Bazar ertəsi günü, 3 mart 2025
     

Kilsədən "şam vergisi" Ermənistanı qarışdırdı...

Image

Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlər yenidən özünün gərgin məcrasına qədəm qoyur. Bu dəfə də bəhanə kimi şam məsələsi ortaya atılıb.

Xatırladaq ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib: "Diaspor nümayəndələrindən biri hökumətlə kilsə arasında hansı problemlərin olduğunu soruşub. Ona dedim ki, məncə, kilsə şəffaf olmalıdır. Hamı hökumətdən şəffaflıq gözləyir. Biz bu tələblə razıyıq, bəs niyə kilsə qeyri-şəffaf olmalıdır?". Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, bəs niyə kilsə şam satanda vergi ödəmir?. O, daha sonra bildirib: "Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik, hamısını son qəpiyinə qədər kilsəyə qaytaracağıq". Baş nazir, həmçinin kilsənin fəaliyyəti dövlətdən ayrı olduğu üçün bütün ermənilərin katolikosu II Qaregini dəyişmək məqsədi güdmədiyini vurğulayıb. Məsələ ilə bağlı erməni ekspert Parqev Barseqyan qeyd edir: "Mən hakimiyyətin bu işdə nəyə nail olmağa çalışdığını birmənalı şəkildə söyləməkdə çətinlik çəkirəm. Bəzən Ermənistanın indiki hakimiyyətinin addımları məntiq çərçivəsinə sığmır. Görünən odur ki, bu, ya düşünülmüş, məqsədyönlü siyasətdir. ya da ölkə qanunvericiliyini elementar bilməməyin nəticəsidir". Onun sözlərinə görə, Ermənistanda dövlət-kilsə münasibətləri Konstitusiya, vicdan azadlığı və dini qurumlar haqqında qanun, çərçivəni aydın şəkildə formalaşdıran Ermənistan Respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında qanunla tənzimlənir: "Bundan əlavə, xüsusi olaraq bildirilir ki, ritual aksesuarlarının (buraya şam da daxildir) istehsalı və satışı vergiyə cəlb olunmur. Qlobal müstəvidə dövlət-kilsə münasibətlərində heç bir mübahisəli məsələ yoxdur. Bütün problemlər fərdiləşdirilib və daha doğrusu, Ermənistan Nazirlər Kabinetinin rəhbərinin katolikosla şəxsi münasibətləri müstəvisindədir. Kilsəmizin bütün mövcudluğu dövründə, hətta Osmanlı İmperiyasında, ərəb və ya fars hakimiyyəti illərində Erməni Apostol Kilsəsini güzəştli şərtlərlə müstəqil şəkildə dini atributlar hazırlamaq hüququndan məhrum etməyə çalışdıqları heç bir dövrü xatırlamıram".

Kilsələrin vergiyə cəlb edilməsi məsələsində dünya təcrübəsinə toxunan Barseqyan qeyd edib ki, Qərbdə erməni qanunlarına oxşar qanunlar mövcuddur: "Bu qanunlara əsasən, kilsə şamları bizdə olduğu kimi, iqtisadi fəaliyyətin məhsulu hesab edilmir və vergiyə cəlb edilmir. Bundan əlavə, bir çox inkişaf etmiş Avropa ölkələrində kilsələrə xüsusi münasibət var, hətta dövlətdən subsidiyalar da alırlar". Bu arada qondarma "erməni soyqırımı" ilə bağlı məsələ də Erməni Apostol Kilsəsi ilə Paşinyan arasında nifaqa səbəb olub. Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə bildirib ki, ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsi yenidən araşdırılmalıdır: "Biz "erməni soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu". Daha əvvəl  Paşinyan qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, "erməni soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil. Hakim "Vətəndaşı müqaviləsi" fraksiyasının üzvü Arsen Torosyan da qeyd edib ki, "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır: "Bunun bütün dünya tərəfindən tanınması hər bir ölkənin öz qarşısında qoyduğu universal bir sualdır. Bu müxtəlif ölkələr üçün sualdır. Bu, Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır". Torosyan hesab edir ki, Türkiyənin nə vaxtsa "erməni soyqırımı"nı tanıyacağına dair real olmayan ümidlərlə yaşamağı dayandırmağın vaxtı çatıb:

"Ermənistan Respublikasında buna görə yaşayırıqsa, mən razı deyiləm. Ermənistan Respublikası – öz vətəndaşlarının rifahını, firavanlığını, təhlükəsizliyini və bütün digər atributlarını təmin etməlidir. Daha heç nə. Əgər Ermənistan qarşısında başqa məqsədlər qoyuruqsa, sadaladığım hər şeyi şübhə altına almış oluruq. Biz öz sərhədlərimizdən kənara baxmağı dayandırmalıyıq. Biz öz ölkəmizə, əlimizdə olanlara, bütün atributları ilə beynəlxalq səviyyədə tanınan dövlətimizə diqqət yetirməliyik". İqtidaryönlü deputat tənqidlərə baxmayaraq, bu barədə danışmağı vacib hesab edir, çünki bunu başa düşmək gələcəkdə oxşar risklərin neytrallaşdırılmasına gətirib çıxaracaq: "Bizə qarşı "soyqırım" törədən ölkə bizim qonşumuzdur. Onlardan heç yerdə qaça bilmərik. Onlarla münasibət qurmaq istəyirikmi?  Bəli, düşünürəm ki, biz bunu edirik". Elə bu fonda erməni katolikosu I Aram hakimiyyətin, o cümlədən  Nikol Paşinyanın "erməni soyqırımı" ilə bağlı bəyanatını tənqid edərək, belə bir yanaşmanın Türkiyəni lehinə olduğunu bildirib. O  qeyd edib ki, Ermənistanın baş naziri faktiki olaraq "soyqırım" məsələsini  müzakirə predmetinə çevirib: "Türkiyə hakimiyyəti faktiki olaraq tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını təkidlə təklif edib". I Aram bunu təhlükəli hesab edir: "Çünki bu, bütün dünyada ermənilər arasında parçalanma yarada bilər".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

03.03.2025 / 14:23
Tramp Ukraynada atəşkəs imzalayıb sülh danışıqlarını illərlə uzatmaq istəyir...

03.03.2025 / 14:22
İsrail 400 minlik ordu ilə yeni müharibəyə hazırlaşır

03.03.2025 / 14:07
Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalır...

03.03.2025 / 13:51
Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir – HESABAT

03.03.2025 / 13:37
Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

03.03.2025 / 13:25
Bakıya gətirilən bahalı avtomobillər Siyəzəndə yandı...

03.03.2025 / 13:18
Ukraynanın yaya qədər müharibəni ABŞ-sız davam etdirməyə silahı var...

03.03.2025 / 13:10
Браво, Зеленский! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

03.03.2025 / 13:03
"Tramp artıq Putindən mesaj alıb"...

03.03.2025 / 12:49
Trampdan Ukraynaya yeni mesaj - danışıqlara başqa adam göndərin...

03.03.2025 / 12:37
Trampın müşaviri: “Ukrayna ərazisini güzəştə getməlidir”

03.03.2025 / 12:22
Ukraynalılar ABŞ-ın vitse - prezidentinin kurort istirahətini pozdular...

03.03.2025 / 12:15
Zərif İranın vitse- prezidentliyindən 2-ci dəfə istefa verdi...

03.03.2025 / 12:03
Rusiya XİN Bakıda ermənilərin məhkəməsinə reaksiya verdi..

03.03.2025 / 12:01
Zövqsüz KÜTLƏ!

03.03.2025 / 11:30
Əli Əsədov bu məsələlərlə bağlı QƏRAR imzaladı

03.03.2025 / 11:20
Ağdərənin bu kəndinə ilk köç başlayıb

03.03.2025 / 11:10
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

03.03.2025 / 11:06
"HƏMAS girovları azad etməkdən imtina edərsə..." - İsraildən müharibə QƏRARI

03.03.2025 / 11:03
Putinlə Tramp dünyanı dağıda biləcəklərmi? - CANLI

03.03.2025 / 10:30
"Qarabağ" "Sumqayıt"a, "Səbail" "Şamaxı"ya qarşı

03.03.2025 / 10:22
Kirayə yaşadığı evdə dəm qazından boğularaq öldü...

03.03.2025 / 10:20
Brejnevin qızıl saatı 35 milyona satışa çıxarıldı

03.03.2025 / 10:16
Rusiyadan idxal olunan yararsız toyuq əti məhsulları məhv edilib

03.03.2025 / 10:12
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

03.03.2025 / 10:06
Mirşahin Ağayevin atası 89 yaşında vəfat edib

03.03.2025 / 10:01
Tramp elan etdi - ABŞ “dünyanın kriptopaytaxtı” olacaq...

03.03.2025 / 09:30
"Avropa liderlərinin görüşləri davam edəcək" - Hakan Fidandan açıqlama

03.03.2025 / 09:13
"Forbes" Hollivud ulduzlarının qazancını açıqladı - fantastik rəqəmlər!

03.03.2025 / 09:07
"Yaxın vaxtlarda mühüm qərarlar açıqlanacaq”- Zelenskidən PAYLAŞIM

03.03.2025 / 09:01
"Roma"dan qələbə, "Milan"dan məğlubiyyət

03.03.2025 / 08:30
Xırdalanda güclü yanğın olub, sakinlər təxliyə edilib

02.03.2025 / 22:09
Suriyada Türkiyəyə qarşı İsrail-Rusiya ittifaqı - Netanyahu Moskva ilə “gizli” danışıqlara başladı…

02.03.2025 / 20:55
Avropadan ABŞ-a ilk sanksiyalar gəldi - ABŞ qüvvələrinə və gəmilərinə yanacaq tədarükü dayandırıldı…

02.03.2025 / 20:30
ABŞ-Ukrayna gərginliyi NATO-nu dağıdır… Admiral xəbərdarlıq etdi - alyans son günlərini yaşayır…

02.03.2025 / 20:14
Biləsuvarda silahlı insident - bir nəfər güllələndi...

02.03.2025 / 20:03
Londonda Ukrayna sammiti başladı - iştirakçılar arasında kimlər var...

02.03.2025 / 19:55
231 saylı məktəbin direktoru müəllimlərin 600 manatlıq ad günü hədiyyəsini bəyənmədi: "Mənə dilənçi payı lazım deyil" - VİDEO

02.03.2025 / 19:42
Meloni Trampla Zelenskini barışdırmaq istəyir...

02.03.2025 / 19:27
Çexiya Ukraynaya kömək üçün yeni koalisiya yaratmağa çağırdı

02.03.2025 / 18:43
ABŞ Londonun “danışıqlara qayıdın” çağırışını rədd etdi - Zelenski üzr istəməlidir…

02.03.2025 / 18:00
ABŞ Zelenski ilə danışıqları rəsmən dayandırdı…

02.03.2025 / 17:26
Lavrov bütün faciələrin günahkarı kimi Avropanı görür

02.03.2025 / 17:10
Londonda Ukrayna üzrə Təhlükəsizlik konfransı başlayır

02.03.2025 / 15:48
Putin dayandırılmasa Moldovaya, hətta Ruminiyaya hücum edəcək...

02.03.2025 / 15:25
Britaniya və Fransa Ukrayna üçün sülh planı hazırlayır

02.03.2025 / 15:16
İğdır-Naxçıvan qaz kəməri gələn həftə istifadəyə veriləcək...

02.03.2025 / 15:06
Zelenskini siyasi qətllərdə ittiham etmək istəyirlər

02.03.2025 / 14:35
ABŞ tarixində görünməmiş hadisə - Tramp bunu da etdi...

02.03.2025 / 13:42
Deputatın təklifinə aqressiv etirazlar var - "kişinin kişilik haqqına qəsd Azərbaycan ailəsinə yaraşmaz"...

02.03.2025 / 13:11
Tutsilərin soyqırımında iştirak edən Fransa vətəndaşı həbs edildi

02.03.2025 / 12:38
Ali və orta təhsilli gəncləri ölkədən qaçıran nədir?...

02.03.2025 / 11:55
Parisdə Atatürkün heykəli oğurlandı, sonra isə....Fransa Atatürkün yeri deyil..

02.03.2025 / 11:44
Lənkəranda 2 nəfər saxlandı - 10 kq narkotik, silah-sursat... - FOTO

02.03.2025 / 00:10
Starmer Zelenskini bərk-bərk qucaqlamaqla Ağ Evə mesaj verdi

01.03.2025 / 23:55
NATO baş katibi Zelenskiyə çağırış etdi - Trampın haqqı verilməlidir…

01.03.2025 / 23:34
Macarıstan Moskvada 9 May qələbə paradında niyə iştirak etmək istəmir…

01.03.2025 / 21:30
Tramp Zelenski ilə gərgin mübahisədən sonra tapşırıq verdi - ABŞ Ukraynaya yardımları tam dayandıra bilər…

01.03.2025 / 21:01
Suriyadakı Rusiya qoşunlarıyla bağlı İsrailin gizli planı var

01.03.2025 / 19:53
Klassik üslubda yeni tamaşa

01.03.2025 / 19:46
"Tramp və Vens Putinin çirkin işlərini görürlər" – Senator Çak Şumer

01.03.2025 / 19:23
Zelenskinin gedişi azı 12 Avropa liderinin də məhvi olacaq...

01.03.2025 / 18:50
Yazdığım kimi oldu - AZAL əməkdaşı Kadırovun medalından imtina etdi...

01.03.2025 / 17:03
Dövlətlərin bir var "suveren təhlükəsizliyi", bir də var "suverenlik şərəfi"... - FOTO

01.03.2025 / 16:21
Ramazan Ayı: İslamda Müqəddəs Ay

01.03.2025 / 16:17
Ukrayna Zelenskini dəstəkləyir

01.03.2025 / 15:35
Trampın "Doktrinası" - "Kənardan balanslaşma", dünyanı gözləyən təhlükə, İlham Əliyevin yaratdığı yeni "beynəlxalq hüquq mənbəyi"... - VİDEO

01.03.2025 / 15:20
Bakıda kafeni qumarxanaya çevirənlər həbs edildi...

01.03.2025 / 15:07
Fatimə Mövlamlı həbs edildi

01.03.2025 / 14:26
Avrokomissiya yaşıl enerjiyə 100 milyard avro ayırdı - Azərbaycanın da payı olacaq(?)...

01.03.2025 / 14:21
Ermənistan azərbaycanlı əsirlərə işgəncə faktlarının müzakirəsindən qaçır...

01.03.2025 / 14:07
Füzulidə narkokuryerlik edən șəxs saxlandı

01.03.2025 / 14:07
Azərbaycan dili üstündə İran hakimiyyətində ciddi fikir ayrılığı var...

01.03.2025 / 13:56
Yeni təhsil proqramlarını universitetlər özləri hazırlasın - Nazirliyin müdaxiləsini ziyanlı sayanlar var...

01.03.2025 / 13:52
Zelenski Trampın "erasını " başlamamış bitirdi... Özü də gedə bilər...

01.03.2025 / 13:30
Trampla görüşdən sonra Ukrayna xalqı Zelenskini daha çox sevməyə başladı

01.03.2025 / 12:51
Azərbaycan ilə Türkiyə HHQ arasında əməkdaşlıq məsələləri müzakirə olundu

01.03.2025 / 12:25
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım etdi - FOTO

01.03.2025 / 12:00
Tramp Avropanı şoka salıb: Liderlər London sammitinə toplaşır

01.03.2025 / 11:54
Zelenski Ağ Evdəki "fiaskoya" görə üzr istəməlidir - Rubio

01.03.2025 / 11:20
Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib

Həmrəylik ili Azərbaycan ekologiyasının uduşuna çevrildi - bu işlərin hesabına...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456