"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Futbol üzrə Misli Premyer Liqasının XXI turunda bu gün Bakının "Neftçi" klubu "Şamaxı"nı qəbul edəcək. Bu qarşılaşma saat 18:30-da start götürəcək. Uğursuzluq zolağında çapalayan "ağ-qaralar" hazırda 18 xalla 7-ci, qonaqlar 17 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ilk görüşündə "Sabah" "Kəpəz"lə üz-üzə gələcək. Bu matç saat 16:00-da başlayacaq. Paytaxt klubu 28 xalla 5-ci, Gəncə təmsilçisi isə 14 xalla 10-cu yerdədir.
Mətləb