Bazar ertəsi günü, 3 mart 2025
     

Azərbaycanın təcrübəsi AŞPA ilə mübarizədə Gürcüstanın "dadına yetişdi"...

Image

Məlum olduğu kimi, Gürcüstanın Avropa Şurasının Parlament Assambleyasıdakı (AŞPA)  nümayəndə heyəti avropalı parlamentarilərin ədalətsiz qətnaməsinə və niyyətli mənfi mövqeyinə görə Parlament Assambleyasından çıxdıqlarını bəyan edib. 

Gürcüstanın baş naziri İrakli Kobaxidze assambleyanın anti-Gürcüstan qətnaməsinə cavab olaraq AŞPA-da işin dayandırılması qərarının düzgün və tamamilə mübahisəsiz xarakter daşıdığını bildirib: "Biz Avropa Şurasının üzvü olaraq qalırıq və istənilən məsələdə əməkdaşlığa hazırıq. İşləməkdə heç bir məna görmədiyimiz yeganə yer AŞPA-dır". Onun sözlərinə görə, AŞPA-nın əhəmiyyəti Avropa Parlamentinin əhəmiyyətindən onlarla dəfə aşağıdır: "Bizim dekabrda Tiflisdə  Avropa Şurasının baş katibi ilə konkret məsələlərlə bağlı çox maraqlı görüşlərimiz oldu və biz onların üzərində Avropa Şurası formatında işləməyi davam etdirəcəyik".

İrakli Kobaxidzenin sözlərinə görə, AŞPA-nın qətnaməsi Avropa bürokratiyasının Strasburq və Brüsseldəki çox çətin vəziyyətini əks etdirir. O, qətnaməni ədalətsiz və tamamilə absurd adlandırıb: "Nümayəndə heyətimizin səlahiyyətləri təsdiqləndi və bununla da 26 oktyabr 2024-cü il parlament seçkilərinin nəticələri tanındı, lakin eyni zamanda dedilər ki, aprel ayına qədər yeni seçkilər keçirilməlidir, əks halda səlahiyyətlər ləğv ediləcək. Bu ona görə baş verir ki, kiminsə favoritləri olan "Vahid Milli Hərəkat" kollektivi qalib gəlmədi. Ölkəmizə və onun xalqına münasibət dəyişərsə, biz AŞPA-ya qayıdacağıq, amma indiki şəraitdə orada işləməyin mənası yoxdur". AŞPA-nın sədri Teodoros Rusopulos Gürcüstan nümayəndə heyətinin assambleyadan çıxmasından təəssüfünü bildirərək deyib: "Mən Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının etimadnaməsini ratifikasiya etmək üçün keçirilən səsvermədən sonra AŞPA-dan çıxmaq barədə qərarından təəssüflənirəm". O, bu addımın Gürcüstanda demokratik normaların irəliləməsinə kömək edə biləcək dialoqa xələl gətirdiyini bildirib. Xatırladaq ki, assambleya gürcü nümayəndə heyətinin etimadnamələrini müəyyən şərtlərlə ratifikasiya etmək qərarına gəlmişdi. AŞPA gürcü nümayəndə heyətinin bir çox üzvlərinin hüquqları dayandırmaqla, Gürcüstan hakimiyyətinin ölkədəki "demokratik tənəzzül"ün aradan qaldırılmasında əldə etdiyi irəliləyişlər fonunda aprel ayında etimadnamələrə yenidən baxacağını bildirmişdi. Bu qurum ciddi beynəlxalq monitorinq və dövlət institutlarının, seçki administrasiyasının siyasi müstəqilliyi şəraitində "yeni, həqiqətən demokratik parlament seçkiləri"nin təşkili, Gürcüstanın Avropaya inteqrasiya prosesini bərpa etmək üçün təcili və səmərəli tədbirlər görülməsi, polis zorakılığına, qəddarlıq və insan hüquqlarının pozulmasına dərhal son qoyulması, bütün siyasi məhbusların 2025-ci ilin aprel sessiyasına qədər azadlığa buraxılması kimi şərtlərlə Gürcüstan nümayəndə heyətinin üzvlərinin bir sıra hüquqlarını dondurdu. Gürcü deputatlar bu şərtlərlə AŞPA-nın doqquz komitəsindən beşində fəaliyyət göstərə, məruzəçi ola, seçkiləri müşahidə edə və ya müəyyən tədbirlərdə Assambleyanı təmsil edə bilməzlər. Gürcüstan nümayəndə heyəti bütün bu şərtlərin tamamilə qəbuledilməz olduğunu bildirərək, bunların ölkənin daxili işlərinə müdaxilə və gürcü xalqının iradəsinə zidd, eləcə də onlar üçün qırmızı xətt olduğunu deyərək AŞPA-nı tərk edib. Gürcü ekspert Vado Şakarişvili bildirir ki, Gürcüstanın demokratik hökuməti davamlı olaraq öz suverenliyini təmin etmək, sülhü qorumaq və milli maraqları müdafiə etmək istiqamətində çalışır. Lakin Avropa Şurasının Parlament Assambleyasının Gürcüstan ilə bağlı verdiyi qərar çox ədalətsiz qərardır. Onun sözlərinə görə, Gürcüstan parlament nümayəndə heyətinin AŞPA-dan çıxmaq qərarı çox düzgündür: "Bu, ədalətsiz münasibətə və ikili standartlara qarşı düzgün qərardır". Ekspert deyib ki, hər kəs Gürcüstan xalqının iradəsini və Gürcüstanın demokratik hökuməti üçün səs vermiş 1 milyon 120 min seçicinin qərarını hörmətlə qarşılamalıdır: "AŞPA və ya başqa bir təşkilat nümayəndəliyimizi legitimləşdirmək üçün yeni seçkilər tələb edirsə, bu, təhqirdir, qəbuledilməzdir".

Şakarişvili bildirib ki, əgər gələcəkdə Gürcüstana qarşı ədalətsiz münasibət uzun müddət davam etməzsə, Avropa Şurasının Parlament Assambleyasına qayıtmaq məsələsi müzakirə oluna bilər: "Əsas siyasi mesaj budur ki, Gürcüstan öz suverenliyini, sülhü və milli maraqlarını möhkəm müdafiə etməkdə davam edəcək, Avropa bürokratiyasından gələn siyasi təzyiqlərə isə yox deyir. Məlumdur ki, avrobürokratiya "dərin dövlət"in nəzarəti altındadır və Trampın yeni administrasiyasına baxmayaraq, hələ də Bayden administrasiyasının siyasətini həyata keçirir. Bu da uzun sürməyəcək və tezliklə hər şey öz axarına dönəcək". Siyasi analitik Levan Nikoleişvili isə məsələni daha konkret şəkildə qoyur: "Əgər Avropa Gürcüstanla şantaj və təzyiq dili ilə danışırsa, yollar sağlam şəkildə ayrılmalıdır. Bu, qısa və aydın bir qərardır – Sağollaşmaq". Onun sözlərinə görə, dövlətin suverenliyi və azadlığına qarşı hər hansı bir təhdid olduqda bu cür qərar vermək ən düzgün addımdır: "Hər bir dövlətin suverenliyinə və azadlığına təhdid varsa, o dövlət necə davranırsa, bizim dövlətimiz də eyni şəkildə reaksiya verdi". Ekspert Gürcüstanın gələcəkdə sözügedən qurumla necə əlaqə quracağına da diqqət çəkib: "Suveren və tərəfdaş saydıqları dövlətlə necə danışmalı olduqlarını öyrənəndə biz də onlarla danışmağa hazır olacağıq. Təəssüflər olsun ki, bu, ilk dəfə deyil onlar bizimlə şantaj və təzyiq dilində danışırlar". O, həmçinin Gürcüstanın tarixində suverenlik və azadlıq dəyərlərini qorumağın vacibliyini vurğulayıb: "Biz ləyaqətli bir xalq və suveren dövlət olaraq öz azadlığımızı qoruyuruq. Bu dəyərləri və azadlığı bizə dədə-babalarımız qanları ilə miras qoyublar. Mövcud iqtidar da öz prinsipiallığı ilə xalqına şərəflə, xəyanətsiz xidmət edir. Ona görə biz hakimiyyətin AŞPA ilə bağlı bu qərarı ilə də fəxr edirik".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

03.03.2025 / 14:23
Tramp Ukraynada atəşkəs imzalayıb sülh danışıqlarını illərlə uzatmaq istəyir...

03.03.2025 / 14:22
İsrail 400 minlik ordu ilə yeni müharibəyə hazırlaşır

03.03.2025 / 14:07
Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalır...

03.03.2025 / 13:51
Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir – HESABAT

03.03.2025 / 13:37
Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

03.03.2025 / 13:25
Bakıya gətirilən bahalı avtomobillər Siyəzəndə yandı...

03.03.2025 / 13:18
Ukraynanın yaya qədər müharibəni ABŞ-sız davam etdirməyə silahı var...

03.03.2025 / 13:10
Браво, Зеленский! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

03.03.2025 / 13:03
"Tramp artıq Putindən mesaj alıb"...

03.03.2025 / 12:49
Trampdan Ukraynaya yeni mesaj - danışıqlara başqa adam göndərin...

03.03.2025 / 12:37
Trampın müşaviri: “Ukrayna ərazisini güzəştə getməlidir”

03.03.2025 / 12:22
Ukraynalılar ABŞ-ın vitse - prezidentinin kurort istirahətini pozdular...

03.03.2025 / 12:15
Zərif İranın vitse- prezidentliyindən 2-ci dəfə istefa verdi...

03.03.2025 / 12:03
Rusiya XİN Bakıda ermənilərin məhkəməsinə reaksiya verdi..

03.03.2025 / 12:01
Zövqsüz KÜTLƏ!

03.03.2025 / 11:30
Əli Əsədov bu məsələlərlə bağlı QƏRAR imzaladı

03.03.2025 / 11:20
Ağdərənin bu kəndinə ilk köç başlayıb

03.03.2025 / 11:10
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

03.03.2025 / 11:06
"HƏMAS girovları azad etməkdən imtina edərsə..." - İsraildən müharibə QƏRARI

03.03.2025 / 11:03
Putinlə Tramp dünyanı dağıda biləcəklərmi? - CANLI

03.03.2025 / 10:30
"Qarabağ" "Sumqayıt"a, "Səbail" "Şamaxı"ya qarşı

03.03.2025 / 10:22
Kirayə yaşadığı evdə dəm qazından boğularaq öldü...

03.03.2025 / 10:20
Brejnevin qızıl saatı 35 milyona satışa çıxarıldı

03.03.2025 / 10:16
Rusiyadan idxal olunan yararsız toyuq əti məhsulları məhv edilib

03.03.2025 / 10:12
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

03.03.2025 / 10:06
Mirşahin Ağayevin atası 89 yaşında vəfat edib

03.03.2025 / 10:01
Tramp elan etdi - ABŞ “dünyanın kriptopaytaxtı” olacaq...

03.03.2025 / 09:30
"Avropa liderlərinin görüşləri davam edəcək" - Hakan Fidandan açıqlama

03.03.2025 / 09:13
"Forbes" Hollivud ulduzlarının qazancını açıqladı - fantastik rəqəmlər!

03.03.2025 / 09:07
"Yaxın vaxtlarda mühüm qərarlar açıqlanacaq”- Zelenskidən PAYLAŞIM

03.03.2025 / 09:01
"Roma"dan qələbə, "Milan"dan məğlubiyyət

03.03.2025 / 08:30
Xırdalanda güclü yanğın olub, sakinlər təxliyə edilib

02.03.2025 / 22:09
Suriyada Türkiyəyə qarşı İsrail-Rusiya ittifaqı - Netanyahu Moskva ilə “gizli” danışıqlara başladı…

02.03.2025 / 20:55
Avropadan ABŞ-a ilk sanksiyalar gəldi - ABŞ qüvvələrinə və gəmilərinə yanacaq tədarükü dayandırıldı…

02.03.2025 / 20:30
ABŞ-Ukrayna gərginliyi NATO-nu dağıdır… Admiral xəbərdarlıq etdi - alyans son günlərini yaşayır…

02.03.2025 / 20:14
Biləsuvarda silahlı insident - bir nəfər güllələndi...

02.03.2025 / 20:03
Londonda Ukrayna sammiti başladı - iştirakçılar arasında kimlər var...

02.03.2025 / 19:55
231 saylı məktəbin direktoru müəllimlərin 600 manatlıq ad günü hədiyyəsini bəyənmədi: "Mənə dilənçi payı lazım deyil" - VİDEO

02.03.2025 / 19:42
Meloni Trampla Zelenskini barışdırmaq istəyir...

02.03.2025 / 19:27
Çexiya Ukraynaya kömək üçün yeni koalisiya yaratmağa çağırdı

02.03.2025 / 18:43
ABŞ Londonun “danışıqlara qayıdın” çağırışını rədd etdi - Zelenski üzr istəməlidir…

02.03.2025 / 18:00
ABŞ Zelenski ilə danışıqları rəsmən dayandırdı…

02.03.2025 / 17:26
Lavrov bütün faciələrin günahkarı kimi Avropanı görür

02.03.2025 / 17:10
Londonda Ukrayna üzrə Təhlükəsizlik konfransı başlayır

02.03.2025 / 15:48
Putin dayandırılmasa Moldovaya, hətta Ruminiyaya hücum edəcək...

02.03.2025 / 15:25
Britaniya və Fransa Ukrayna üçün sülh planı hazırlayır

02.03.2025 / 15:16
İğdır-Naxçıvan qaz kəməri gələn həftə istifadəyə veriləcək...

02.03.2025 / 15:06
Zelenskini siyasi qətllərdə ittiham etmək istəyirlər

02.03.2025 / 14:35
ABŞ tarixində görünməmiş hadisə - Tramp bunu da etdi...

02.03.2025 / 13:42
Deputatın təklifinə aqressiv etirazlar var - "kişinin kişilik haqqına qəsd Azərbaycan ailəsinə yaraşmaz"...

02.03.2025 / 13:11
Tutsilərin soyqırımında iştirak edən Fransa vətəndaşı həbs edildi

02.03.2025 / 12:38
Ali və orta təhsilli gəncləri ölkədən qaçıran nədir?...

02.03.2025 / 11:55
Parisdə Atatürkün heykəli oğurlandı, sonra isə....Fransa Atatürkün yeri deyil..

02.03.2025 / 11:44
Lənkəranda 2 nəfər saxlandı - 10 kq narkotik, silah-sursat... - FOTO

02.03.2025 / 00:10
Starmer Zelenskini bərk-bərk qucaqlamaqla Ağ Evə mesaj verdi

01.03.2025 / 23:55
NATO baş katibi Zelenskiyə çağırış etdi - Trampın haqqı verilməlidir…

01.03.2025 / 23:34
Macarıstan Moskvada 9 May qələbə paradında niyə iştirak etmək istəmir…

01.03.2025 / 21:30
Tramp Zelenski ilə gərgin mübahisədən sonra tapşırıq verdi - ABŞ Ukraynaya yardımları tam dayandıra bilər…

01.03.2025 / 21:01
Suriyadakı Rusiya qoşunlarıyla bağlı İsrailin gizli planı var

01.03.2025 / 19:53
Klassik üslubda yeni tamaşa

01.03.2025 / 19:46
"Tramp və Vens Putinin çirkin işlərini görürlər" – Senator Çak Şumer

01.03.2025 / 19:23
Zelenskinin gedişi azı 12 Avropa liderinin də məhvi olacaq...

01.03.2025 / 18:50
Yazdığım kimi oldu - AZAL əməkdaşı Kadırovun medalından imtina etdi...

01.03.2025 / 17:03
Dövlətlərin bir var "suveren təhlükəsizliyi", bir də var "suverenlik şərəfi"... - FOTO

01.03.2025 / 16:21
Ramazan Ayı: İslamda Müqəddəs Ay

01.03.2025 / 16:17
Ukrayna Zelenskini dəstəkləyir

01.03.2025 / 15:35
Trampın "Doktrinası" - "Kənardan balanslaşma", dünyanı gözləyən təhlükə, İlham Əliyevin yaratdığı yeni "beynəlxalq hüquq mənbəyi"... - VİDEO

01.03.2025 / 15:20
Bakıda kafeni qumarxanaya çevirənlər həbs edildi...

01.03.2025 / 15:07
Fatimə Mövlamlı həbs edildi

01.03.2025 / 14:26
Avrokomissiya yaşıl enerjiyə 100 milyard avro ayırdı - Azərbaycanın da payı olacaq(?)...

01.03.2025 / 14:21
Ermənistan azərbaycanlı əsirlərə işgəncə faktlarının müzakirəsindən qaçır...

01.03.2025 / 14:07
Füzulidə narkokuryerlik edən șəxs saxlandı

01.03.2025 / 14:07
Azərbaycan dili üstündə İran hakimiyyətində ciddi fikir ayrılığı var...

01.03.2025 / 13:56
Yeni təhsil proqramlarını universitetlər özləri hazırlasın - Nazirliyin müdaxiləsini ziyanlı sayanlar var...

01.03.2025 / 13:52
Zelenski Trampın "erasını " başlamamış bitirdi... Özü də gedə bilər...

01.03.2025 / 13:30
Trampla görüşdən sonra Ukrayna xalqı Zelenskini daha çox sevməyə başladı

01.03.2025 / 12:51
Azərbaycan ilə Türkiyə HHQ arasında əməkdaşlıq məsələləri müzakirə olundu

01.03.2025 / 12:25
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım etdi - FOTO

01.03.2025 / 12:00
Tramp Avropanı şoka salıb: Liderlər London sammitinə toplaşır

01.03.2025 / 11:54
Zelenski Ağ Evdəki "fiaskoya" görə üzr istəməlidir - Rubio

01.03.2025 / 11:20
Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib

Həmrəylik ili Azərbaycan ekologiyasının uduşuna çevrildi - bu işlərin hesabına...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456