"Tramp zarafat etmir, Qrenlandiyanı alacaq" - ABŞ-dan açıqlama

ABŞ-ın dövlət katibi Marko Rubio Prezident Donald Trampın Qrenlandiyanı almaq təklifinin "zarafat olmadığını" vurğulayaraq, bunu milli maraqlara uyğun ciddi addım kimi qiymətləndirib. M.Rubio "SiriusXM" şousunda jurnalist Meqin Kelliyə müsahibəsində deyib: "Bu zarafat mövzusu deyil və bizim milli maraqlarımıza uyğundur. Məsələni həll etmək lazımdır".
Yeni dövlət katibinin bu açıqlaması artıq ABŞ rəhbərinin yaxın günlərdə ciddia addımlar atacağını göstərir. Əlbəttdə, bu addıma qarşı etiraz və narazılıqlar da gözləntilər sırasındadır.
Mətləb Salahov