Cümə günü, 21 fevral 2025
     

Qərbi azərbaycanlıların BMT-də rəsmi sənəd yayması nə deməkdir?...

Image

Mübariz Göyüşlü: "İcmanın məktunun BMT sənədi kimi yayılmasını Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsinə yönəlik bir addım kimi qəbul etmək olar" 

Qərbi Azərbaycan İcmasının (QAİ) müxtəlif müraciətlərinin, çağrışlarının, məktublarının BMT-nin rəsmi sənəd kimi yayılması artıq ənənə halını alıb. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sənədləri də, müraciətləri də bu şəkildə yayılır. 

Bildiyimiz kimi QAİ Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib. 

"Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı. Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb". Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

QAİ-nin bəyanatının BMT-nin rəsmi sənədi kimi yayılmağının hüquqi-siyasi nöqteyi-nəzərdən nə kimi əhəmiyyəti, təsiri, kəsəri var? Bu nə deməkdir? Dövlətlərə necə təsir edir. Dövlətlərin bu sənədlərlə tanışlığı necə baş verir? 

"Bu Ermənistanın cinayətlərinə beynəlxalq müstəvidə siyasi və hüquqi qiymət verilməsi baxımından qarşımızada imkanlar açır"

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə bildirdi ki, QAİ-nin məktubunun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması müsbət hadisədir və bu hadisə Qərbi azərbaycanlılarla bağlı həqiqətlərin, Ermənistanın deportasiya, etnik təmizləmə siyasətinin beynəlxalq aləmə çatdırılmasıdır. M.Göyüşlünün sözlərinə görə, QAİ-nin müraciət və məktublarının bu şəkildə yayılması bu problemin daha çox dövlətə çatdırılmasına, beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsinə imkanlar açır. "Ermənistanın azərbaycanlılara qarşı deportasiya cinayətləri, onları öz evlərində, tarixi yurdlarında yaşamaq hüququndan məhrim etməsi faktı buy olla dünya ölkələrinə çatdırılır. Eyni zamanda Ermənistanın bu cinayətlərə görə məsuliyyət daşıdığını, beynəlxalq hüquqi müstəvidə buna cavab verməli olduğunu dünyaya bildirir".

M.Göyüşlünün fikrincə, bu, Qərbi Azərbaycan mübarizəsinin beynəlxalq platformada daha çox gündəmə gətirilməsi üçün də böyük əhəmiyyət daşıyır. Müsahibimiz bildirdi ki, bu gün Qərbi azərbaycanlıların geri qayıdış haqqı və hüququ dünya gündəmində intensiv yer almalıdır, bu barədə daha çox danışılmalı və sənədlər daha geniş şəkildə yayılmalıdır. "Düzdür, bu istiqamətdə ölkə daxilində də təşkilatlanma getməlidir. Amma yalnız ölkə daxilində gedən proseslərlə istədiyimiz nəticəni əldə edə bilmərik. Beynəlxalq siyasi və hüquqi müstəvidə nailiyyətlər əldə etməliyik, daha çox bu istiqamətə əhəmiyyət verməliyik. Bu BMT tribunasıdır və icmanın məktunun BMT sənədi kimi yayılmasını Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsinə yönəlik bir addım kimi qəbul etmək olar". 

Bu məktubun BMT sənədi kimi yayılmasının siyasi və hüquqi əhəmiyyətindən danışan M.Göyüşlü hesab edir ki, bu məsələ ilə daha çox dövlətlərin diqqətini cəlb edə bilərik. "Biz beynəlxalq dəstəyə, eyni zamanda da beynəlxalq təzyiq vasitəsilə  Ermənistanın doğru yola gəlməsinə nail ola bilərik. Bunu müsbət bir addım sayıram. Əlbəttə, bir neçə sənədin yayılması ilə gözlədiyimiz nəticəni ala bilmərik, qarşıya qoylan hədəfə nail olunması üçün biz bu istiqamətdə addımlarımızı, səylərimizi davam etdirməliyik. Bu işi dayanmadan aparmalıyıq".

M.Göyüşlü qeyd etdi ki, bu təbliğatın başda BMT tribunası kimi samballı bir tribuna olmaqla yanaşı bütün beynəlxalq tribunlarda, beynəlxalq təşkilatlarda və böyük dövlətlərdə aparılmasını müsbət qəbul edir. "Bu sənəd daha çox ölkəyə yayıb və daha çox ölkələr Qərbi azərbaycanlıların deportasiyasından, insan hüquqlarının pozulmasından xəbər tutub. Məncə, bu Ermənistanın cinayətlərinə beynəlxalq müstəvidə siyasi və hüquqi qiymət verilməsi baxımından qarşımızada imkanlar açır"-deyə M.Göyüşlü vurğuladı. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

20.02.2025 / 23:29
Eyforiyaya düşmək əbəsdir, Paşinyan yeni konstitusiyada Azərbaycanın əsaslı tələbini nəzərə almayacaq...

20.02.2025 / 23:27
"Tramp Ukraynaya nifrət edir və hər barədə onu günahlandırır" - The Times

20.02.2025 / 23:24
"Dünya həqiqət üzərində qurulmalıdır": Trampın Zelenskiyə hücumları respublikaçıları böldü

20.02.2025 / 23:22
Bloomberg: Trampın Zelenskiyə hücumları Kremlin “bütün gözləntilərini doğruldub”

20.02.2025 / 23:18
ABŞ-ın Rusiya aludəçiliyi: Onu “təcavüzkar” adlandırmaqdan belə yayınır

20.02.2025 / 21:45
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama...

20.02.2025 / 21:19
Suriyada Azərbaycana və Türkiyəyə PKK təhdidi aradan qalxa bilər...

20.02.2025 / 21:04
Ermənistan müharibə konstitusiyasını 2026-cı ilin sonunda dəyişəcək...

20.02.2025 / 20:49
Trampın siyasətini tanınmış ABŞ diplomatları da başa düşə bilmirlər...

20.02.2025 / 20:35
Tramp Ukrayna müharibəsinin bütün məsuliyyətini Zelenskinin çiyninə yığdı...

20.02.2025 / 20:32
Harutyunyan Qarabağ münaqişəsinin təhrik edilməsində Sovet İttifaqının xüsusi xidmət orqanlarını ittiham etdi

20.02.2025 / 20:27
Bloomberg: Trampın Zelenskiyə hücumları Kremlin “bütün gözləntilərini doğruldub”

20.02.2025 / 20:23
Qafqazşünaslıq İnstitutu bu səbəbdən bağlandı

20.02.2025 / 20:21
USAID-in pozucu işi barədə Azərbaycan ABŞ-dan rəsmi hesabat istəyə bilər...

20.02.2025 / 20:18
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir - FOTO

20.02.2025 / 20:13
“Rusiya Putinin zəhərindən azad olsun” `- VİDEO

20.02.2025 / 20:08
Zelenski Trampa tövsiyə verdi - "Gəl Ukrayna əsgərləri ilə danış"...

20.02.2025 / 19:54
Paşinyan yeni "Milli ideologiya"nı da saxtalaşdırdı - "erməni aşıq sənəti"?...

20.02.2025 / 19:41
Hərbi çağırışın ilkin qeydiyyatı xaosa çevrilib - 14-15 yaşlı uşaqlar Bakının xəstəxanalarını dolaşır...

20.02.2025 / 19:28
“Tramp da Putin kimidir. O, heç vaxt həqiqəti deməyəcək və istədiyini uyduracaq”

20.02.2025 / 19:27
Vardanyan Bakı təcridxanasında absurd bəhanələrlə aclığa başladığını deyib...

20.02.2025 / 19:24
"44 gün - Tarixi zəfər"-in 3 cildi Zaqatalada təqdim edildi... - FOTO

20.02.2025 / 19:11
Azad rayonlarımızın bərpası ölkənin inkişafında xüsusi fenomenə çevrilir...

20.02.2025 / 18:57
Zaqatalada ağacların kəsilməsinə görə cinayət işi açıldı - bir neçə vəzifəli şəxs işdən çıxaıldı

20.02.2025 / 18:48
Ermənistandakı Avromissiya rəhbəri Azərbaycan sərhədlərində kəşfiyyat apardıqlarını etiraf etdi...

20.02.2025 / 18:34
Putin Xəzər Kəmərləri Konsorsiumu ilə Qərbi və Qazaxıstanı şantaj edir...

20.02.2025 / 18:20
Avropa missiyası Ermənistanın müharibəyə hazırlaşdığını rəsmən təsdiqlədi...

20.02.2025 / 18:08
Vüqar Rəhimzadə: Azad edilmiş ərazilərdə görülən işlərin miqyası gələcək barədə aydın təsəvvür yaradır

20.02.2025 / 18:06
Mərhələli və yalnız öz gücümüzlə - Böyük Qayıdışın formulu verildi...

20.02.2025 / 17:52
Konstitusiya məhkəmə hakimləri barədə “75 yaş qərarı” hansı əsasla verildi?..

20.02.2025 / 17:39
Türk dili dilimizə təhlükəli imiş, rus dili yox - Ayaz Salayev aləmi qarışdırdı...

20.02.2025 / 17:26
Trampın USAİD-lə mübarizəsi bütün media ilə mübarizə şəkli alır...

20.02.2025 / 17:23
"BBC News" Azərbaycandakı ofisini bağladı

20.02.2025 / 17:15
“Real Ermənistan” ideologiyasında qonşularla sülh zərurəti barədə bir kəlmə də yoxdur...

20.02.2025 / 17:04
Abşeronda bir gecədə 8 avtomobil və 6 ev soyuldu - VİDEO

20.02.2025 / 16:52
Orta Şərqdə müharibə təhlükəsi... İsrail İranın nüvə obyektini bombalayacaq – tarix açıqlandı...

20.02.2025 / 16:45
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü

20.02.2025 / 16:37
Tovuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

20.02.2025 / 16:25
53 milyon dollar ixrac pulu prokurorluğun müdaxiləsindən sonra ölkəyə qaytarıldı...

20.02.2025 / 16:10
Baş Prokurorluqda yeni təyinatlar...

20.02.2025 / 16:05
MEDİA onlayn media resurslarına kütləvi kiberhücumlarla bağlı açıqlama yaydı...

20.02.2025 / 15:51
Likiya sivilizasiyasının qorunan mirası Ksantos və Letoon

20.02.2025 / 15:44
“Rusiya sülh müqaviləsini pozarsa, Ukraynaya avtomatik NATO üzvlüyü təklif oluna bilər”

20.02.2025 / 15:37
Trampın 300 milyard dollar yardım iddialarına Zelenskidən reaksiya gəldi – “Bizdə tam fərqli rəqəmlər var”

20.02.2025 / 14:31
Hərbi Dəniz Qüvvələrinin Dəniz piyada bölmələrinin təlimi keçirildi - VİDEO

20.02.2025 / 14:14
Almaniya və Britaniya Trampa qarşı Zelenskinin müdafiəsinə qalxdı...

20.02.2025 / 13:53
APA-nın Bakı Bəyannaməsi qəbul olundu

20.02.2025 / 13:39
Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi - yeni təyinat...

20.02.2025 / 13:34
“Putin qatil diktatordur”: Avstraliya Trampın gözlərini açmağa çalışır

20.02.2025 / 13:32
Özünü “kral” adlandıran Tramp Amerika siyasətçilərinın təpkisiylə üzləşdi

20.02.2025 / 13:15
Prezident Artur Rasi-zadəyə “Heydər Əliyev” ordenini təqdim etdi - FOTO/YENİLƏNDİ

20.02.2025 / 13:10
США защищают агрессора? Что будет дальше? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.02.2025 / 12:43
“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi

20.02.2025 / 12:40
Rusiyanın Ukrayna danışıqlarında "kozırları" var - Tramp

20.02.2025 / 12:20
Prezident “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib

20.02.2025 / 12:00
Keçmiş məhkumdan 72 kiloqram narkotik vasitə götürülüb

20.02.2025 / 11:52
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - FOTO/YENİLƏNDİ

20.02.2025 / 11:50
“İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq

20.02.2025 / 11:32
Prezident İlham Əliyev Artur Rasi zadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

20.02.2025 / 11:31
Hakan Fidan bu gün Sergey Lavrovla görüşəcək

20.02.2025 / 11:22
"Qalatasaray" və "Fənərbaxça" bu axşam Avroliqada cavab matçına çıxırlar

20.02.2025 / 11:16
Donald Tramp Çin liderini Vaşinqtonda gözləyir - "Si Cinpinlə gözəl münasibətlərim var"

20.02.2025 / 11:10
"Qızların keyfiyyətli təhsil alması vacib amildir" - nazirdən AÇIQLAMA

20.02.2025 / 11:06
Moskva Azərbaycana qarşı yeni oyun başladır - CANLI

20.02.2025 / 11:03
Ağdaşda bədbəxt hadisə - əməliyyat edilən qadın 2 gün sonra ölüb

20.02.2025 / 10:32
Bu aktyor “Kuruluş Osman”dan ayrılır

20.02.2025 / 10:26
"Rusiyanın Cənubi Qafqazdakı mövqelərini geri qaytarması mümkün deyil" - erməni politoloq

20.02.2025 / 10:20
"Atamın ölüsünə dil uzadıb" - Cavidan Novruz Xalq artisti Əli Nurun dediklərinə cavab verib

20.02.2025 / 10:12
Berlində tətil başladı- sürücülər maaş azlığına etiraz edirlər...

20.02.2025 / 10:09
Mingəçevir su anbarında batan iki nəfərin axtarışları davam etdirilir

20.02.2025 / 10:06
Paşinyan "Real Ermənistan" adlı yeni milli ideologiyanı yaratdığı gündən uğursuzluğa məhkum etdi..

20.02.2025 / 09:26
Mediasiya Şurası yaranandan boşanmaların sayı durmadan artır…

20.02.2025 / 09:16
Bu xanım "Bakı Metropoliteni"ndə müşavir təyin edildi

20.02.2025 / 09:10
"Real", PSV, "Borrusiya" və PSJ 1/8 finalda!

20.02.2025 / 09:03
İndiki və üç il əvvəlki Marko Rubio

20.02.2025 / 08:39
Yerli kərə yağı istehsalı artdıqca, idxal da artır - uyğunsuzluğun səbəbləri...

20.02.2025 / 00:56
Tramp Zeleskini “komediyaçı”, “diktator” adlandırdı – Kiyevdən sərt açıqlamalar gəldi...

20.02.2025 / 00:11
Prezidentin Xocalı sakini ilə səmimi söhbəti: "Maşallah, sənin də yumruğun..." - VİDEO

19.02.2025 / 23:27
ABŞ və Rusiya danışıqları nəticəsiz bitdi... - VİDEO

19.02.2025 / 22:55
Prezidentin sosial şəbəkə hesabında Xocalıda sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.02.2025 / 22:38
"Bir nəticə var." Putin Rusiya-ABŞ danışıqları haqqında

Azad rayonlarımızın bərpası ölkənin inkişafında xüsusi fenomenə çevrilir...

XƏBƏR ARXİVİ

Fevral
B.eÇ.aÇC.aCŞB
272829303112345678910111213141516171819202122232425262728123456789