Ağcabədidə DƏHŞƏT - evdə əl qumbarası partladı, 5 nəfər öldü - FOTO/YENİLƏNDİ

Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən 5 nəfər və yaralanan 3 nəfərin kimliyi məlum olub. Trend-in məlumatına görə, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar.
Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.
XXX
Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib. Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Mətləb Salahov