026 / 17:30
İqtisadiyyatda narahatedici vəziyyət yaranır, təcili tədbirlərə ehtiyac var...

15.04.2026 / 16:55
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verildi - FOTO

15.04.2026 / 16:26
Nazirlər Kabinetinin bəzi səlahiyyətləri ləğv edildi

15.04.2026 / 16:20
Rusiya təyyarə qəzasına görə Azərbaycana kompensasiya ödəyəcək - razılıq əldə edildi...

15.04.2026 / 16:15
İsrailin Şərqdə şiə-sünni müharibəsi salmaq planından danışılır...

15.04.2026 / 15:51
Vens İslamabad görüşünün əsl uğursuzluq səbəbini demədi - səbəbkar Xamneyi oldu?..

15.04.2026 / 15:41
“Komandada yeganə minamyot tuşlayıcısı idi” - şəhid Sadıqov Rəsul Həşim oğlu...

15.04.2026 / 15:27
ABŞ-ın NATO-dan çıxmaq təhdidlərinə cavab - Avropa NATO-su yaradılır...

15.04.2026 / 15:17
ABŞ-ın Hormüz blokadasına qarşı İranın planı...

15.04.2026 / 15:04
Türk dostu Orbanın seçkidə məğlubiyyətinin kökü...

15.04.2026 / 14:49
Çin Trampın Hörmüz blokadasını iflasa uğratdı - necə?...

15.04.2026 / 14:39
80 manat müavinət alan veteranlar 2021-ci ildən 2 dəfə çoxalıb - qəribə deyil?..

15.04.2026 / 14:13
Vensdən papaya ağır ittiham – “gedin katolik kilsəsində baş verənlərlə məşğul olun”...

15.04.2026 / 13:48
Karapetyan Rusiya vətəndaşlığından imtina edir

15.04.2026 / 13:31
İsrail Livanla danışıqlarda Fransanın iştirakını rədd etdi - uzaq durun...

15.04.2026 / 13:11
Melonidən ABŞ-a çox danışılacaq "nüvə" cavabı – Tramp şoka düşdü...

15.04.2026 / 12:55
Güzəşt bitdi, ABŞ Rusiya neftinə sanksiyaları bərpa etdi…

15.04.2026 / 12:37
Elçin Quliyev məşhur güləşçiyə yüksək hərbi rütbə verdi

15.04.2026 / 12:19
XİN-də ABŞ rəsmisi ilə Strateji Tərəfdaşlıq Xartiyası müzakirə edildi

15.04.2026 / 11:56
Alimentə görə bu hallarda mənəvi zərər tutula bilər – Ali Məhkəmə açıqladı...

15.04.2026 / 11:29
Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb

15.04.2026 / 10:56
Yenilənmiş 100 manatlıq tədavülə buraxılır... - FOTO

15.04.2026 / 10:17
Azərbaycan nefti 118 dollara düşdü...

15.04.2026 / 10:03
Şəmkirdə və Tovuzda altı evi soyan oğru yaxalandı...

15.04.2026 / 09:51
Bakıda “Toyota“ ilə dəhşətli qəza törədən sürücü kimin nəvəsidir - TƏFƏRRÜATLAR...

15.04.2026 / 09:30
"Azərbaycan rusiyalıların təxliyəsinə kömək edib" - Rusiya XİN

15.04.2026 / 09:19
ABŞ rəsmən kömək istədi - Hizbullah liderinin başına 10 milyon dollar qoyuldu…

15.04.2026 / 09:01
ABŞ və İran nümayəndələri bu gün görüşə bilər…

15.04.2026 / 08:54
Xəzər dənizində 4,2 bal gücündə zəlzələ...

14.04.2026 / 22:43
ABŞ-la İran arasında nüvə gərginliyi artır – Vaşinqtonun 20 ilinə qarşı Tehranın 5 il təklifi…

14.04.2026 / 22:24
Çinin BYD avtomobilləri ilə bağlı təhlükəli xəbərdarlıq - söndürülmüş kimi görünsələr də…

14.04.2026 / 21:53
Brüssel Ermənistanda Putinin “seçki müdaxiləsinə” qarşı konkret tədbirlərə başladı...

14.04.2026 / 21:28
Paşinyan Azərbaycanla dəmiryolu mövzusunda hansı “siyasi öhdəlikdən” danışır...

14.04.2026 / 21:10
"Azərbaycan ABŞ ilə tərəfdaşlığı Asiya və Avropa arasında əlaqənin inkişafının açarı hesab edir" - Elçin Əmirbəyov

14.04.2026 / 20:56
Trampın Qəzza üzrə 19 milyardlıq maliyyə planı iflas etdi - cəmi 2 ölkə...

14.04.2026 / 20:30
Orbandan sonra Rusiyanın AB-yə təsir gücü zəiflədi - gündəmdə Fitso...

14.04.2026 / 20:11
TƏBİB-ə yeni icraçı direktor təyin olundu

14.04.2026 / 19:33
Tramp ABŞ-İran danışıqlarının ikinci turu ilə bağlı tarix açıqladı…

14.04.2026 / 19:15
İrana humanitar yardım üstündə açılan misilsiz perspektiv... Əliyevin qapısında sülh elçisi... Aydın QULİYEV yazır...

14.04.2026 / 18:14
Kəmaləddin Heydərova iki yeni müavin təyin olundu

14.04.2026 / 17:50
Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi

14.04.2026 / 17:34
Xəzərdə balıqçı batdı, axtarışa helikopter də cəlb edildi...

14.04.2026 / 17:26
Putinin yanındakı “erməni qanadının” Azərbaycan diasporuna qəzəbi soyumur...

14.04.2026 / 17:05
"İsrail İrandan sonra Türkiyəni vuracaq" - Türkiyə rəsmən bəyan etdi...

14.04.2026 / 16:50
ABŞ-İran danışıqlarında uğursuz olmuş vasitəçilər yenidən meydana atılıb - Türkiyə, Misir, Pakistan...

14.04.2026 / 16:18
ABŞ, İsrail və İranın Azərbaycana daha böyük ehtiyacı yaranır

14.04.2026 / 16:10
Nüfuzlu beynəlxalq qurum Bakı-İrəvan sülhünə "pis sonluq" hökmü verdi...

14.04.2026 / 15:44
Türkiyə gerçək təhlükəni yanlış zamanda açıqladı... Belə olmaz, Hakan bəy!..

14.04.2026 / 15:30
Türkiyədə məktəbə silahlı hücum - çox sayda yaralı var…

14.04.2026 / 15:15
Hesablama Palatası həyəcan təbili çalır, büdcə qanunvericiliyi üzrə pozuntularda artım qeydə alınır

14.04.2026 / 15:11
Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib - FOTO

14.04.2026 / 15:07
“Qara generalın” Türkiyədən “gözəl qadın” tələbinin arxasında Netanyahu var...

14.04.2026 / 15:00
Sensasiya - Bakı ilə sülh Kremlyönlü erməni müxalifətinin də əsas şüarına çevrilir

14.04.2026 / 14:55
Camal Mustafayevin xatirələri: “Nəsillərin varisliyini unutmaq olmaz!”

14.04.2026 / 14:35
“Bakı Naxçıvanın muxtariyyatını ləğv etdi” - beynəlxalq media qurumunun yanlışı...

14.04.2026 / 14:31
Neft sürətlə bahalaşır, 150 dollarlıq hədd yenidən keçilir

Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

XƏBƏR ARXİVİ