Bazar günü, 16 fevral 2025
     

Tramp USAİD-ə məktub göndərdi - "Amerika dövlətinə qarşı işləyirsiniz"...

Image

Vaşinqtonun bütün dünyada ABŞ yardımını geniş şəkildə dondurmasından sonra Donald Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) onlarla yüksək vəzifəli məmuru məzuniyyətə göndərib. USAİD əməkdaşlarına göndərilən daxili memorandumda deyilir ki, yeni rəhbərlik agentlik daxilində "prezidentin icra sərəncamlarını və Amerika xalqının mandatını pozmaq üçün hazırlanmış" bir sıra hərəkətləri müəyyən edib.

Memorandumda daha sonra deyilir: "Nəticədə biz USAİD-in bir sıra əməkdaşlarını bu hərəkətləri nəzərdən keçirməyimizi başa çatdırana, növbəti bildirişə qədər tam maaş və müavinətlə inzibati məzuniyyətə göndəriirk". Sənəddə  qərarın nə qədər adama təsir etdiyi göstərilmir, lakin məsələ ilə tanış olan mənbələr bunun 57 ilə 60 işçi arasında olduğunu deyir. Bunlar sırf rəhbər işçilərdir. "Reuters"ə danışan mənbələrdən ikisi bildirib ki, işdən çıxarılanlar arasında enerji təhlükəsizliyindən tutmuş su təhlükəsizliyinə, uşaqların təhsilinə və rəqəmsal texnologiyaya qədər müxtəlif mövzularda işləyən USAID-in bütün bürolarında yüksək vəzifələrdə çalışan karyera işçiləri var. Bundan əvvəl Donald Tramp xarici yardımın onun xarici siyasət prioritetlərinə uyğun olub-olmadığını yoxlamaq üçün 90 gün müddətinə dayandırılmasını əmr etmişdi. Elə bu fonda USAID-in 10 mindən çox əməkdaşına göndərilən təlimatda Birləşmiş Ştatların bütün dünya üzrə xarici yardımının dondurulmasından sonra əlavə göstərişlərin olacağı bildirilir. Mediaya sızmış sənəddə deyilir ki, xarici yardım xərclərinin dayandırılması "ümumi dondurulma", rəsmi Vaşinqtonun bu fəaliyyətə veto qoyması deməkdir. Burada yeganə istisna fövqəladə hallar zamanı humanitar ərzaq yardımı və dövlət məmurlarının xidməti və ezamiyyə xərcləridir.  Düzdür, Pentaqon əmin edib ki, Trampın beynəlxalq dəstəyin 90 gün müddətinə dayandırılması haqqında fərmanı  Ukraynaya hərbi yardım proqramlarına şamil edilmir. Eyni zamanda, tezliklə məlum olub ki, USAID Ukraynaya dəstək layihələrini, o cümlədən məktəbə dəstək proqramları, tibbi yardım, o cümlədən analara təcili yardım və uşaqların peyvənd edilməsini dayandırıb.   USAID-də  İdarəetmə və Resurslar üzrə Administrator köməkçisi Ken Cekson daxili memorandumda yazıb: "Biz prezidentə öz vizyonuna nail olmaqda dəstək verməyə borcluyuq. Prezident bizə gələcək onilliklər üçün xarici yardımın çatdırılma üsulunu dəyişdirmək üçün böyük imkan verdi".  

Qeyd edək ki, Donald Tramp federal bürokratiyada islahatlarla bağlı vədlərini həyata keçirməyə başlayıb. O, bir sıra agentliklərə qarşı tədbirlər görərkən yüzlərlə federal işçini başqa vəzifəyə təyin edib və ya işdən azad edib. Vəzifəyə başladıqdan bir neçə saat sonra Tramp, onun xarici siyasət prioritetlərinə uyğun olub-olmadığını yoxlamaq üçün bütün xarici yardımların dondurulmasını əmr edib. Xatırladaq ki, ABŞ dünyanın ən böyük iqtisadi yardım donorudur. 2023-cü maliyyə ilində xarici iqtisadi yardım üçün 72 milyard dollar ayrılıb. 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydə alınan bütün humanitar yardımın 42%-ni ABŞ təmin edib. USAID dünyanın ABŞ-a loyal ölkələrinə yardımlar göstərən qurum kimi ölkəmizə də  yaxşı tanışdır. İnkişafa deyil, maliyyə inhisarçılığına, xüsusilə, Cənubi  Qafqazda sülhün və sabitliyin, təhlükəsizliyin yaranmasına qarşı çıxan qüvvələrdən biri məhz USAID-dir. Ümumiyyətlə, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər və onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirilər. Azərbaycan dövləti sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənələrinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Təcrübə isə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə "5-ci kolon" formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diqtə etmək, güzəştlərə nail olmaq üçün istifadə edib. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Məhz bu cür milli mənafeyə ziddi fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alınıb. Prosesin davamı kimi Azərbaycan USAİD-in ölkəmizdə fəaliyyətinə heç bir ehtiyac görmür. 

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

16.02.2025 / 09:48
Prezident məmurları təvazökarlığa çağırır, generallar 100 minlik maşınlardan düşmür...

15.02.2025 / 22:25
Tramp Avropanı “ofsaytda” qoydu - Ukrayna danışıqlarında iştirak etməyəcəklər …

15.02.2025 / 22:08
Tramp və Putinin bu ayın sonuna kimi Səudiyyədə görüşəcəyi gözlənilir - hazırlıqlar başladı…

15.02.2025 / 21:20
Rusiya Tartusdakı hərbi bazasını Afrikaya köçürür – Sudanla razılıq əldə edildi...

15.02.2025 / 21:07
ABŞ-ın Ukrayna siyasətində xaos başlayıb - VİDEO

15.02.2025 / 19:37
ABŞ bir şərtlə Ukraynaya qoşun yeritməyə hazır olduğunu açıqlayıb

15.02.2025 / 19:25
Ukraynada müharibə bu tarixlərdə dayana bilər – “Putin sövdələşmə üçün əlamətdar tarixləri seçəcək”

15.02.2025 / 17:51
Qlobal geo-siyasi mühitdə Azərbaycan-Çin əlaqələri

15.02.2025 / 17:26
Zelenski Putinlə görüşmək üçün şərtlərini açıqladı – yalnız bu halda müharibəni dayandıracağıq...

15.02.2025 / 16:52
Zaxarova təyyarə qəzası haqda qeyri-səmimi danışdı... - VİDEO

15.02.2025 / 16:35
ABŞ-ın vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqladı – nə Rusiya, nə də Çindir...

15.02.2025 / 16:17
Polşanın baş naziri Ukrayna ilə bağlı təcili plan hazırlamağa çağırdı

15.02.2025 / 16:02
Münhendə Zelenskiyə ukrayna dilində danışmağa icazə verilmədi

15.02.2025 / 15:44
Martda 18 gün iş olmayacaq...

15.02.2025 / 15:28
Zelenski Venslə görüşdən pörtmüş vəziyyətdə çıxıb

15.02.2025 / 15:11
Binəqədidə içərisində 5400 manat olan 2 ödəmə terminalını oğurladılar

15.02.2025 / 14:39
Dünya deputatları Bakıdakı məhkəməyə unikal qiymət verdilər - Rusiyanı da, separatçıları da vurdular...

15.02.2025 / 14:32
Pozuntuya görə 10-dan çox seçki məntəqəsi buraxıldı - cəza qanuna uyğundur?

15.02.2025 / 14:23
İlham Əliyevin adlarını çəkdiyi qəzetlər ABŞ büdcəsini talayıblar...

15.02.2025 / 13:45
Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

15.02.2025 / 12:26
İş və istirahət günlərinin yerləri dəyişdirildi - 12 gün ardıcıl iş olmayacaq...

15.02.2025 / 12:10
Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək...

15.02.2025 / 11:07
Bu ölkədə təhsil nazirinə silahlı hücum olub

15.02.2025 / 11:02
ABŞ -ın Ukrayna siyasətində dərin xaos yaranmaqdadır...

15.02.2025 / 09:27
MTK-lar dövlətin əhaliyə kommunal xidmətlərini hansı hüquqla dayandırırlar...

15.02.2025 / 08:44
Beynəlxalq maliyyə-qrant layihələri universitetlərimiz üçün təhlükəli ola bilər...

14.02.2025 / 23:28
Paşinyan Aİ üzvlüyünə doğru daha bir addım atdı, ancaq Avropa Ermənistanı saymadı...

14.02.2025 / 23:23
"Biz bilirik rəsmi Bakını nə narahat edir"..

14.02.2025 / 22:08
Ceyhun Bayramov Münxendə Avropa Şurasının baş katibi ilə görüşdü

14.02.2025 / 21:55
Ceyhun Bayramov israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə etdi

14.02.2025 / 21:43
Məhkəmədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktları sadalandı

14.02.2025 / 21:33
Ermənilərin müharibədə muzdlu döyüşçülərdən istifadə etməsinə dair faktlar açıqlandı...

14.02.2025 / 21:23
Mərkəzi Bank müştərini ən çox incidən bankları açıqladı - "hansı məsələlərdə" sualı isə açıq qaldı...

14.02.2025 / 21:07
“Putinin pul kisəsi”, Bakı məhkəməsi, dünya cana gəldi - niyə?..

14.02.2025 / 21:03
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

14.02.2025 / 20:53
USAID-in 3 Qafqaz dövlətinə qarşı fərqli üsullarla işlədiyi açılır...

14.02.2025 / 20:40
Kobaxidze Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası barədə konkret heç nə demədi...

14.02.2025 / 20:37
1979-cu ildən dövlətlərin arasında ilk dəfə... - Bakı İrəvanı bu Konvensiya ilə vurur...

14.02.2025 / 20:25
USAID-in Bakıda "informasiya diversantları" hazırlayan xüsusi institutları...

14.02.2025 / 20:22
Bu nə biabırçılıqdır? - Şəhərin ortasında sərxoş hallı eyni geyimli qızlar dubinka ilə polisi döyürlər... - VİDEO

14.02.2025 / 20:10
USAİD Ukrayna mediasının 90 faizini Rusiyaya qarşı qaldıra bildi...

14.02.2025 / 20:02
Azərbaycanda universitet rektoru istefa verib - bu postdan ikiəlli yapışanlara gözəl nümunədir...

14.02.2025 / 19:57
Qərbin dəstəyi itirildi, prezidentlə merin davası başladı - bu ölkənin gələcəyinə zülmət çökdü...

14.02.2025 / 19:43
Azərbaycandan Çinə neft ixracının böyük mərhələsi açılır - Prezident anons etdi

14.02.2025 / 19:30
Avropa İttifaqının 4 mühüm qurumu Ermənistana qrup göndərdi...

14.02.2025 / 19:16
Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

14.02.2025 / 19:04
335 milyard dollar səmərəsiz səpələndi - USAİD sonda ABŞ-ın özünə də ziyan vurdu...

14.02.2025 / 19:01
Prezident İlham Əliyev Əhməd əl-Şaraanı təbrik etdi

14.02.2025 / 18:50
Ermənilər Trampın vəzifə verdiyi şəxsi ABŞ-ın Qafqaz siyasətinə qarşı qaldırır...

14.02.2025 / 18:41
Paşinyan Münhendə biabırçı duruma düşdü – onu heç bir alman məmuru qarşılamadı...

14.02.2025 / 18:33
“Transparency İnternational" Azərbaycan əleyhinə qərəzli reytinq rəqəmi uydurdu...

14.02.2025 / 18:32
MSK bələdiyyə seçkilərinə yekun vurdu

14.02.2025 / 18:27
Dövlət katibinin təyyarəsi "nasazlıq" üzündən Münhenə uça bilmədi, Trampın Ukrayna planı eşidilməz qaldı - təsadüfdür?...

14.02.2025 / 18:21
ABŞ Dövlət katibi Münhenə uça bilmədi, ya uçmaq istəmədi... - VİDEO

14.02.2025 / 18:14
İrəvanda Bakı-Moskva gərginliyi "təhlil" edilir - qaz məsələsi, İran və Qərb faktorları...

14.02.2025 / 18:01
Azərbaycan və Ermənistan delimitasiya Komissiyalarının işçi görüşü keçirildi

14.02.2025 / 17:53
“USAİD büdcəsinin hər sətri ya korrupsiyadır, ya da gülməli...” - Tramp baltanı kökdən vurdu...

14.02.2025 / 17:40
Dünyaca məşhur qəzetlər USAİD-in pulu ilə “muzdlu geosiyasi alətlərə” çevrildi...

14.02.2025 / 17:36
Mülkiyyəti əlindən alınmış Cəlilabad sakini - Kərəm Həsənovun qəbulunda oldum.... - VİDEO

14.02.2025 / 17:29
QHT-lər USAİD-in əməlləri ilə bağlı ABŞ səfirliyində görüş keçirəcəklər...

14.02.2025 / 17:16
Seçkilərdə yol verilən nöqsanlara görə bəzi seçki komissiyaları buraxıldı

14.02.2025 / 17:10
Bayden hökuməti Azərbaycana qarşı USAID-lə birgə sinxron iş aparırdı...

14.02.2025 / 17:03
2 bələdiyyəyə seçkilərin nəticələri etibarsız sayıldı

14.02.2025 / 16:53
Orban Rusiya-Ukrayna sülh masasında yer tələb edən Aİ-ni sərt tənqid etdi – siz buna layiq deyilsiniz...

14.02.2025 / 16:46
Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edir

14.02.2025 / 16:37
"Biz bilirik ki, aviaqəza ilə bağlı faciə həm Bakıda, həm də Moskvada çox həssas qarşılanır" - Zaxarova

14.02.2025 / 16:28
Nazirlik hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yaydı

14.02.2025 / 16:25
Tramp böhtan kampaniyaları üçün ABŞ-dan maliyyə alan media qurumlarını ifşa etdi - Pulları geri qaytarın…

14.02.2025 / 16:16
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

14.02.2025 / 16:14
KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib

14.02.2025 / 16:14
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

14.02.2025 / 16:06
Trampdan BRİCS ölkələrinə 100 faizlik vergi təhdidi - dollarla oynasalar…

14.02.2025 / 15:33
“Konstitusion, suveren dövlətin müdrik Lideri” - Akademik Əhliman Əmiraslanov yazır...

14.02.2025 / 15:25
Ağcabədidə narkotikin təsiri altında avtomobil idarə edən sürücülər həbs olundu

14.02.2025 / 15:10
Putin işğalçılıq siyasətini davam etdirmək üçün ABŞ–la danışıqlardan istifadə edir

14.02.2025 / 14:41
Əmək hüquqlarını pozan şirkətlərlə bağlı məhkəməyə müraciət edildi

14.02.2025 / 14:20
Moldova Rusiya ilə 1998-ci il sazişini ləğv etdi - Kişinyovdakı Rus Mədəniyyət Mərkəzi bağlanır...

14.02.2025 / 14:10
İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlandı - FOTO

14.02.2025 / 13:56
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni sədri kollektivə təqdim edildi - FOTO

14.02.2025 / 13:42
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

14.02.2025 / 13:27
“Lazer Beauty Klinikası” bağlanır - Nazirlik hərəkətə keçdi...

Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

XƏBƏR ARXİVİ

Fevral
B.eÇ.aÇC.aCŞB
272829303112345678910111213141516171819202122232425262728123456789