Bazar ertəsi günü, 3 mart 2025
     

Azərbaycan tranzit statusunu Rusiyanın "əlindən" aldı... Qazaxıstan qurtuldu...

Image

Qazaxıstan "Kaşaqan" neft yatağından hasil etdiyi neftlə yüklənmiş ilk tankerini Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəql etmək üçün Azərbaycana göndərib. Bu addımın Qazaxıstanın Rusiya marşrutlarından asılılığını azaltmasının göstəricisi olduğu vurğulanır. Ümumiyyətlə, Qazaxıstanın Rusiya vasitəsilə neft daşımalarını 80%-dən çox azaltması gözlənilir.

Aktau limanında tankerə yüklənən "Kaşaqan" neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Qazaxıstanın "KazMunayQaz" şirkəti bununla bağlı bildirib: "Kaşaqan"dan neftin ilk partiyası Bakı limanına göndərilib. Qazaxıstanın "Kaşaqan" neftini daşıyan "Taraz" tankeri Aktau limanından Bakıya yola düşüb. Neft daha sonra Bakı-Tiflis-Ceyhan boru kəməri sistemi ilə Aralıq dənizinə nəql olunub". Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirmək məqsədilə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşımalara başlayıb. "KazMunayQaz" və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında boru kəməri ilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin nəqli haqqında saziş imzalanıb. 2024-cü ilin martında "KazMunayQaz" və SOCAR Azərbaycan ərazisindən neft tranzitinin həcmini tədricən ildə 2,2 milyon tona çatdırmaq barədə razılığa gəliblər. Eyni zamanda, "Kaşaqan" yatağından neftin Xəzər dənizi vasitəsilə Azərbaycana ilk sınaq yükü həyata keçirilib. Dünya okeanlarına birbaşa çıxışı olmayan Qazaxıstan bu marşruta daha çox diqqət edir. 2024-cü ilin noyabrında energetika naziri Almasadam Satkaliyev bildirmişdi ki, Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri ilə illik neft tədarükünü 20 milyon tona çatdırmaq imkanlarını araşdırır. Qazaxıstanın Xəzər dənizi sahilində, Atırau yaxınlığında yerləşən "Kaşaqan" neft yatağı son onilliklərin ən böyük kəşflərindən biridir. Onun ehtiyatları 9-13 milyard barrel neft arasında qiymətləndirilir. Süni adalardan istifadə edilməklə burada kommersiya istehsalına 2016-cı ilin payızında başlanılıb. Qeyd edək ki, "Kaşaqan" neftinin Bakı-Tiflis-Ceyhan vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir. Bakı-Tiflis-Ceyhan vasitəsilə Azərbaycandan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. 2006-cı ildən 2024-cü ilin sentyabr ayının sonunadək Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton və ya təxminən 4,4 milyard barrel xam neft nəql edilib və dünya bazarlarına göndərilib.

Onu da xatırladaq ki, Qazaxıstan hazırda öz neftinin, təxminən 80%-ni təmin edən Xəzər Boru Kəməri Konsorsiumundan asılılığın azaldılmasını nəzərdə tutan bəzi layihələri canlandırmağa hazırdır. Belə ki, Astana Eskene-Kurık neft kəmərinin tikintisini və paralel olaraq Azərbaycan ərazisindən neft tədarükünün artırılmasını nəzərdə tutan Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sisteminin həyata keçirilməsi layihəsini bərpa etməyi planlaşdırır. Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sistemi üçün iki variantın - Qazaxıstan limanlarından Azərbaycan ərazisinə tankerlər vasitəsilə həyata keçirilməsi və Bakı-Tiflis-Ceyhan neft kəməri ilə xammalın sonrakı nəqli əsas planda yer alır. İkinci variant isə Qazaxıstan neftinin tankerlərlə Bakı limanına daşınması, sonra dəmiryol çənlərinə yüklənməsi və Qazaxıstanın neft yükləmə terminalının olduğu Gürcüstanın Batumi limanına göndərilməsidir.Bu gün Qazaxıstan neftinin nəqli üçün dörd neft kəmərindən istifadə olunur. Bunlardan ikisi (Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sistemi və Uzen-Atırau-Samara) xammalı daha sonra dünya bazarına çıxarmaqla Rusiyaya, daha ikisi isə (Atasu-Alaşankou və Kenkiyak-Kumkol) Çinə çatdırırlar. Eyni zamanda, bu neft kəmərləri ilə neft nəqlinin ümumi gücü 127 milyon ton təşkil edir. 2023-cü ildən başlayaraq Qazaxıstan Azərbaycan ərazisindən və Bakı-Tiflis-Ceyhan marşrutu ilə neft ixracı istiqamətini fəal şəkildə inkişaf etdirir. Ölkənin yeni Milli Planına əsasən, ortamüddətli perspektivdə Transxəzər marşrutu və ya Orta Dəhliz ilə neft tranzitinin ildə 7 milyon tona çatdırılması planlaşdırılır. Eyni zamanda, Azərbaycanın təklifi ilə yenidən fəaliyyətə başlayan Bakı-Supsa kəməri nəzərdən keçirilir. Bu kəmərdən yalnız Qazaxıstan neftinin ötürülməsi üçün istifadə olunacaq. Bu varianta görə Qazaxıstan nefti Azərbaycanın infrastrukturu vasitəsilə axacaq və beynəlxalq bazara alternativ çıxış əldə edəcək. Bu marşrutla ildə 3-5 milyon ton Qazaxıstan neftinin nəqli müzakirə edilir. Astananın öz ixrac marşrutunu şaxələndirmək üzrə iddialı planlarını nəzərə alaraq, Qazaxıstanın Azərbaycanın təklifini dəyərləndirəcəyi və Bakı-Supsanı özünün prioritet tədarük marşrutuna daxil edəcəyi gözlənilir. Bundan əlavə, Qazaxıstanın yeni Milli Planında Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində dəniz terminallarının, o cümlədən Transxəzər daşımalarını hər il 20 milyon tona çatdırmaq üçün xüsusi iri tutumlu tanker donanmasının tikintisi nəzərdə tutulur.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

03.03.2025 / 14:23
Tramp Ukraynada atəşkəs imzalayıb sülh danışıqlarını illərlə uzatmaq istəyir...

03.03.2025 / 14:22
İsrail 400 minlik ordu ilə yeni müharibəyə hazırlaşır

03.03.2025 / 14:07
Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalır...

03.03.2025 / 13:51
Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir – HESABAT

03.03.2025 / 13:37
Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

03.03.2025 / 13:25
Bakıya gətirilən bahalı avtomobillər Siyəzəndə yandı...

03.03.2025 / 13:18
Ukraynanın yaya qədər müharibəni ABŞ-sız davam etdirməyə silahı var...

03.03.2025 / 13:10
Браво, Зеленский! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

03.03.2025 / 13:03
"Tramp artıq Putindən mesaj alıb"...

03.03.2025 / 12:49
Trampdan Ukraynaya yeni mesaj - danışıqlara başqa adam göndərin...

03.03.2025 / 12:37
Trampın müşaviri: “Ukrayna ərazisini güzəştə getməlidir”

03.03.2025 / 12:22
Ukraynalılar ABŞ-ın vitse - prezidentinin kurort istirahətini pozdular...

03.03.2025 / 12:15
Zərif İranın vitse- prezidentliyindən 2-ci dəfə istefa verdi...

03.03.2025 / 12:03
Rusiya XİN Bakıda ermənilərin məhkəməsinə reaksiya verdi..

03.03.2025 / 12:01
Zövqsüz KÜTLƏ!

03.03.2025 / 11:30
Əli Əsədov bu məsələlərlə bağlı QƏRAR imzaladı

03.03.2025 / 11:20
Ağdərənin bu kəndinə ilk köç başlayıb

03.03.2025 / 11:10
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

03.03.2025 / 11:06
"HƏMAS girovları azad etməkdən imtina edərsə..." - İsraildən müharibə QƏRARI

03.03.2025 / 11:03
Putinlə Tramp dünyanı dağıda biləcəklərmi? - CANLI

03.03.2025 / 10:30
"Qarabağ" "Sumqayıt"a, "Səbail" "Şamaxı"ya qarşı

03.03.2025 / 10:22
Kirayə yaşadığı evdə dəm qazından boğularaq öldü...

03.03.2025 / 10:20
Brejnevin qızıl saatı 35 milyona satışa çıxarıldı

03.03.2025 / 10:16
Rusiyadan idxal olunan yararsız toyuq əti məhsulları məhv edilib

03.03.2025 / 10:12
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

03.03.2025 / 10:06
Mirşahin Ağayevin atası 89 yaşında vəfat edib

03.03.2025 / 10:01
Tramp elan etdi - ABŞ “dünyanın kriptopaytaxtı” olacaq...

03.03.2025 / 09:30
"Avropa liderlərinin görüşləri davam edəcək" - Hakan Fidandan açıqlama

03.03.2025 / 09:13
"Forbes" Hollivud ulduzlarının qazancını açıqladı - fantastik rəqəmlər!

03.03.2025 / 09:07
"Yaxın vaxtlarda mühüm qərarlar açıqlanacaq”- Zelenskidən PAYLAŞIM

03.03.2025 / 09:01
"Roma"dan qələbə, "Milan"dan məğlubiyyət

03.03.2025 / 08:30
Xırdalanda güclü yanğın olub, sakinlər təxliyə edilib

02.03.2025 / 22:09
Suriyada Türkiyəyə qarşı İsrail-Rusiya ittifaqı - Netanyahu Moskva ilə “gizli” danışıqlara başladı…

02.03.2025 / 20:55
Avropadan ABŞ-a ilk sanksiyalar gəldi - ABŞ qüvvələrinə və gəmilərinə yanacaq tədarükü dayandırıldı…

02.03.2025 / 20:30
ABŞ-Ukrayna gərginliyi NATO-nu dağıdır… Admiral xəbərdarlıq etdi - alyans son günlərini yaşayır…

02.03.2025 / 20:14
Biləsuvarda silahlı insident - bir nəfər güllələndi...

02.03.2025 / 20:03
Londonda Ukrayna sammiti başladı - iştirakçılar arasında kimlər var...

02.03.2025 / 19:55
231 saylı məktəbin direktoru müəllimlərin 600 manatlıq ad günü hədiyyəsini bəyənmədi: "Mənə dilənçi payı lazım deyil" - VİDEO

02.03.2025 / 19:42
Meloni Trampla Zelenskini barışdırmaq istəyir...

02.03.2025 / 19:27
Çexiya Ukraynaya kömək üçün yeni koalisiya yaratmağa çağırdı

02.03.2025 / 18:43
ABŞ Londonun “danışıqlara qayıdın” çağırışını rədd etdi - Zelenski üzr istəməlidir…

02.03.2025 / 18:00
ABŞ Zelenski ilə danışıqları rəsmən dayandırdı…

02.03.2025 / 17:26
Lavrov bütün faciələrin günahkarı kimi Avropanı görür

02.03.2025 / 17:10
Londonda Ukrayna üzrə Təhlükəsizlik konfransı başlayır

02.03.2025 / 15:48
Putin dayandırılmasa Moldovaya, hətta Ruminiyaya hücum edəcək...

02.03.2025 / 15:25
Britaniya və Fransa Ukrayna üçün sülh planı hazırlayır

02.03.2025 / 15:16
İğdır-Naxçıvan qaz kəməri gələn həftə istifadəyə veriləcək...

02.03.2025 / 15:06
Zelenskini siyasi qətllərdə ittiham etmək istəyirlər

02.03.2025 / 14:35
ABŞ tarixində görünməmiş hadisə - Tramp bunu da etdi...

02.03.2025 / 13:42
Deputatın təklifinə aqressiv etirazlar var - "kişinin kişilik haqqına qəsd Azərbaycan ailəsinə yaraşmaz"...

02.03.2025 / 13:11
Tutsilərin soyqırımında iştirak edən Fransa vətəndaşı həbs edildi

02.03.2025 / 12:38
Ali və orta təhsilli gəncləri ölkədən qaçıran nədir?...

02.03.2025 / 11:55
Parisdə Atatürkün heykəli oğurlandı, sonra isə....Fransa Atatürkün yeri deyil..

02.03.2025 / 11:44
Lənkəranda 2 nəfər saxlandı - 10 kq narkotik, silah-sursat... - FOTO

02.03.2025 / 00:10
Starmer Zelenskini bərk-bərk qucaqlamaqla Ağ Evə mesaj verdi

01.03.2025 / 23:55
NATO baş katibi Zelenskiyə çağırış etdi - Trampın haqqı verilməlidir…

01.03.2025 / 23:34
Macarıstan Moskvada 9 May qələbə paradında niyə iştirak etmək istəmir…

01.03.2025 / 21:30
Tramp Zelenski ilə gərgin mübahisədən sonra tapşırıq verdi - ABŞ Ukraynaya yardımları tam dayandıra bilər…

01.03.2025 / 21:01
Suriyadakı Rusiya qoşunlarıyla bağlı İsrailin gizli planı var

01.03.2025 / 19:53
Klassik üslubda yeni tamaşa

01.03.2025 / 19:46
"Tramp və Vens Putinin çirkin işlərini görürlər" – Senator Çak Şumer

01.03.2025 / 19:23
Zelenskinin gedişi azı 12 Avropa liderinin də məhvi olacaq...

01.03.2025 / 18:50
Yazdığım kimi oldu - AZAL əməkdaşı Kadırovun medalından imtina etdi...

01.03.2025 / 17:03
Dövlətlərin bir var "suveren təhlükəsizliyi", bir də var "suverenlik şərəfi"... - FOTO

01.03.2025 / 16:21
Ramazan Ayı: İslamda Müqəddəs Ay

01.03.2025 / 16:17
Ukrayna Zelenskini dəstəkləyir

01.03.2025 / 15:35
Trampın "Doktrinası" - "Kənardan balanslaşma", dünyanı gözləyən təhlükə, İlham Əliyevin yaratdığı yeni "beynəlxalq hüquq mənbəyi"... - VİDEO

01.03.2025 / 15:20
Bakıda kafeni qumarxanaya çevirənlər həbs edildi...

01.03.2025 / 15:07
Fatimə Mövlamlı həbs edildi

01.03.2025 / 14:26
Avrokomissiya yaşıl enerjiyə 100 milyard avro ayırdı - Azərbaycanın da payı olacaq(?)...

01.03.2025 / 14:21
Ermənistan azərbaycanlı əsirlərə işgəncə faktlarının müzakirəsindən qaçır...

01.03.2025 / 14:07
Füzulidə narkokuryerlik edən șəxs saxlandı

01.03.2025 / 14:07
Azərbaycan dili üstündə İran hakimiyyətində ciddi fikir ayrılığı var...

01.03.2025 / 13:56
Yeni təhsil proqramlarını universitetlər özləri hazırlasın - Nazirliyin müdaxiləsini ziyanlı sayanlar var...

01.03.2025 / 13:52
Zelenski Trampın "erasını " başlamamış bitirdi... Özü də gedə bilər...

01.03.2025 / 13:30
Trampla görüşdən sonra Ukrayna xalqı Zelenskini daha çox sevməyə başladı

01.03.2025 / 12:51
Azərbaycan ilə Türkiyə HHQ arasında əməkdaşlıq məsələləri müzakirə olundu

01.03.2025 / 12:25
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım etdi - FOTO

01.03.2025 / 12:00
Tramp Avropanı şoka salıb: Liderlər London sammitinə toplaşır

01.03.2025 / 11:54
Zelenski Ağ Evdəki "fiaskoya" görə üzr istəməlidir - Rubio

01.03.2025 / 11:20
Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib

Həmrəylik ili Azərbaycan ekologiyasının uduşuna çevrildi - bu işlərin hesabına...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456