Bazar günü günü, 17 may 2026
     

Ermənistan Naxçıvanla sərhəddə Qərb hərbçilərini yerləşdirir...

Image


Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistanda mülki missiyasının mandatının daha iki il müddətinə uzadılmasını təklif etmişdi. Bütün bunlar regionda sülh üçün ciddi təhdid yaradır. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Çünki Bakı sərhədlərdə üçüncü qüvvənin olmasını istəmir. O da faktdır ki,  müşahidə missiyası təyinatı üzrə fəaliyyət göstərmir. Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır. Missiyanın tərkibi birmənalı şəkildə NATO ölkələrinin hərbi kəşfiyyat mütəxəssisləri hesabına formalaşdırılıb. Avropa Birliyinin müşahidə missiyasının vəzifəsi hazırda Cənubi Qafqazda Azərbaycan, Türkiyə, İran və Rusiya haqqında kəşfiyyat xarakterli materiallar toplamaqdan ibarətdir. Missiya kəşfiyyat orqanına, casus şəbəkəsinə çevrilib və region ölkələrə qarşı fəaliyyət göstərir.  Digər tərəfdən, mülki missiya adı altında Avropa İttifaqı regiona ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını yerləşdirir. Çoxşaxəli məqsədlər arasında Azərbaycan-Ermənistan şərti sərhədini yeni təmas xəttinə çevirmək, burada möhkəmləndirilmiş mövqelər yaratmaq, erməni hərbçilərini kəşfiyyat məlumatları ilə təmin etmək və sair daxildir. Bütün bunlar Ermənistanın silahlandırlması fonunda qeydə alınır. Rəsmi Paris Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə S-300 raket komplekslərini Ermənistana vermək niyyətindədir.  Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək niyyəti, "Sülh fondu" adı altında silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu"nun Ermənistana dəstəyi İrəvanı yenidən revanşizmə həvəsləndirir.

Bu günlərdə prezident İlham Əliyev Rusiya media subyektlərinə müsahibəsində də bəyan edib ki, Ermənistanın tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Dövlət başçısı qeyd edib: "Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik". Belə olan halda Azərbaycanın adekvat tədbirlər görməsi təbiidir. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olması da bununla bağlıdır. Bu fonda prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edərək bildirib ki, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Yəni, onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Ona görə Azərbaycan prezidenti bir daha Ermənistana hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtmağı tövsiyə edib. Belə vəziyyətdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının gerçək məqsədi regionda sülhə töhfə vermək deyil. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir. Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilər, eləcə də diplomatlarla birlikdə uzaqdan Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Ötən dövrdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni, onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar. Bu da Qərbin müəyyən maraqlarının göstəricisidir. Rəsmi Bakının mövqeyi belədir ki, sözügedən missiya regional sabitlik, tərəflər arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə hesablanmış "binokl diplomatiyası"nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb.  Ekspertlərin fikrincə, baş verənlər deməyə əsas verir ki, həqiqətən də, regionda belə bir missiyaya ehtiyac yoxdur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

2-ci Qarabağ müharibəsini yarımçıq dayandırmağa çalışan ölkələr... təzyiqlər keçmədi...

Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

17.05.2026 / 12:45
BMT-nin proqram rəhbəri Azərbaycana təşəkkür etdi...

17.05.2026 / 12:28
Güclü yağışa qarşı gərəkli addımlar atılır...

17.05.2026 / 12:03
Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurmaya dəstəyini yüksək qiymətləndirdi...

17.05.2026 / 11:51
Özbəkistan Prezidenti Azərbaycana gəlir...

17.05.2026 / 11:32
Prezident Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib - FOTO

17.05.2026 / 11:27
Prezident İlham Əliyev Tokayevə zəng edib

17.05.2026 / 11:21
"1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır" - BMT-nin nümayəndəsi

17.05.2026 / 11:06
Naxçıvana uçuşlar bərpa edildi

17.05.2026 / 10:55
"Forum çərçivəsində Bakının Baş planına dair təqdimat da təşkil olunacaq" - Anar Quliyev

17.05.2026 / 10:42
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO

17.05.2026 / 10:30
Prezident İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTO/YENİLƏNDİ

17.05.2026 / 10:24
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

17.05.2026 / 10:18
"Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır" - Anaklaudia Rossbax

17.05.2026 / 09:42
WUF13 çərçivəsində Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir

17.05.2026 / 07:58
Makronun şillə “yeməsinə” səbəb olan aktrisa - İranın düşmən elan etdiyi Fərəhani…

17.05.2026 / 07:40
Hörmüz böhranı əczaçılıq sektoruna da təsir etməyə başladı - Dərman çatışmazlığı gəlir…

17.05.2026 / 07:28
Bəzi terror qrupları ABŞ-dan maliyyələşib? - Vensdən şok açıqlama…

17.05.2026 / 07:16
Almaniya daha 6 Ermənistan vətəndaşını deport etdi - 5 ayda 3-cü reys…

17.05.2026 / 06:54
Camal Qaşıqçı cinayəti yenidən gündəmdə - Paris araşdırmalara başladı

16.05.2026 / 21:36
Tramp Pekində təyyarəsinə minən kimi göstəriş verdi – Çində verilən bütün hədiyyələr zibil qutusuna atıldı…

16.05.2026 / 21:11
İran Dövlət Televiziyasında BƏƏ bayrağına atəş açıldı…

16.05.2026 / 19:47
BMT-nin Proqram rəhbəri Bakıdan dünyaya mesaj göndərdi

16.05.2026 / 19:40
Sabah Bakıda WUF13 tədbiri işə başlayır

16.05.2026 / 19:14
Almaniya kanslerindən gənclərə qalmaqallı məsləhət - ABŞ-a getməzdən əvvəl iki dəfə düşünün...

16.05.2026 / 18:11
Ukrayna böhranı “Finlandiya ssenarisi” ilə başa çata bilər – “Kiyev ərazi itkisini qəbul edə, neytrallığını elan edə bilər”...

16.05.2026 / 17:53
Naxçıvana uçuşlar təxirə salındı - səbəb...

16.05.2026 / 16:07
WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq keçirilib

16.05.2026 / 15:26
İran zənginləşdirilmiş uranı Trampa yox, Putinə verəcək – Moskva ilə danışıqlar başladı...

16.05.2026 / 15:09
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib

16.05.2026 / 14:16
Daha 18 ailə Cəbrayılın Şükürbəyli kəndinə köçdü

16.05.2026 / 13:50
Ermənistan AİB çərçivəsində bütün imtiyazlarını itirə bilər – Lavrovdan İrəvana mesaj...

16.05.2026 / 13:14
Samir Şərifov Səudiyyə nümayəndə heyəti ilə görüşdü

16.05.2026 / 12:58
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO

16.05.2026 / 12:51
WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

16.05.2026 / 11:14
“EFES-2026” - dənizdən sahilə hücum tapşırığı uğurla icra edildi

16.05.2026 / 10:31
TDT-yə üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir

16.05.2026 / 10:17
Sabah Bakıda WUF13 başlayır

15.05.2026 / 22:40
“Qarabağda ermənilər rusla Köçəryanın girovları idilər” - Paşinyan kökdən baltaladı...

15.05.2026 / 22:18
ABŞ-nin dünyadakı hegemonluğu bitir: Tramp harada səhv etdi?

15.05.2026 / 21:52
Ermənistandakı siyasi proseslərin regionun təhlükəsizlik mühitinə təsiri nələrdir? - EKSPERT DANIŞDI

15.05.2026 / 21:35
Çin-Azərbaycan strateji tərəfdaşlığı yeni mərhələyə doğru - Bakı səfərindən gözləntilər...

15.05.2026 / 21:17
Azərbaycanda danışma və eşitmə qüsuru olanların “hərəkət dilinə” rəsmi status...

15.05.2026 / 21:05
WUF13 Hava Limanı avtobus xidməti 24 saat fasiləsiz fəaliyyət göstərəcək

15.05.2026 / 20:48
Əliyevin erməni revanşistlərə xəbərdarlığı Avropanın özünə də xəbərdarlıqdır...

15.05.2026 / 20:22
Vətən müharibəsindən sonra ölkəmizdə uşaq doğumu sürətlə azalmağa başlayıb...

15.05.2026 / 19:54
Qarabağ məsələsinin sonu niyə “tam, birmənalı və mütləq qələbə” sayılmalıdır?...

15.05.2026 / 19:06
Polşada ukraynalı həkimlər kütləvi şəkildə işdən çıxarılır...

15.05.2026 / 18:43
BƏƏ 2027-ci il üçün Hörmüzə alternativ tapdı - boğazdan yan keçən neft kəməri…

15.05.2026 / 18:37
Vüqar Rəhimzadə: Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır

15.05.2026 / 18:22
Si Trampa doğru bir addım da atmadı - çox ilginc qarşılanma...

15.05.2026 / 18:15
Uşaqların xoşbəxt gələcəyi sağlam ailədən başlayır

15.05.2026 / 17:57
"Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək" - Prezident

15.05.2026 / 17:40
Tramp Şi ilə "konstruktiv model" barədə razılaşdı - Rusiya-Çin münasibətləri sərinləşə bilər...

15.05.2026 / 17:25
Ərdoğan TDT ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırdı

15.05.2026 / 17:18
Məmurların xariclə "qonaqlaşmaları" Prezidentin nəzarətinə götürüldü...

15.05.2026 / 16:52
Ərdoğanın qazax neftilə bağlı niyyəti çətinliklə üzləşə bilər...

15.05.2026 / 16:47
Türküstanda TDT XİN Şurasının qeyri-rəsmi iclası olub

15.05.2026 / 16:31
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib

15.05.2026 / 16:26
Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi

15.05.2026 / 16:10
Bakıdan mühüm mesaj - neokolonializm Qlobal Cənubun üzərində mürtəce nəzarət cəhdidir...

15.05.2026 / 15:56
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində... - FOTO

15.05.2026 / 15:50
Türkiyə-Ermənistan sərhədində fəallıq artır - zəruri məlum şərt isə dəyişməz qalır...

15.05.2026 / 15:49
İqtisadiyyatda qorxulu transformasiya: "boğucu iqtisadiyyat" dövrü başlanır...

15.05.2026 / 15:43
Prezident: "Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır"

15.05.2026 / 15:43
Dollar milyonçuları, 29 daşınmaz əmlaka sahib müxalifətçilər: pulu olmayanlar da az deyil...

15.05.2026 / 15:40
"Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək" - Prezident

15.05.2026 / 15:37
Prezident İlham Əliyev: "WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək"

15.05.2026 / 15:35
"Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir" - Prezident

15.05.2026 / 15:09
Rusiya hüquq müdafiəsi adı ilə dövlətlərə "hərbi müdaxilə" qanunu qəbul etdi... Paşinyandan cavab...

15.05.2026 / 15:05
İranın idarəçiliyində formal "xaos" - SEPAH mütləq nəzarətçi olaraq qalır...

15.05.2026 / 14:45
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

15.05.2026 / 14:38
Makron Azərbaycanın sayəsində Afrika siyasətinin məzmununu dəyişdi...

15.05.2026 / 14:32
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda mədəni məkanlarla tanış olublar - FOTO

15.05.2026 / 14:24
Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib - FOTO

15.05.2026 / 13:17
AŞPA Paşinyana sərbəstlik verdi -“kilsəni istədiyin kimi əzə bilərsən”...

15.05.2026 / 12:30
Prezident İlham Əliyevin Qazaxıstana səfəri başlayıb - FOTO

15.05.2026 / 12:22
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi...

15.05.2026 / 11:50
Çindən qayıdan Tramp İranı vurmaq əmri verə bilər – İsraildə hərəkətlilik başladı, prezident ABŞ səfərini ləğv etdi...

15.05.2026 / 11:33
WUF13 günləri üçün 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrıldı

15.05.2026 / 11:24
"Azərbaycanda inflyasiyanın 2027-ci ilədək hədəf diapazonunda qalacağı proqnozlaşdırılır" - AMB

15.05.2026 / 11:17
Rusiya Azərbaycan ərazisindən Ermənistana buğda g[öndərdi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək

XƏBƏR ARXİVİ