Qubada "Tik-Tok" vasitəsilə insanlara qarşı dələduzluq edən şəxs tutuldu
![Image](https://www.baki-xeber.com/media/uploads/posts/2025-01/1738151261_arrest.webp?v=1738218275)
"Tik-Tok"da insanlara qarşı dələduzluq edən şəxs saxlanılıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Tapdıq Əliyev saxlanılıb.
O, "Tik-tok" sosial şəbəkəsində iş elanları yerləşdirərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pulunu ələ keçirərək dələduzluq edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
ZÜMRÜD