Cümə günü, 21 fevral 2025
     

Paşinyan vaxt uzatmaqla məşğuldur...

Image

Mətləb Salahov: "Bölgədə Azərbaycan amili həlledici faktordur"

 Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük müharibədən artıq dörd ildən çox vaxt keçib. Bu müddətdə məğlub Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiya aktından sonra sanki sülh əvəzinə müharibə üçün fürsət axtarır. Rəsmi İrəvanın bu müddət ərzində daha çox Qərb dairələrinin bölgədəki maraqları üçün marionet rejimə çevrilməsi də diqqətlərdən yayınmır. Jurnalist-ekspert Mətləb Salahov "Bakı-xəbər"ə açıqlamasında Ermənistan rəhbərliyinin Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə başqa yollara baş vurduğunu, proseslərə səmimi olmadığını bildirib. M.Salahov qeyd edib ki, rəsmi İrəvan vaxt qazanmaq üçün qeyri-real və məntiqsiz  "Sülh kəsişməsi" layihəsini ortalığa atıb və bunun ətrafında manipulyasiyalar etməklə məşğuldur. "Normal siyasət biliyi olan hər kəsə gözəl aydındır ki, hazırda Azərbaycan faktoru bölgədə müəyyənedicidir. Yəni rəsmi Bakının iştirak etmədiyi və yaxud razılaşmadığı istənilən təşəbbüs mənasız, qeyri-ciddi kağız parçasından başqa heç bir önəm daşımır. Fransanın, Avropa İttifaqının və digərlərinin təzyiqlərinə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq əsasında prinsipial mövqeyini qorumağa davam edir. Ölkəmiz öz milli maraqlarını fəal şəkildə müdafiə edir, ədalət və sabitliyə sadiqliyini nümayiş etdirir. Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında mühüm bir aktor olaraq çıxış edir, sülhməramlı təşəbbüslərdə fəal iştirak edir, eləcə də, azadlıq və ədalət uğrunda mübarizə aparan məzlum xalqları dəstəkləyir. Bu siyasət Azərbaycanı beynəlxalq arenada ikili standartlarla qarşılaşan bir çox ölkə üçün nümunə halına gətirir.
 N.Paşinyan höküməti isə, "Sülh kəsişməsi" kimi lazımsız "layihələri" ortaya atmaqla situasiyanı dəyişdirmək, siyasi proseslərə əlavə "oyunçular" cəlb etməklə gedişatı dəyişməyə can atır. Baxın, Ermənistan dövlət olaraq 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəlikləri ən məntiqsiz bəhanələrlə yubandırmağa, Azərbaycanla sülh sazişi imzalamamaq üçün yüz yola baş vurmağa, ən pis ssenari kimi isə, bölgədə geosiyasi maraqları olan güclü dövlətlərin diktəsi və dəstəyi ilə sürətlə silahlanmağa çalışır. Bu proses sülh sazişinə olan ümidləri də risqə atır.
 Diqqət edək: sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas tələbi olan Ermənistanın konstitutsiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması, beynəlxalq hüquqa əsaslanan yeni konstitusiya qəbulu və ATƏT-in Minsk qrupunun fəaliyyətinin ləğvi ilə bağlı müraciətə hələ də əməl olunmur. N.Paşinyan rejiminin ölkədaxili vəziyyəti də ürəkaçan deyil. Ermənistanda güclənən daxili gərginlik, iqtisadi böhran, ölkəni tərk edənlərin sayının çoxalması, yüksək vəzifəli məmurlar arasında istefaların artması Paşinyan hakimiyyətinə qarşı etirazları hər gün gücləndirir. Ermənistan daxilindəki bu cür narazılıqlar dalğası 2026-cı ildə ölkədə keçiriləcək parlament seçkilərinin asan olmayacağını göstərir. Müharibə cinayətlərində əli qana batmış keçmiş prezidentlərin yaratdıqları qruplaşmalar, həmçinin onlar arasında güclənən rəqabət də nəzərə alınsa, Hayastanda baş verən hadisələrin sonunu təsəvvür etmək çətin deyil. Məhz N.Paşinyanın Azərbaycanla münasibətləri yoluna qoymaq əvəzinə, məhz daixili auditoriyaya hesablanmış yanlış addımları sıralamaqda davam edir. Açıq şəkildə görünür ki, cəmi bir il öncə Ermənistandakı xunta təfəkkürünü və baş verənlərə ictimai baxışı dəyişmək hədəfi götürmüş N.Paşinyan, deyəsən bu "islahat təşəbbüsündən" yorulub və artıq ancaq öz hakimiyyətinin hayına qalmaq yolunu seçib. Açıq görünür ki, küçə etirazları dalğasında hakimiyyətə əyləş(dirilən)miş balacaboy Nikol, artıq eyni proseslə özünün də vurulub hakimiyyətdən salınmasından bərk qorxur. Həttda Qərbdəki dəstəkçiləri ona ürək-dirək versələr də.

Ermənistanın 10 noyabr razılşamasında üzərinə götürdüyü məsələlərdən biri də nəqliyat kommunikasiya barədə olub. Amma baxın görün heç rəsmi İrəvan bu məsələ barədə bircə kəlmə müsbət yanaşma göstərirmi? Qəti! Hazırkı Ermənistan hakimiyyəti digər öhdəlikləri kimi bu məsələdə də ikili oyun nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinə dair səsləndirdiyi fikirlər kifayət qədər önəmli xarakter daşıyır. Cənab Prezidentin dediyi kimi, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Əlbətdə, bu proses geci-tezi baş verəcək. Çünki bu Azərbaycanın haqlı tələbidir. Nəzərə alsaq ki, hazırda Zəngəzur dəhlizi barədə artıq ən aparıcı media orqanları və siyasi çevrələrdə müzakirə və mübahisələr aparılır, demək ki, bölgə cəmiyyəti bu prosesin labüdlüyü barədə daha geniş təsəvvürə malikdir və hər keçən gün bu dəhlizin bölgənin iqtisadi-kommunikasiya imkanlarını yüksəltmək üçün vacib xarakter daşıdığı aydın şəkildə hiss olunur. Mən düşünürəm ki, N.Paşinyan rejiminin Ermənistanı marionet dövlət halına salması belə, Azərbaycanın haqlı tələblərinin və bölgənin istisadi inteqrasiyası üçün son dərəcə vacib layihələrin reallaşmasına mane ola bilməyəcək."

Namiq Quliyev




VİDEO

SON XƏBƏRLƏR

20.02.2025 / 23:29
Eyforiyaya düşmək əbəsdir, Paşinyan yeni konstitusiyada Azərbaycanın əsaslı tələbini nəzərə almayacaq...

20.02.2025 / 23:27
"Tramp Ukraynaya nifrət edir və hər barədə onu günahlandırır" - The Times

20.02.2025 / 23:24
"Dünya həqiqət üzərində qurulmalıdır": Trampın Zelenskiyə hücumları respublikaçıları böldü

20.02.2025 / 23:22
Bloomberg: Trampın Zelenskiyə hücumları Kremlin “bütün gözləntilərini doğruldub”

20.02.2025 / 23:18
ABŞ-ın Rusiya aludəçiliyi: Onu “təcavüzkar” adlandırmaqdan belə yayınır

20.02.2025 / 21:45
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama...

20.02.2025 / 21:19
Suriyada Azərbaycana və Türkiyəyə PKK təhdidi aradan qalxa bilər...

20.02.2025 / 21:04
Ermənistan müharibə konstitusiyasını 2026-cı ilin sonunda dəyişəcək...

20.02.2025 / 20:49
Trampın siyasətini tanınmış ABŞ diplomatları da başa düşə bilmirlər...

20.02.2025 / 20:35
Tramp Ukrayna müharibəsinin bütün məsuliyyətini Zelenskinin çiyninə yığdı...

20.02.2025 / 20:32
Harutyunyan Qarabağ münaqişəsinin təhrik edilməsində Sovet İttifaqının xüsusi xidmət orqanlarını ittiham etdi

20.02.2025 / 20:27
Bloomberg: Trampın Zelenskiyə hücumları Kremlin “bütün gözləntilərini doğruldub”

20.02.2025 / 20:23
Qafqazşünaslıq İnstitutu bu səbəbdən bağlandı

20.02.2025 / 20:21
USAID-in pozucu işi barədə Azərbaycan ABŞ-dan rəsmi hesabat istəyə bilər...

20.02.2025 / 20:18
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir - FOTO

20.02.2025 / 20:13
“Rusiya Putinin zəhərindən azad olsun” `- VİDEO

20.02.2025 / 20:08
Zelenski Trampa tövsiyə verdi - "Gəl Ukrayna əsgərləri ilə danış"...

20.02.2025 / 19:54
Paşinyan yeni "Milli ideologiya"nı da saxtalaşdırdı - "erməni aşıq sənəti"?...

20.02.2025 / 19:41
Hərbi çağırışın ilkin qeydiyyatı xaosa çevrilib - 14-15 yaşlı uşaqlar Bakının xəstəxanalarını dolaşır...

20.02.2025 / 19:28
“Tramp da Putin kimidir. O, heç vaxt həqiqəti deməyəcək və istədiyini uyduracaq”

20.02.2025 / 19:27
Vardanyan Bakı təcridxanasında absurd bəhanələrlə aclığa başladığını deyib...

20.02.2025 / 19:24
"44 gün - Tarixi zəfər"-in 3 cildi Zaqatalada təqdim edildi... - FOTO

20.02.2025 / 19:11
Azad rayonlarımızın bərpası ölkənin inkişafında xüsusi fenomenə çevrilir...

20.02.2025 / 18:57
Zaqatalada ağacların kəsilməsinə görə cinayət işi açıldı - bir neçə vəzifəli şəxs işdən çıxaıldı

20.02.2025 / 18:48
Ermənistandakı Avromissiya rəhbəri Azərbaycan sərhədlərində kəşfiyyat apardıqlarını etiraf etdi...

20.02.2025 / 18:34
Putin Xəzər Kəmərləri Konsorsiumu ilə Qərbi və Qazaxıstanı şantaj edir...

20.02.2025 / 18:20
Avropa missiyası Ermənistanın müharibəyə hazırlaşdığını rəsmən təsdiqlədi...

20.02.2025 / 18:08
Vüqar Rəhimzadə: Azad edilmiş ərazilərdə görülən işlərin miqyası gələcək barədə aydın təsəvvür yaradır

20.02.2025 / 18:06
Mərhələli və yalnız öz gücümüzlə - Böyük Qayıdışın formulu verildi...

20.02.2025 / 17:52
Konstitusiya məhkəmə hakimləri barədə “75 yaş qərarı” hansı əsasla verildi?..

20.02.2025 / 17:39
Türk dili dilimizə təhlükəli imiş, rus dili yox - Ayaz Salayev aləmi qarışdırdı...

20.02.2025 / 17:26
Trampın USAİD-lə mübarizəsi bütün media ilə mübarizə şəkli alır...

20.02.2025 / 17:23
"BBC News" Azərbaycandakı ofisini bağladı

20.02.2025 / 17:15
“Real Ermənistan” ideologiyasında qonşularla sülh zərurəti barədə bir kəlmə də yoxdur...

20.02.2025 / 17:04
Abşeronda bir gecədə 8 avtomobil və 6 ev soyuldu - VİDEO

20.02.2025 / 16:52
Orta Şərqdə müharibə təhlükəsi... İsrail İranın nüvə obyektini bombalayacaq – tarix açıqlandı...

20.02.2025 / 16:45
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü

20.02.2025 / 16:37
Tovuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

20.02.2025 / 16:25
53 milyon dollar ixrac pulu prokurorluğun müdaxiləsindən sonra ölkəyə qaytarıldı...

20.02.2025 / 16:10
Baş Prokurorluqda yeni təyinatlar...

20.02.2025 / 16:05
MEDİA onlayn media resurslarına kütləvi kiberhücumlarla bağlı açıqlama yaydı...

20.02.2025 / 15:51
Likiya sivilizasiyasının qorunan mirası Ksantos və Letoon

20.02.2025 / 15:44
“Rusiya sülh müqaviləsini pozarsa, Ukraynaya avtomatik NATO üzvlüyü təklif oluna bilər”

20.02.2025 / 15:37
Trampın 300 milyard dollar yardım iddialarına Zelenskidən reaksiya gəldi – “Bizdə tam fərqli rəqəmlər var”

20.02.2025 / 14:31
Hərbi Dəniz Qüvvələrinin Dəniz piyada bölmələrinin təlimi keçirildi - VİDEO

20.02.2025 / 14:14
Almaniya və Britaniya Trampa qarşı Zelenskinin müdafiəsinə qalxdı...

20.02.2025 / 13:53
APA-nın Bakı Bəyannaməsi qəbul olundu

20.02.2025 / 13:39
Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi - yeni təyinat...

20.02.2025 / 13:34
“Putin qatil diktatordur”: Avstraliya Trampın gözlərini açmağa çalışır

20.02.2025 / 13:32
Özünü “kral” adlandıran Tramp Amerika siyasətçilərinın təpkisiylə üzləşdi

20.02.2025 / 13:15
Prezident Artur Rasi-zadəyə “Heydər Əliyev” ordenini təqdim etdi - FOTO/YENİLƏNDİ

20.02.2025 / 13:10
США защищают агрессора? Что будет дальше? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.02.2025 / 12:43
“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi

20.02.2025 / 12:40
Rusiyanın Ukrayna danışıqlarında "kozırları" var - Tramp

20.02.2025 / 12:20
Prezident “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib

20.02.2025 / 12:00
Keçmiş məhkumdan 72 kiloqram narkotik vasitə götürülüb

20.02.2025 / 11:52
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - FOTO/YENİLƏNDİ

20.02.2025 / 11:50
“İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq

20.02.2025 / 11:32
Prezident İlham Əliyev Artur Rasi zadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

20.02.2025 / 11:31
Hakan Fidan bu gün Sergey Lavrovla görüşəcək

20.02.2025 / 11:22
"Qalatasaray" və "Fənərbaxça" bu axşam Avroliqada cavab matçına çıxırlar

20.02.2025 / 11:16
Donald Tramp Çin liderini Vaşinqtonda gözləyir - "Si Cinpinlə gözəl münasibətlərim var"

20.02.2025 / 11:10
"Qızların keyfiyyətli təhsil alması vacib amildir" - nazirdən AÇIQLAMA

20.02.2025 / 11:06
Moskva Azərbaycana qarşı yeni oyun başladır - CANLI

20.02.2025 / 11:03
Ağdaşda bədbəxt hadisə - əməliyyat edilən qadın 2 gün sonra ölüb

20.02.2025 / 10:32
Bu aktyor “Kuruluş Osman”dan ayrılır

20.02.2025 / 10:26
"Rusiyanın Cənubi Qafqazdakı mövqelərini geri qaytarması mümkün deyil" - erməni politoloq

20.02.2025 / 10:20
"Atamın ölüsünə dil uzadıb" - Cavidan Novruz Xalq artisti Əli Nurun dediklərinə cavab verib

20.02.2025 / 10:12
Berlində tətil başladı- sürücülər maaş azlığına etiraz edirlər...

20.02.2025 / 10:09
Mingəçevir su anbarında batan iki nəfərin axtarışları davam etdirilir

20.02.2025 / 10:06
Paşinyan "Real Ermənistan" adlı yeni milli ideologiyanı yaratdığı gündən uğursuzluğa məhkum etdi..

20.02.2025 / 09:26
Mediasiya Şurası yaranandan boşanmaların sayı durmadan artır…

20.02.2025 / 09:16
Bu xanım "Bakı Metropoliteni"ndə müşavir təyin edildi

20.02.2025 / 09:10
"Real", PSV, "Borrusiya" və PSJ 1/8 finalda!

20.02.2025 / 09:03
İndiki və üç il əvvəlki Marko Rubio

20.02.2025 / 08:39
Yerli kərə yağı istehsalı artdıqca, idxal da artır - uyğunsuzluğun səbəbləri...

20.02.2025 / 00:56
Tramp Zeleskini “komediyaçı”, “diktator” adlandırdı – Kiyevdən sərt açıqlamalar gəldi...

20.02.2025 / 00:11
Prezidentin Xocalı sakini ilə səmimi söhbəti: "Maşallah, sənin də yumruğun..." - VİDEO

19.02.2025 / 23:27
ABŞ və Rusiya danışıqları nəticəsiz bitdi... - VİDEO

19.02.2025 / 22:55
Prezidentin sosial şəbəkə hesabında Xocalıda sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.02.2025 / 22:38
"Bir nəticə var." Putin Rusiya-ABŞ danışıqları haqqında

Azad rayonlarımızın bərpası ölkənin inkişafında xüsusi fenomenə çevrilir...

XƏBƏR ARXİVİ

Fevral
B.eÇ.aÇC.aCŞB
272829303112345678910111213141516171819202122232425262728123456789