Bazar ertəsi günü, 3 mart 2025
     

Diplomat, alovlu publisist, mübariz vətəndaş - Xeyrəddin Qoca

Image

Qələm dilin tərcümanı olduğu kimi, cəmiyyətin də daxilinə, gizlin qalan mətləblərə, əyər-əysiyinə, gözlə görülən və görülməyən tərəflərinə sirayət etməyi bacarır. Əlbəttə, əgər usta bir yazarın, tükü-tükdən, yaxşını-pisdən, yağı şordan ayırmağı bacaran, düzə düz, əyriyə əyri deməyi bacaran bir söz əhlinin, qələm adamının əlində olarsa. 

Azərbaycan ədəbiyyatında, publistikasında klassiklərimizdən üzü bəri belə qələm sahibləri olub, bu gün də var, sabah da olacağına ümidimiz az deyil.

Çağdaşımız olan, bizimlə bir şəhərdə, bir göyün altında, bir yerin üstündə yaşayan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim,  Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Xeyrəddin Qoca qələmin qüdrəti, sözünün kəsəri, zəndinin itiliyi, prinsipial vətəndaş mövqeyi, ictimai-siyasi fəaliyyəti, yaradıcılığı ilə özünü çoxdan sübut edib. Xeyrəddin müəllim cəmiyyətin ağrı-acılarına, problemlərinə laqeyd qalmayan qələm adamıdır və biz onun yaradıcılığını, yazdıqlarını Azərbaycan cəmiyyətinin güzgüsü hesab edirik.   

Xeyrəddin Qocanın 75 yaşının tamam olduğunu eşidəndə sözün düzü, qulağımıza inanmadıq. Yəqin çoxlarınız da bizim kimi buna inanmamısınız. İnansaq da, inanmasaq da, gerçəklik budur ki, 2025-ci ilin yanvar ayının 29-da  Xeyrəddin Qocanın 75 yaşı tamam olub. 

Xeyrəddin Sayəddin oğlu Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olub. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunub, 1971-ci ildə ali məktəbi bitirib. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb.

1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib. "Politexnik" qəzetində müxbir (02.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışıb.

Bildiyimiz kimi, X.Qocanın jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilib. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənib. Onun səs yazılarının bir qismi, videolentlərə yazılmış tamaşaları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S. Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, son yaradıcılıq məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.

X.Qoca Azərbaycan Jurnalistlər İttifaqı (1979) və Yazıçılar (1996) Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun İdarə Heyətinin üzvüdür (2008).

X.Qoca 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərib, "91-lər"- dən biri olub. Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirlən təsis konfransında iştirak edib, Siyasi Şuranın üzvü seçilib.

1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Yazıçı-satirik "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək yazam…" (2003), "Hərənin öz payı" (iki hissəli satirik komediya) (2003), "Pyeslər" (2004), "Bu da belə həyatdır…" (2008), "Biz bizə bənzərik…" (2010) və "Yazdıqlarım… Yazılanlar…" (2018) adlı kitabların müəllifidir.

O, böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib.

Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin öz payı…" adlı iki hissəli satirik komediyası tamaşaya qoyulmuşdur (2002). Onun "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004). "Düzü-düz, əyrini-əyri" (2006), "Bu bizim zamanədir" (2007), "Toy olacaq…" (2008) adlı pyesləri Azərbaycan radiosunun tamaşaları kimi efirdə səslənilibdir.

Ədibin həyat və yaradıcılığına həsr olunmuş "Xeyrəddin Qoca" (foto-kitab) (2000), "Ömür belə keçir…" (2004) və " Həyati proseslərin axarında" adlı kitablar nəşr olunmuşdur. "Çinar-çap" nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab buraxmışdır (2007). İctimai Televiziya yazıçı haqqında "Ömür belə keçir…" adlı film çəkmişdir. (2009). Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm, səsim xoşunuza gəlməyəcək…" adlı satira gecəsi keçirmişdir (avqust 2003).

Cəlil Məmmədquluzadənin həyatından və "Molla Nəsrəddin" jurnalının yaradılmasından bəhs edən "Zamanın ruzigarı" adlı pyes yazıb.

O, uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olmuş, qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə "Qızıl qələm" (1994) mükafatına layiq görülüb. Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" (1995) mükafatını alıb. Mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, ədəbi-bədii, publisistik yazılarında vətəndaşlıq mövqeyinə, satira və yumor janrındakı kitablarına görə "Araz" Ali Ədəbi Mükafatı (2001) ilə təltif olunub. "Pyeslər" kitabında, "Hərənin öz payı…", "Qonşulaşma, qohumlaşma, kirvələşmə", "Bu bizim zəmanədir…" kimi dram əsərlərində ictimai problemləri işıqlandırdığına, güclü satirik-yumoristik təhkiyəsinə, özünəməxsus üslubuna, estetik-sənət axtarışlarına görə Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-Diplom alıb (2005).

Xeyrəddin Qocanın 75 illiyi ilə bağlı mətbutda xeyli sayda yazılar, fikirlər dərc olunub. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında nasirin həyat və yaradıcılığından, ictimai və siyasi fəaliyyətindən bəhs edən "Xeyrəddin Qoca – 75. Yazdıqlarım... Yazılanlar..." adlı virtual kitab sərgisi hazırlanıb. Bu xəbəri də sizinlə bölüşək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin kollektivi də yubuleyi münasibəti ilə Xeyrəddin Qocaya təbrik məktubu ünvanlayıb. 

75 il bundan əvvəl Ağdaş rayonunun Qulbəndə kəndində dünyaya gələn və bu gün nəinki Azərbaycanda, eləcə də Türkiyədə və başqa ölkələrdə şöhrət qazanan səmimi, sadə insan, diplomat, alovlu publisist, mübariz vətəndaş, yazdıqları cəmiyyətin aynasına çevrilən Xeyrəddin Qocanı biz də "Bakı-Xəbər" kollektivi adından təbrik edir, ona can sağlığı yaradıcılıq uğurları arzu edirik. Xeyrəddin müəllim, yubleyiniz mübarək. 

İradə SARIYEVA 



VİDEO

SON XƏBƏRLƏR

03.03.2025 / 14:07
Vətəndaşlar “elektron məhkəmə”dəki mürəkkəblik səbəbindən vəkil xidmətlərindən istifadəyə məcbur qalır...

03.03.2025 / 13:51
Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir – HESABAT

03.03.2025 / 13:37
Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

03.03.2025 / 13:25
Bakıya gətirilən bahalı avtomobillər Siyəzəndə yandı...

03.03.2025 / 13:18
Ukraynanın yaya qədər müharibəni ABŞ-sız davam etdirməyə silahı var...

03.03.2025 / 13:10
Браво, Зеленский! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

03.03.2025 / 13:03
"Tramp artıq Putindən mesaj alıb"...

03.03.2025 / 12:49
Trampdan Ukraynaya yeni mesaj - danışıqlara başqa adam göndərin...

03.03.2025 / 12:37
Trampın müşaviri: “Ukrayna ərazisini güzəştə getməlidir”

03.03.2025 / 12:22
Ukraynalılar ABŞ-ın vitse - prezidentinin kurort istirahətini pozdular...

03.03.2025 / 12:15
Zərif İranın vitse- prezidentliyindən 2-ci dəfə istefa verdi...

03.03.2025 / 12:03
Rusiya XİN Bakıda ermənilərin məhkəməsinə reaksiya verdi..

03.03.2025 / 12:01
Zövqsüz KÜTLƏ!

03.03.2025 / 11:30
Əli Əsədov bu məsələlərlə bağlı QƏRAR imzaladı

03.03.2025 / 11:20
Ağdərənin bu kəndinə ilk köç başlayıb

03.03.2025 / 11:10
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

03.03.2025 / 11:06
"HƏMAS girovları azad etməkdən imtina edərsə..." - İsraildən müharibə QƏRARI

03.03.2025 / 11:03
Putinlə Tramp dünyanı dağıda biləcəklərmi? - CANLI

03.03.2025 / 10:30
"Qarabağ" "Sumqayıt"a, "Səbail" "Şamaxı"ya qarşı

03.03.2025 / 10:22
Kirayə yaşadığı evdə dəm qazından boğularaq öldü...

03.03.2025 / 10:20
Brejnevin qızıl saatı 35 milyona satışa çıxarıldı

03.03.2025 / 10:16
Rusiyadan idxal olunan yararsız toyuq əti məhsulları məhv edilib

03.03.2025 / 10:12
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

03.03.2025 / 10:06
Mirşahin Ağayevin atası 89 yaşında vəfat edib

03.03.2025 / 10:01
Tramp elan etdi - ABŞ “dünyanın kriptopaytaxtı” olacaq...

03.03.2025 / 09:30
"Avropa liderlərinin görüşləri davam edəcək" - Hakan Fidandan açıqlama

03.03.2025 / 09:13
"Forbes" Hollivud ulduzlarının qazancını açıqladı - fantastik rəqəmlər!

03.03.2025 / 09:07
"Yaxın vaxtlarda mühüm qərarlar açıqlanacaq”- Zelenskidən PAYLAŞIM

03.03.2025 / 09:01
"Roma"dan qələbə, "Milan"dan məğlubiyyət

03.03.2025 / 08:30
Xırdalanda güclü yanğın olub, sakinlər təxliyə edilib

02.03.2025 / 22:09
Suriyada Türkiyəyə qarşı İsrail-Rusiya ittifaqı - Netanyahu Moskva ilə “gizli” danışıqlara başladı…

02.03.2025 / 20:55
Avropadan ABŞ-a ilk sanksiyalar gəldi - ABŞ qüvvələrinə və gəmilərinə yanacaq tədarükü dayandırıldı…

02.03.2025 / 20:30
ABŞ-Ukrayna gərginliyi NATO-nu dağıdır… Admiral xəbərdarlıq etdi - alyans son günlərini yaşayır…

02.03.2025 / 20:14
Biləsuvarda silahlı insident - bir nəfər güllələndi...

02.03.2025 / 20:03
Londonda Ukrayna sammiti başladı - iştirakçılar arasında kimlər var...

02.03.2025 / 19:55
231 saylı məktəbin direktoru müəllimlərin 600 manatlıq ad günü hədiyyəsini bəyənmədi: "Mənə dilənçi payı lazım deyil" - VİDEO

02.03.2025 / 19:42
Meloni Trampla Zelenskini barışdırmaq istəyir...

02.03.2025 / 19:27
Çexiya Ukraynaya kömək üçün yeni koalisiya yaratmağa çağırdı

02.03.2025 / 18:43
ABŞ Londonun “danışıqlara qayıdın” çağırışını rədd etdi - Zelenski üzr istəməlidir…

02.03.2025 / 18:00
ABŞ Zelenski ilə danışıqları rəsmən dayandırdı…

02.03.2025 / 17:26
Lavrov bütün faciələrin günahkarı kimi Avropanı görür

02.03.2025 / 17:10
Londonda Ukrayna üzrə Təhlükəsizlik konfransı başlayır

02.03.2025 / 15:48
Putin dayandırılmasa Moldovaya, hətta Ruminiyaya hücum edəcək...

02.03.2025 / 15:25
Britaniya və Fransa Ukrayna üçün sülh planı hazırlayır

02.03.2025 / 15:16
İğdır-Naxçıvan qaz kəməri gələn həftə istifadəyə veriləcək...

02.03.2025 / 15:06
Zelenskini siyasi qətllərdə ittiham etmək istəyirlər

02.03.2025 / 14:35
ABŞ tarixində görünməmiş hadisə - Tramp bunu da etdi...

02.03.2025 / 13:42
Deputatın təklifinə aqressiv etirazlar var - "kişinin kişilik haqqına qəsd Azərbaycan ailəsinə yaraşmaz"...

02.03.2025 / 13:11
Tutsilərin soyqırımında iştirak edən Fransa vətəndaşı həbs edildi

02.03.2025 / 12:38
Ali və orta təhsilli gəncləri ölkədən qaçıran nədir?...

02.03.2025 / 11:55
Parisdə Atatürkün heykəli oğurlandı, sonra isə....Fransa Atatürkün yeri deyil..

02.03.2025 / 11:44
Lənkəranda 2 nəfər saxlandı - 10 kq narkotik, silah-sursat... - FOTO

02.03.2025 / 00:10
Starmer Zelenskini bərk-bərk qucaqlamaqla Ağ Evə mesaj verdi

01.03.2025 / 23:55
NATO baş katibi Zelenskiyə çağırış etdi - Trampın haqqı verilməlidir…

01.03.2025 / 23:34
Macarıstan Moskvada 9 May qələbə paradında niyə iştirak etmək istəmir…

01.03.2025 / 21:30
Tramp Zelenski ilə gərgin mübahisədən sonra tapşırıq verdi - ABŞ Ukraynaya yardımları tam dayandıra bilər…

01.03.2025 / 21:01
Suriyadakı Rusiya qoşunlarıyla bağlı İsrailin gizli planı var

01.03.2025 / 19:53
Klassik üslubda yeni tamaşa

01.03.2025 / 19:46
"Tramp və Vens Putinin çirkin işlərini görürlər" – Senator Çak Şumer

01.03.2025 / 19:23
Zelenskinin gedişi azı 12 Avropa liderinin də məhvi olacaq...

01.03.2025 / 18:50
Yazdığım kimi oldu - AZAL əməkdaşı Kadırovun medalından imtina etdi...

01.03.2025 / 17:03
Dövlətlərin bir var "suveren təhlükəsizliyi", bir də var "suverenlik şərəfi"... - FOTO

01.03.2025 / 16:21
Ramazan Ayı: İslamda Müqəddəs Ay

01.03.2025 / 16:17
Ukrayna Zelenskini dəstəkləyir

01.03.2025 / 15:35
Trampın "Doktrinası" - "Kənardan balanslaşma", dünyanı gözləyən təhlükə, İlham Əliyevin yaratdığı yeni "beynəlxalq hüquq mənbəyi"... - VİDEO

01.03.2025 / 15:20
Bakıda kafeni qumarxanaya çevirənlər həbs edildi...

01.03.2025 / 15:07
Fatimə Mövlamlı həbs edildi

01.03.2025 / 14:26
Avrokomissiya yaşıl enerjiyə 100 milyard avro ayırdı - Azərbaycanın da payı olacaq(?)...

01.03.2025 / 14:21
Ermənistan azərbaycanlı əsirlərə işgəncə faktlarının müzakirəsindən qaçır...

01.03.2025 / 14:07
Füzulidə narkokuryerlik edən șəxs saxlandı

01.03.2025 / 14:07
Azərbaycan dili üstündə İran hakimiyyətində ciddi fikir ayrılığı var...

01.03.2025 / 13:56
Yeni təhsil proqramlarını universitetlər özləri hazırlasın - Nazirliyin müdaxiləsini ziyanlı sayanlar var...

01.03.2025 / 13:52
Zelenski Trampın "erasını " başlamamış bitirdi... Özü də gedə bilər...

01.03.2025 / 13:30
Trampla görüşdən sonra Ukrayna xalqı Zelenskini daha çox sevməyə başladı

01.03.2025 / 12:51
Azərbaycan ilə Türkiyə HHQ arasında əməkdaşlıq məsələləri müzakirə olundu

01.03.2025 / 12:25
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım etdi - FOTO

01.03.2025 / 12:00
Tramp Avropanı şoka salıb: Liderlər London sammitinə toplaşır

01.03.2025 / 11:54
Zelenski Ağ Evdəki "fiaskoya" görə üzr istəməlidir - Rubio

01.03.2025 / 11:20
Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib

01.03.2025 / 11:04
“Bu ərazini Azərbaycan işğal edib"- Fransa səfiri dinc dayanmır....

01.03.2025 / 10:53
Zelenski Tramdan üzr istəməyi düşünmür – “Özümü günahkar bilmirəm”

Həmrəylik ili Azərbaycan ekologiyasının uduşuna çevrildi - bu işlərin hesabına...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456