Bazar ertəsi günü, 3 mart 2025
     

“Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar” - Vüqar Rəhimzadə

Image

Artıq son dörd ildir ki, hər bir əlamətdar tarixi günü, bayramı tamamilə fərqli ovqatda, qalib, ərazi bütövlüyü və suverenliyini tam bərpa edən xalq kimi qeyd edirik. Nəzərə alsaq ki, bu gün bəhs edəcəyimiz əlamətdar gün məhz   bu tarixi zəfərlərdə xüsusi payı olan gənclərimizlə bağlıdır, bu halda daha da qürurlanır, ilk olaraq onların torpaq, Vətən sevgisindən söhbət açmaq istəyirik. 

Bu gün otuz il düşmən işğalında qalan torpaqlarımızı çox qısa müddətdə azad edən rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan, tarixi və dini abidələrimizi yerlə-yeksan edən erməni vandallarını 44 gündə diz çökdürən, kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan gəncinin günüdür. Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli Bayrağının bu torpaqlarda dalğalanması üçün canından keçən qəhrəman Azərbaycan gənci tarixi Zəfərimizlə, suverenliyimizi tam bərpa etməklə xalqımızın nə qədər yenilməz, məğrur xalq olduğunu dünyaya   nümayiş etdirdi. Onlar bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Daim Müzəffər Ali Baş Komandan İlham Əliyevdən "Hücum!" əmrini gözləyən gənclərimiz dövlətimizin başçısından 27 sentyabr 2020-ci il tarixində aldıqları  tapşırığı böyük ruh yüksəkliyi ilə qarşıladılar, silaha sarılaraq torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladılar. 

Vətən müharibəsinin ilk günündən cəbhədən gələn zəfər müjdələri hər birimizi qürurlandırdı, 30 illik işğala son qoyulacağına əminliyi artırdı. 44 gündə 30 illik işğala son qoymaq Azərbaycan dövlətinin qətiyyətini, xalqımızın dəmir yumruq kimi birliyini nümayiş etdirməklə yanaşı, Azərbaycan gəncinin necə vətənpərvər, milli ruhda böyüyən gənclik olduğunu təsdiqlədi. Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Tarixi Zəfərimizdən üç il sonra - 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi gənclərimizin vətənpərvərliyinin, milli qürurunun növbəti təqdimatı oldu. Bu gün   Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan yenilməz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərə imza atmaqla özünü dünyaya qalib, bütövləşən Azərbaycan kimi təqdim edir. Tarixi Zəfərimiz sayəsində yaradılan yeni reallıqlar ölkəmizin regionda və dünya siyasətində yerini, mövqeyini möhkəmləndirir, Azərbaycanın qarşısında yeni üfüqlər açır. Dövlətimizin başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən daim  bu çağırışı səsləndirir ki, gənclərimiz milli ruhda böyüməli, tərbiyə olunmalıdırlar. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. 

Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır" çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, gənclərimizin məsuliyyət hissini artırır. Ulu Öndər hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğını öndə saxlayıb. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərdi. Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev  gənc nəslə qayğısını heç zaman əsirgəmədi. Dahi rəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsasına çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı  Fərman ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin   gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.  Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi  davam  etdirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider  Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir." Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən,  I Forumun keçirildiyi tarix, 2 fevral Gənclər Günü kimi təsis edildi. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb olunur. Ümummilli Liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Məhz dövlətin gənclərə dəstəyi və qayğısı nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb və bu gün də artmaqda davam edir.

Milli Məclisin deputatı bildirib ki, son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları davamlılığı ilə diqqətdədir. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi. 2007-ci il "Gənclər İli" elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramları qəbul edildi. Dövlət başçısının 2019-cu ildə  imzaladığı  Sərəncamla "Yüksəliş" müsabiqəsi təsis edildi. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Dövlətimizin başçısının  2019-cu ildə imzaladığı Sərəncama əsasən, gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alındı.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, ölkədə könüllülər hərəkatının genişləndirilməsi də dövlətimizin gənclərə diqqət və qayğısının tərkib hissəsidir. Bu məqsədlə 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Qanun qəbul edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan edildi. Könüllülər hərəkatı bu gün cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.  İnformasiya müharibəsinin ön cəbhəsində duran da Azərbaycan gəncliyidir. Vətən müharibəsi dövründə  gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri düşmənlə informasiya müharibəsində üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular. 

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondunun töhfələri misilsizdir. Heydər Əliyev Fondu gənclərin fərdi və peşəkar inkişafı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Fond gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərinin inkişaf etdirilməsinə yardım edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Bu layihələr, həmçinin xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın gələcəyi olan gənclərə diqqət və qayğı davamlıdır. Onlar bu etimadı doğrultmaq üçün  hər bir dövrün çağırışlarına uyğun olaraq üzərlərinə düşən missiyanı  yüksək səviyyədə yerinə yetirərək müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə, yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini verməyə səy göstərirlər. Bu gün Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə  davamlı uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında da gənclər böyük çoxluq təşkil edirlər. Onlara burada öz potensial imkanlarını ortaya qoymaq üçün bütün imkanlar yaradılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, bələdiyyələrdə, parlamentdə təmsilçilik faizlərinin artırılması da özündə mühüm məqamları ehtiva edir. Bir sözlə, Azərbaycan gənci müasir dünyagörüşünə malik, daim yeniliyə, təkmilləşməyə maraq göstərən gənclikdir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

03.03.2025 / 14:23
Tramp Ukraynada atəşkəs imzalayıb sülh danışıqlarını illərlə uzatmaq istəyir...

03.03.2025 / 14:22
İsrail 400 minlik ordu ilə yeni müharibəyə hazırlaşır

03.03.2025 / 14:07
Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalır...

03.03.2025 / 13:51
Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir – HESABAT

03.03.2025 / 13:37
Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

03.03.2025 / 13:25
Bakıya gətirilən bahalı avtomobillər Siyəzəndə yandı...

03.03.2025 / 13:18
Ukraynanın yaya qədər müharibəni ABŞ-sız davam etdirməyə silahı var...

03.03.2025 / 13:10
Браво, Зеленский! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

03.03.2025 / 13:03
"Tramp artıq Putindən mesaj alıb"...

03.03.2025 / 12:49
Trampdan Ukraynaya yeni mesaj - danışıqlara başqa adam göndərin...

03.03.2025 / 12:37
Trampın müşaviri: “Ukrayna ərazisini güzəştə getməlidir”

03.03.2025 / 12:22
Ukraynalılar ABŞ-ın vitse - prezidentinin kurort istirahətini pozdular...

03.03.2025 / 12:15
Zərif İranın vitse- prezidentliyindən 2-ci dəfə istefa verdi...

03.03.2025 / 12:03
Rusiya XİN Bakıda ermənilərin məhkəməsinə reaksiya verdi..

03.03.2025 / 12:01
Zövqsüz KÜTLƏ!

03.03.2025 / 11:30
Əli Əsədov bu məsələlərlə bağlı QƏRAR imzaladı

03.03.2025 / 11:20
Ağdərənin bu kəndinə ilk köç başlayıb

03.03.2025 / 11:10
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

03.03.2025 / 11:06
"HƏMAS girovları azad etməkdən imtina edərsə..." - İsraildən müharibə QƏRARI

03.03.2025 / 11:03
Putinlə Tramp dünyanı dağıda biləcəklərmi? - CANLI

03.03.2025 / 10:30
"Qarabağ" "Sumqayıt"a, "Səbail" "Şamaxı"ya qarşı

03.03.2025 / 10:22
Kirayə yaşadığı evdə dəm qazından boğularaq öldü...

03.03.2025 / 10:20
Brejnevin qızıl saatı 35 milyona satışa çıxarıldı

03.03.2025 / 10:16
Rusiyadan idxal olunan yararsız toyuq əti məhsulları məhv edilib

03.03.2025 / 10:12
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

03.03.2025 / 10:06
Mirşahin Ağayevin atası 89 yaşında vəfat edib

03.03.2025 / 10:01
Tramp elan etdi - ABŞ “dünyanın kriptopaytaxtı” olacaq...

03.03.2025 / 09:30
"Avropa liderlərinin görüşləri davam edəcək" - Hakan Fidandan açıqlama

03.03.2025 / 09:13
"Forbes" Hollivud ulduzlarının qazancını açıqladı - fantastik rəqəmlər!

03.03.2025 / 09:07
"Yaxın vaxtlarda mühüm qərarlar açıqlanacaq”- Zelenskidən PAYLAŞIM

03.03.2025 / 09:01
"Roma"dan qələbə, "Milan"dan məğlubiyyət

03.03.2025 / 08:30
Xırdalanda güclü yanğın olub, sakinlər təxliyə edilib

02.03.2025 / 22:09
Suriyada Türkiyəyə qarşı İsrail-Rusiya ittifaqı - Netanyahu Moskva ilə “gizli” danışıqlara başladı…

02.03.2025 / 20:55
Avropadan ABŞ-a ilk sanksiyalar gəldi - ABŞ qüvvələrinə və gəmilərinə yanacaq tədarükü dayandırıldı…

02.03.2025 / 20:30
ABŞ-Ukrayna gərginliyi NATO-nu dağıdır… Admiral xəbərdarlıq etdi - alyans son günlərini yaşayır…

02.03.2025 / 20:14
Biləsuvarda silahlı insident - bir nəfər güllələndi...

02.03.2025 / 20:03
Londonda Ukrayna sammiti başladı - iştirakçılar arasında kimlər var...

02.03.2025 / 19:55
231 saylı məktəbin direktoru müəllimlərin 600 manatlıq ad günü hədiyyəsini bəyənmədi: "Mənə dilənçi payı lazım deyil" - VİDEO

02.03.2025 / 19:42
Meloni Trampla Zelenskini barışdırmaq istəyir...

02.03.2025 / 19:27
Çexiya Ukraynaya kömək üçün yeni koalisiya yaratmağa çağırdı

02.03.2025 / 18:43
ABŞ Londonun “danışıqlara qayıdın” çağırışını rədd etdi - Zelenski üzr istəməlidir…

02.03.2025 / 18:00
ABŞ Zelenski ilə danışıqları rəsmən dayandırdı…

02.03.2025 / 17:26
Lavrov bütün faciələrin günahkarı kimi Avropanı görür

02.03.2025 / 17:10
Londonda Ukrayna üzrə Təhlükəsizlik konfransı başlayır

02.03.2025 / 15:48
Putin dayandırılmasa Moldovaya, hətta Ruminiyaya hücum edəcək...

02.03.2025 / 15:25
Britaniya və Fransa Ukrayna üçün sülh planı hazırlayır

02.03.2025 / 15:16
İğdır-Naxçıvan qaz kəməri gələn həftə istifadəyə veriləcək...

02.03.2025 / 15:06
Zelenskini siyasi qətllərdə ittiham etmək istəyirlər

02.03.2025 / 14:35
ABŞ tarixində görünməmiş hadisə - Tramp bunu da etdi...

02.03.2025 / 13:42
Deputatın təklifinə aqressiv etirazlar var - "kişinin kişilik haqqına qəsd Azərbaycan ailəsinə yaraşmaz"...

02.03.2025 / 13:11
Tutsilərin soyqırımında iştirak edən Fransa vətəndaşı həbs edildi

02.03.2025 / 12:38
Ali və orta təhsilli gəncləri ölkədən qaçıran nədir?...

02.03.2025 / 11:55
Parisdə Atatürkün heykəli oğurlandı, sonra isə....Fransa Atatürkün yeri deyil..

02.03.2025 / 11:44
Lənkəranda 2 nəfər saxlandı - 10 kq narkotik, silah-sursat... - FOTO

02.03.2025 / 00:10
Starmer Zelenskini bərk-bərk qucaqlamaqla Ağ Evə mesaj verdi

01.03.2025 / 23:55
NATO baş katibi Zelenskiyə çağırış etdi - Trampın haqqı verilməlidir…

01.03.2025 / 23:34
Macarıstan Moskvada 9 May qələbə paradında niyə iştirak etmək istəmir…

01.03.2025 / 21:30
Tramp Zelenski ilə gərgin mübahisədən sonra tapşırıq verdi - ABŞ Ukraynaya yardımları tam dayandıra bilər…

01.03.2025 / 21:01
Suriyadakı Rusiya qoşunlarıyla bağlı İsrailin gizli planı var

01.03.2025 / 19:53
Klassik üslubda yeni tamaşa

01.03.2025 / 19:46
"Tramp və Vens Putinin çirkin işlərini görürlər" – Senator Çak Şumer

01.03.2025 / 19:23
Zelenskinin gedişi azı 12 Avropa liderinin də məhvi olacaq...

01.03.2025 / 18:50
Yazdığım kimi oldu - AZAL əməkdaşı Kadırovun medalından imtina etdi...

01.03.2025 / 17:03
Dövlətlərin bir var "suveren təhlükəsizliyi", bir də var "suverenlik şərəfi"... - FOTO

01.03.2025 / 16:21
Ramazan Ayı: İslamda Müqəddəs Ay

01.03.2025 / 16:17
Ukrayna Zelenskini dəstəkləyir

01.03.2025 / 15:35
Trampın "Doktrinası" - "Kənardan balanslaşma", dünyanı gözləyən təhlükə, İlham Əliyevin yaratdığı yeni "beynəlxalq hüquq mənbəyi"... - VİDEO

01.03.2025 / 15:20
Bakıda kafeni qumarxanaya çevirənlər həbs edildi...

01.03.2025 / 15:07
Fatimə Mövlamlı həbs edildi

01.03.2025 / 14:26
Avrokomissiya yaşıl enerjiyə 100 milyard avro ayırdı - Azərbaycanın da payı olacaq(?)...

01.03.2025 / 14:21
Ermənistan azərbaycanlı əsirlərə işgəncə faktlarının müzakirəsindən qaçır...

01.03.2025 / 14:07
Füzulidə narkokuryerlik edən șəxs saxlandı

01.03.2025 / 14:07
Azərbaycan dili üstündə İran hakimiyyətində ciddi fikir ayrılığı var...

01.03.2025 / 13:56
Yeni təhsil proqramlarını universitetlər özləri hazırlasın - Nazirliyin müdaxiləsini ziyanlı sayanlar var...

01.03.2025 / 13:52
Zelenski Trampın "erasını " başlamamış bitirdi... Özü də gedə bilər...

01.03.2025 / 13:30
Trampla görüşdən sonra Ukrayna xalqı Zelenskini daha çox sevməyə başladı

01.03.2025 / 12:51
Azərbaycan ilə Türkiyə HHQ arasında əməkdaşlıq məsələləri müzakirə olundu

01.03.2025 / 12:25
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım etdi - FOTO

01.03.2025 / 12:00
Tramp Avropanı şoka salıb: Liderlər London sammitinə toplaşır

01.03.2025 / 11:54
Zelenski Ağ Evdəki "fiaskoya" görə üzr istəməlidir - Rubio

01.03.2025 / 11:20
Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib

Həmrəylik ili Azərbaycan ekologiyasının uduşuna çevrildi - bu işlərin hesabına...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456