Bu gün Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İB-dən bildirilib. Belə ki, "Buzovna 1-97" qaz təchizat mərkəzindən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar "Bilgəh-1" qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi, 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30 yanvar 2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağları, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mətləb