Bazar ertəsi günü, 3 mart 2025
     

Kanala görə 2 ölkə hərbi toqquşma həddinə çatdı - "Panamanın" rəhbəri Senata gəlməkdən imtina etdi...

Image

ABŞ dövlət katibi Marko Rubio Latın Amerikası turnesinə Panama səfəri ilə başlayıb. Bu ölkənin rəhbərliyi Rubionu inandırmağa çalışıb ki, Çin Panama kanalına nəzarət etmir. O da vurğulanır ki, ABŞ-ın hazırkı prezidentinin ittihamları əsassızdır. 

Yenicə vəzifəyə başlayan Donald Tramp etiraf edir ki, Birləşmiş Ştatlar Panama kanalını hansısa yolla geri alacaq. Burada qeyd edilir ki, Panama hakimiyyəti kanala nəzarətlə bağlı verilən şərtləri pozub. Konqresdə də Panama hakimiyyətinə qarşı eyni ittihamlar səsləndirilib.

Bu fonda Rubionun Panama prezidenti Xose Raul Mulino ilə danışıqları xüsusi maraq doğurur. Görünən odur ki, ABŞ güc yolu ilə olsa da Panama kanalına nəzarətdə israrlıdır.

Tramp tərəfdarı respublikaçı Ted Kruzun sədrliyi ilə Senatın Ticarət Komitəsinin Panama kanalı ilə bağlı keçirdiyi dinləmələr də bunu təsdiq edir. Bu, Trampın inauqurasiya nitqində dediklərini mahiyyətcə təkrarı olub. İddialara görə, Panama ABŞ-ın keçən əsrdə inşa etdirdiyi kanalın 1999-cu ildə bu ölkəyə verilməsi şərtlərini pozub. Pozulma Amerika gəmilərinin keçidi üçün həddindən artıq yüksək tariflərdə və ən əsası, bu strateji əhəmiyyətli obyekti - Sakit və Atlantik okeanlarını birləşdirən əlaqəni Çinin nəzarəti altına keçirmək niyyətində ifadə olunur. Kruz dinləmədə bu xüsusda qeyd edir: "Çin şirkətləri kanalın sahilində körpü tikir. Tikinti sürətini nəzərə alsaq, bu, 10 ilə qədər çəkə bilər. Çin şirkətləri kanalın hər iki ucundakı limanlara nəzarət edir. Körpü Çinə Panamaya və digər qurumlara xəbərdarlıq etmədən kanaldan keçmək imkanı yardır. Limanlar Çini bu hərəkətləri əlaqələndirmək üçün müşahidə nöqtələri ilə təmin edir". Trampçı senatorlar Panamaya xəbərdarlıq ediblər ki, onun Çinlə yaxınlaşması ABŞ-ın strateji maraqları üçün təhlükə yaradır. Axı, kanal Amerika ticarət donanmasının konteyner daşımalarının təxminən 40%-ni təşkil edir. Dinləmələrdə iştirak edən Federal Dəniz Komissiyasının sədri Luis Sola Amerika limanlarına daxil olan Panama gəmilərinin cərimələnməsini təklif edib. Sadə dillə desək, ölkəni sanksiyalarla hədələyirlər. Kruz bildirib ki, dinləmələrə Panama Kanalı Administrasiyasının rəhbərinin müavini İlya Espino de Marotta dəvət olunub. Lakin o, senatorun sözlərinə görə, dəvətə məhəl qoymayıb. Panama mediasında Espino de Marotta fərqli versiya təqdim edib. İddialara görə, dəvət dinləmələrdən bir gün əvvəl gəlib və sadəcə olaraq, onlara hazırlaşmaq imkanı olmayıb. Əgər bu doğrudursa, onda məlum olur ki, senatorlar konkret olaraq Panama tərəfi olmadan da qərar veriblər. Buna baxmayaraq, o, yenə də öz fikrini ABŞ səlahiyyətlilərinə çatdırıb. Belə ki, Panama xarici işlər nazirinin müavini Karlos Ruiz-Hernandez Vaşinqtona səfər edib: "The Wall Street Journal" iddia edir ki, hələ də kanalın ABŞ-ın nəzarətinə qaytarılması ideyasını müzakirə etməkdən imtina edən panamalılar Trampa başqa güzəştlər təklif edirlər. Bunlara qeyri-qanuni miqrasiyaya qarşı daha sərt mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, Çin investisiyalarının məhdudlaşdırılmasına və Vaşinqtonla daha sıx ticarət-iqtisadi  əməkdaşlıq daxildir. Bu durumda kanalın administrasiyası bəyanat yayıb. Bəyanat Senatda dinləmələr zamanı müzakirə edilən bəzi faktları təsdiqləyir. Xüsusilə, Balboa (Sakit Okean) və Kristobal (Atlantik Okeanı) limanlarının 1997-ci ildən Honq-Konqda yerləşən "CK Hutchison Holdings"ə məxsus Panama Ports şirkətinin idarəçiliyində olduğu bildirilir.

Bununla belə, bəyanatda Çin firmasının limanların planlaşdırılması ilə heç bir əlaqəsinin olmadığı vurğulanır. Qeyd edilir ki, Çinin hansısa yolla kanalın işinə təsir göstərə biləcəyi ilə bağlı ittihamlar əsassızdır. Amma bu izahat çətin ki, Trampı qane etsin. Xose Raul Mulinonun bəyanatlarına əsasən, ölkə hakimiyyəti kanalın verilməsi istisna olmaqla, ABŞ-la əməkdaşlığı genişləndirmək üçün müxtəlif variantları müzakirə etməyə razıdır. Bu olduqca başadüşülən yanaşmadır. ABŞ-ın tələblərinin yerinə yetrilməsi ölkənin nüfuzuna zərbə vurmaqla yanaşı, bu obyektin istənilən formada təhvil verilməsi Panama iqtisadiyyatına ciddi ziyan vuracaq. Kanala nəzarət sayəsində bu dövlət maliyyə göstəricilərini xeyli yaxşılaşdırıb. Panama bu gün regional standartlara görə yüksək həyat səviyyəsinə malik Latın Amerikasının ən zəngin ölkələrindən biridir. Bu fonda ABŞ-ın müdafiə naziri Pit Heqset Panama kanalında naviqasiya azadlığını təmin etmək üçün hərbi güc tətbiqini istisna etməyib. O, Vaşinqtonun hərbi güc tətbiq etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: "Mən irəli gedərək nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə danışmaq istəmirəm. Strateji qeyri-müəyyənlik vacib bir şeydir. Lakin Müdafiə Nazirliyinə aid olub-olmamasından asılı olmayaraq Panama kanalında naviqasiya azadlığına malik olacağıq. Əgər onlar digər ölkələrin blok edə bilməyəcəyi pulsuz və maneəsiz girişi təmin etmirlərsə, onda biz Panama kanalında sərbəst naviqasiyanı təmin etmək üçün lazım olan hər şeyi etmək hüququmuzu özümüzdə saxlayırıq".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

03.03.2025 / 14:23
Tramp Ukraynada atəşkəs imzalayıb sülh danışıqlarını illərlə uzatmaq istəyir...

03.03.2025 / 14:07
Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalır...

03.03.2025 / 13:51
Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir – HESABAT

03.03.2025 / 13:37
Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

03.03.2025 / 13:25
Bakıya gətirilən bahalı avtomobillər Siyəzəndə yandı...

03.03.2025 / 13:18
Ukraynanın yaya qədər müharibəni ABŞ-sız davam etdirməyə silahı var...

03.03.2025 / 13:10
Браво, Зеленский! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

03.03.2025 / 13:03
"Tramp artıq Putindən mesaj alıb"...

03.03.2025 / 12:49
Trampdan Ukraynaya yeni mesaj - danışıqlara başqa adam göndərin...

03.03.2025 / 12:37
Trampın müşaviri: “Ukrayna ərazisini güzəştə getməlidir”

03.03.2025 / 12:22
Ukraynalılar ABŞ-ın vitse - prezidentinin kurort istirahətini pozdular...

03.03.2025 / 12:15
Zərif İranın vitse- prezidentliyindən 2-ci dəfə istefa verdi...

03.03.2025 / 12:03
Rusiya XİN Bakıda ermənilərin məhkəməsinə reaksiya verdi..

03.03.2025 / 12:01
Zövqsüz KÜTLƏ!

03.03.2025 / 11:30
Əli Əsədov bu məsələlərlə bağlı QƏRAR imzaladı

03.03.2025 / 11:20
Ağdərənin bu kəndinə ilk köç başlayıb

03.03.2025 / 11:10
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

03.03.2025 / 11:06
"HƏMAS girovları azad etməkdən imtina edərsə..." - İsraildən müharibə QƏRARI

03.03.2025 / 11:03
Putinlə Tramp dünyanı dağıda biləcəklərmi? - CANLI

03.03.2025 / 10:30
"Qarabağ" "Sumqayıt"a, "Səbail" "Şamaxı"ya qarşı

03.03.2025 / 10:22
Kirayə yaşadığı evdə dəm qazından boğularaq öldü...

03.03.2025 / 10:20
Brejnevin qızıl saatı 35 milyona satışa çıxarıldı

03.03.2025 / 10:16
Rusiyadan idxal olunan yararsız toyuq əti məhsulları məhv edilib

03.03.2025 / 10:12
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

03.03.2025 / 10:06
Mirşahin Ağayevin atası 89 yaşında vəfat edib

03.03.2025 / 10:01
Tramp elan etdi - ABŞ “dünyanın kriptopaytaxtı” olacaq...

03.03.2025 / 09:30
"Avropa liderlərinin görüşləri davam edəcək" - Hakan Fidandan açıqlama

03.03.2025 / 09:13
"Forbes" Hollivud ulduzlarının qazancını açıqladı - fantastik rəqəmlər!

03.03.2025 / 09:07
"Yaxın vaxtlarda mühüm qərarlar açıqlanacaq”- Zelenskidən PAYLAŞIM

03.03.2025 / 09:01
"Roma"dan qələbə, "Milan"dan məğlubiyyət

03.03.2025 / 08:30
Xırdalanda güclü yanğın olub, sakinlər təxliyə edilib

02.03.2025 / 22:09
Suriyada Türkiyəyə qarşı İsrail-Rusiya ittifaqı - Netanyahu Moskva ilə “gizli” danışıqlara başladı…

02.03.2025 / 20:55
Avropadan ABŞ-a ilk sanksiyalar gəldi - ABŞ qüvvələrinə və gəmilərinə yanacaq tədarükü dayandırıldı…

02.03.2025 / 20:30
ABŞ-Ukrayna gərginliyi NATO-nu dağıdır… Admiral xəbərdarlıq etdi - alyans son günlərini yaşayır…

02.03.2025 / 20:14
Biləsuvarda silahlı insident - bir nəfər güllələndi...

02.03.2025 / 20:03
Londonda Ukrayna sammiti başladı - iştirakçılar arasında kimlər var...

02.03.2025 / 19:55
231 saylı məktəbin direktoru müəllimlərin 600 manatlıq ad günü hədiyyəsini bəyənmədi: "Mənə dilənçi payı lazım deyil" - VİDEO

02.03.2025 / 19:42
Meloni Trampla Zelenskini barışdırmaq istəyir...

02.03.2025 / 19:27
Çexiya Ukraynaya kömək üçün yeni koalisiya yaratmağa çağırdı

02.03.2025 / 18:43
ABŞ Londonun “danışıqlara qayıdın” çağırışını rədd etdi - Zelenski üzr istəməlidir…

02.03.2025 / 18:00
ABŞ Zelenski ilə danışıqları rəsmən dayandırdı…

02.03.2025 / 17:26
Lavrov bütün faciələrin günahkarı kimi Avropanı görür

02.03.2025 / 17:10
Londonda Ukrayna üzrə Təhlükəsizlik konfransı başlayır

02.03.2025 / 15:48
Putin dayandırılmasa Moldovaya, hətta Ruminiyaya hücum edəcək...

02.03.2025 / 15:25
Britaniya və Fransa Ukrayna üçün sülh planı hazırlayır

02.03.2025 / 15:16
İğdır-Naxçıvan qaz kəməri gələn həftə istifadəyə veriləcək...

02.03.2025 / 15:06
Zelenskini siyasi qətllərdə ittiham etmək istəyirlər

02.03.2025 / 14:35
ABŞ tarixində görünməmiş hadisə - Tramp bunu da etdi...

02.03.2025 / 13:42
Deputatın təklifinə aqressiv etirazlar var - "kişinin kişilik haqqına qəsd Azərbaycan ailəsinə yaraşmaz"...

02.03.2025 / 13:11
Tutsilərin soyqırımında iştirak edən Fransa vətəndaşı həbs edildi

02.03.2025 / 12:38
Ali və orta təhsilli gəncləri ölkədən qaçıran nədir?...

02.03.2025 / 11:55
Parisdə Atatürkün heykəli oğurlandı, sonra isə....Fransa Atatürkün yeri deyil..

02.03.2025 / 11:44
Lənkəranda 2 nəfər saxlandı - 10 kq narkotik, silah-sursat... - FOTO

02.03.2025 / 00:10
Starmer Zelenskini bərk-bərk qucaqlamaqla Ağ Evə mesaj verdi

01.03.2025 / 23:55
NATO baş katibi Zelenskiyə çağırış etdi - Trampın haqqı verilməlidir…

01.03.2025 / 23:34
Macarıstan Moskvada 9 May qələbə paradında niyə iştirak etmək istəmir…

01.03.2025 / 21:30
Tramp Zelenski ilə gərgin mübahisədən sonra tapşırıq verdi - ABŞ Ukraynaya yardımları tam dayandıra bilər…

01.03.2025 / 21:01
Suriyadakı Rusiya qoşunlarıyla bağlı İsrailin gizli planı var

01.03.2025 / 19:53
Klassik üslubda yeni tamaşa

01.03.2025 / 19:46
"Tramp və Vens Putinin çirkin işlərini görürlər" – Senator Çak Şumer

01.03.2025 / 19:23
Zelenskinin gedişi azı 12 Avropa liderinin də məhvi olacaq...

01.03.2025 / 18:50
Yazdığım kimi oldu - AZAL əməkdaşı Kadırovun medalından imtina etdi...

01.03.2025 / 17:03
Dövlətlərin bir var "suveren təhlükəsizliyi", bir də var "suverenlik şərəfi"... - FOTO

01.03.2025 / 16:21
Ramazan Ayı: İslamda Müqəddəs Ay

01.03.2025 / 16:17
Ukrayna Zelenskini dəstəkləyir

01.03.2025 / 15:35
Trampın "Doktrinası" - "Kənardan balanslaşma", dünyanı gözləyən təhlükə, İlham Əliyevin yaratdığı yeni "beynəlxalq hüquq mənbəyi"... - VİDEO

01.03.2025 / 15:20
Bakıda kafeni qumarxanaya çevirənlər həbs edildi...

01.03.2025 / 15:07
Fatimə Mövlamlı həbs edildi

01.03.2025 / 14:26
Avrokomissiya yaşıl enerjiyə 100 milyard avro ayırdı - Azərbaycanın da payı olacaq(?)...

01.03.2025 / 14:21
Ermənistan azərbaycanlı əsirlərə işgəncə faktlarının müzakirəsindən qaçır...

01.03.2025 / 14:07
Füzulidə narkokuryerlik edən șəxs saxlandı

01.03.2025 / 14:07
Azərbaycan dili üstündə İran hakimiyyətində ciddi fikir ayrılığı var...

01.03.2025 / 13:56
Yeni təhsil proqramlarını universitetlər özləri hazırlasın - Nazirliyin müdaxiləsini ziyanlı sayanlar var...

01.03.2025 / 13:52
Zelenski Trampın "erasını " başlamamış bitirdi... Özü də gedə bilər...

01.03.2025 / 13:30
Trampla görüşdən sonra Ukrayna xalqı Zelenskini daha çox sevməyə başladı

01.03.2025 / 12:51
Azərbaycan ilə Türkiyə HHQ arasında əməkdaşlıq məsələləri müzakirə olundu

01.03.2025 / 12:25
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım etdi - FOTO

01.03.2025 / 12:00
Tramp Avropanı şoka salıb: Liderlər London sammitinə toplaşır

01.03.2025 / 11:54
Zelenski Ağ Evdəki "fiaskoya" görə üzr istəməlidir - Rubio

01.03.2025 / 11:20
Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib

01.03.2025 / 11:04
“Bu ərazini Azərbaycan işğal edib"- Fransa səfiri dinc dayanmır....

Həmrəylik ili Azərbaycan ekologiyasının uduşuna çevrildi - bu işlərin hesabına...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456