Bazar günü, 16 fevral 2025
     

Rusiyanın Ermənistana hərbi müdaxiləsi gündəmə gəlir - münasibətlər düzələnə oxşamır...

Image

Ermənistan və Qərb arasında əməkdaşlığın birinci üçün yaxın tezlikdə böyük problemlər yaradacağına dair xəbərdarlıqlar artır. Artıq erməni cəmiyyətində də çoxları etiraf edir ki, vəziyyət ölkə üçün kritik həddə yaxınlaşır. 

Erməni ictimai xadim Vahe Qriqoryan bununla bağlı bildirir: "Bizi sürətlə Gürcüstanın yalnız ötən il çıxa bildiyi "Avropa" bataqlığına sürükləyirlər. Yeri gəlmişkən, bu bataqlıqdan Gürcüstanı İvanişvili çıxardı, ABŞ-ni Tramp çıxardı... Ermənilər isə "Yaşasın Avropa" deyə qışqırırlar... Ancaq erməni tarixi ilə bağlı pafoslu köhnə kitabları xatırlayanda, sonra yeni antimilli kitabları oxuyanda, sosial elmlər üzrə "Avropasayağı" kitabları vərəqləyəndə başa düşürəm ki, hər şey təəssüf doğursa da, əbədi olmamış real təhsilin təbii nəticəsidir. Bəlkə də hamısı budur".

Xatırladaq ki, bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə oyuna girməsini təhlükəli hal adlandırıb: "Onlar Avropa İttifaqı ilə oyun oynamağa başladılar. Çox təhlükəli oyundur. Nikol Paşinyanı sakitləşdirin. O, Ermənistanı məhv edəcək. Rusiyanı da özünə qarşı qoyur. Mühasirəyə alınıb, ərazisi kiçikdir. Əhali cəhətdən böyük ölkə deyil və düşmənlərlə əhatə olunub". Avrasiya İqtisadi İttifaqının (Aİİ) baş katibi Sergey Lebedev də Ermənistana müvafiq xəbərdarlıqlar edib: "Avrasiya İqtisadi İttifaqı və MDB ilə əməkdaşlıq etməmək Ermənistana çətin olacaq. Ermənistan xalqı üçün əlavə çətinliklər, problemlər nəyə lazımdır? MDB ölkələri və Belarus, bildiyim qədər, Ermənistana bu qarşılıqlı əlaqəni qoruyub saxlamağa kömək etməyə hazırdır". Ermənistanla ABŞ arasında yaxınlarda imzalanmış strateji tərəfdaşlıq xartiyası və İrəvanın Avropa İttifaqına qoşulmaq planlarından danışan MDB baş katibi qeyd edib ki, çox sənəd imzalanır, lakin sonra yerinə yetirilmir: "Çox sənəd imzalanır, lakin onların hamısı yerinə yetirilmir. Sonra həyat öz düzəlişlərini edir". Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə daxil olma prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib və parlamentə göndərib. Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsinə müsbət rəy verib.

Hesab olunur ki, proseslər Qərbin Ermənistandan Rusiyaya qarşı istifadə cəhdlərinin real təzahürüdür. Hazırda Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü siyasət aparmasıdır. Rəsmi İrəvan xüsusilə ABŞ və Fransanın təhrikii ilə adıçəkilən dövlətlərin əlinə oynayır. Xatırladaq ki, Paşinyan 2018-ci ildə məhz Qərbin dəstəyi ilə hakimiyyətə gətirilmişdi. O vaxtdan bəri məqsəd Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi və bununla paralel Qərbin regiondakı mövqelərinin gücləndirilməsi idi. Proseslərin gedişi, o cümlədən verilən son açıqlamalar da göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. Rəsmi İrəvanla KTMT arasında münasibətlər uzun müddətdir faktiki olaraq dondurulub. Bu durumda ehtimal olunan əsas versiyalardan biri perspektivdə Rusiyanın Ermənistana hərbi müdaxiləsidir. Belə vəziyyətdə Qərb Ermənistan vasitəsilə Rusiayaya qarşı ikinci cəbhənin açılmasına nail ola biləcək.  İndiki halda Qərb ermənistanı şirnikləndirməklə məqsədinə nail olmağı düşünür. Avropa İttifaqına üzvlük vədləri də bundan qaynaqlanır. Milli Məclisin deputatı Könül Nurullayeva qeyd edir ki, Ermənistan Avropa İttifaqına üzvlüyə ümid edir, amma bu, real görünmür: "İlk növbədə onu qeyd etməliyik ki, Ermənistan coğrafi baxımdan ittifaqdan uzaqdır və Avropa İttifaqı hətta onunla birbaşa həmsərhəd olan Balkan ölkələrinin də qəbulunu təxirə salıb. Üstəlik, Ermənistan Avropa İttifaqına üzvlük öhdəliklərini üzərinə götürməyə hazır deyil. Bunu hətta bəzi erməni ekspertlər də etiraf edirlər". Deputat bildirib ki, Qərb faktiki olaraq Ermənistan üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır: "Nikol Paşinyan böyük ümidlərlə parlamentin İttifaqa üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul etməsini gözləyir. O, ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya prosesinə başladığını xəyal edir. Məsələ burasındadır ki, Ermənistanın tərəfdaş kimi Avropa İttifaqı üçün heç bir siyasi və iqtisadi cəlbediciliyi yoxdur. Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır, üstəlik, bu ölkənin forpostudur. Sadəcə, kollektiv Qərb Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq üçün şirnikləndirici vədlər verir, son illər İttifaqın İrəvana xüsusilə təhlükəsizlik sahəsində dəstəyini qabardırlar. Burada isə söhbət təbii ki, "mülki missiya" adı altında Azərbaycanla sərhədə yerləşdirilən təxribatçı Aİ missiyasından gedir. Bu fəaliyyət Ermənistanda revanş üçün əsas səbəblərdən biridir". Ermənistanın, həmçinin iqtisadi inkişafla bağlı İttifaqdan yardım gözlədiyini diqqətə çatdıran deputatın fikrincə, Avropa İttifaqı İrəvana bərabərhüquqlu tərəfdaş kimi yox, daha çox əyləncə obyekti kimi yanaşır. Qərb bu əməkdaşlığın digər tərəflərə yönəlmədiyini hər nə qədər iddia etsə də, yaranmış mənzərə reallığın nədən ibarət olduğunu açıq-aydın göstərir. Əslində bu, Ermənistanı Qərbin forpostuna çevirmək istəyidir. Azərbaycan prezidenti də Qərbin Ermənistanı Cənubi Qafqazdakı forpostuna çevirmək cəhdlərinin mənfi nəticələr verəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

16.02.2025 / 09:48
Prezident məmurları təvazökarlığa çağırır, generallar 100 minlik maşınlardan düşmür...

15.02.2025 / 22:25
Tramp Avropanı “ofsaytda” qoydu - Ukrayna danışıqlarında iştirak etməyəcəklər …

15.02.2025 / 22:08
Tramp və Putinin bu ayın sonuna kimi Səudiyyədə görüşəcəyi gözlənilir - hazırlıqlar başladı…

15.02.2025 / 21:20
Rusiya Tartusdakı hərbi bazasını Afrikaya köçürür – Sudanla razılıq əldə edildi...

15.02.2025 / 21:07
ABŞ-ın Ukrayna siyasətində xaos başlayıb - VİDEO

15.02.2025 / 19:37
ABŞ bir şərtlə Ukraynaya qoşun yeritməyə hazır olduğunu açıqlayıb

15.02.2025 / 19:25
Ukraynada müharibə bu tarixlərdə dayana bilər – “Putin sövdələşmə üçün əlamətdar tarixləri seçəcək”

15.02.2025 / 17:51
Qlobal geo-siyasi mühitdə Azərbaycan-Çin əlaqələri

15.02.2025 / 17:26
Zelenski Putinlə görüşmək üçün şərtlərini açıqladı – yalnız bu halda müharibəni dayandıracağıq...

15.02.2025 / 16:52
Zaxarova təyyarə qəzası haqda qeyri-səmimi danışdı... - VİDEO

15.02.2025 / 16:35
ABŞ-ın vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqladı – nə Rusiya, nə də Çindir...

15.02.2025 / 16:17
Polşanın baş naziri Ukrayna ilə bağlı təcili plan hazırlamağa çağırdı

15.02.2025 / 16:02
Münhendə Zelenskiyə ukrayna dilində danışmağa icazə verilmədi

15.02.2025 / 15:44
Martda 18 gün iş olmayacaq...

15.02.2025 / 15:28
Zelenski Venslə görüşdən pörtmüş vəziyyətdə çıxıb

15.02.2025 / 15:11
Binəqədidə içərisində 5400 manat olan 2 ödəmə terminalını oğurladılar

15.02.2025 / 14:39
Dünya deputatları Bakıdakı məhkəməyə unikal qiymət verdilər - Rusiyanı da, separatçıları da vurdular...

15.02.2025 / 14:32
Pozuntuya görə 10-dan çox seçki məntəqəsi buraxıldı - cəza qanuna uyğundur?

15.02.2025 / 14:23
İlham Əliyevin adlarını çəkdiyi qəzetlər ABŞ büdcəsini talayıblar...

15.02.2025 / 13:45
Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

15.02.2025 / 12:26
İş və istirahət günlərinin yerləri dəyişdirildi - 12 gün ardıcıl iş olmayacaq...

15.02.2025 / 12:10
Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək...

15.02.2025 / 11:07
Bu ölkədə təhsil nazirinə silahlı hücum olub

15.02.2025 / 11:02
ABŞ -ın Ukrayna siyasətində dərin xaos yaranmaqdadır...

15.02.2025 / 09:27
MTK-lar dövlətin əhaliyə kommunal xidmətlərini hansı hüquqla dayandırırlar...

15.02.2025 / 08:44
Beynəlxalq maliyyə-qrant layihələri universitetlərimiz üçün təhlükəli ola bilər...

14.02.2025 / 23:28
Paşinyan Aİ üzvlüyünə doğru daha bir addım atdı, ancaq Avropa Ermənistanı saymadı...

14.02.2025 / 23:23
"Biz bilirik rəsmi Bakını nə narahat edir"..

14.02.2025 / 22:08
Ceyhun Bayramov Münxendə Avropa Şurasının baş katibi ilə görüşdü

14.02.2025 / 21:55
Ceyhun Bayramov israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə etdi

14.02.2025 / 21:43
Məhkəmədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktları sadalandı

14.02.2025 / 21:33
Ermənilərin müharibədə muzdlu döyüşçülərdən istifadə etməsinə dair faktlar açıqlandı...

14.02.2025 / 21:23
Mərkəzi Bank müştərini ən çox incidən bankları açıqladı - "hansı məsələlərdə" sualı isə açıq qaldı...

14.02.2025 / 21:07
“Putinin pul kisəsi”, Bakı məhkəməsi, dünya cana gəldi - niyə?..

14.02.2025 / 21:03
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

14.02.2025 / 20:53
USAID-in 3 Qafqaz dövlətinə qarşı fərqli üsullarla işlədiyi açılır...

14.02.2025 / 20:40
Kobaxidze Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası barədə konkret heç nə demədi...

14.02.2025 / 20:37
1979-cu ildən dövlətlərin arasında ilk dəfə... - Bakı İrəvanı bu Konvensiya ilə vurur...

14.02.2025 / 20:25
USAID-in Bakıda "informasiya diversantları" hazırlayan xüsusi institutları...

14.02.2025 / 20:22
Bu nə biabırçılıqdır? - Şəhərin ortasında sərxoş hallı eyni geyimli qızlar dubinka ilə polisi döyürlər... - VİDEO

14.02.2025 / 20:10
USAİD Ukrayna mediasının 90 faizini Rusiyaya qarşı qaldıra bildi...

14.02.2025 / 20:02
Azərbaycanda universitet rektoru istefa verib - bu postdan ikiəlli yapışanlara gözəl nümunədir...

14.02.2025 / 19:57
Qərbin dəstəyi itirildi, prezidentlə merin davası başladı - bu ölkənin gələcəyinə zülmət çökdü...

14.02.2025 / 19:43
Azərbaycandan Çinə neft ixracının böyük mərhələsi açılır - Prezident anons etdi

14.02.2025 / 19:30
Avropa İttifaqının 4 mühüm qurumu Ermənistana qrup göndərdi...

14.02.2025 / 19:16
Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

14.02.2025 / 19:04
335 milyard dollar səmərəsiz səpələndi - USAİD sonda ABŞ-ın özünə də ziyan vurdu...

14.02.2025 / 19:01
Prezident İlham Əliyev Əhməd əl-Şaraanı təbrik etdi

14.02.2025 / 18:50
Ermənilər Trampın vəzifə verdiyi şəxsi ABŞ-ın Qafqaz siyasətinə qarşı qaldırır...

14.02.2025 / 18:41
Paşinyan Münhendə biabırçı duruma düşdü – onu heç bir alman məmuru qarşılamadı...

14.02.2025 / 18:33
“Transparency İnternational" Azərbaycan əleyhinə qərəzli reytinq rəqəmi uydurdu...

14.02.2025 / 18:32
MSK bələdiyyə seçkilərinə yekun vurdu

14.02.2025 / 18:27
Dövlət katibinin təyyarəsi "nasazlıq" üzündən Münhenə uça bilmədi, Trampın Ukrayna planı eşidilməz qaldı - təsadüfdür?...

14.02.2025 / 18:21
ABŞ Dövlət katibi Münhenə uça bilmədi, ya uçmaq istəmədi... - VİDEO

14.02.2025 / 18:14
İrəvanda Bakı-Moskva gərginliyi "təhlil" edilir - qaz məsələsi, İran və Qərb faktorları...

14.02.2025 / 18:01
Azərbaycan və Ermənistan delimitasiya Komissiyalarının işçi görüşü keçirildi

14.02.2025 / 17:53
“USAİD büdcəsinin hər sətri ya korrupsiyadır, ya da gülməli...” - Tramp baltanı kökdən vurdu...

14.02.2025 / 17:40
Dünyaca məşhur qəzetlər USAİD-in pulu ilə “muzdlu geosiyasi alətlərə” çevrildi...

14.02.2025 / 17:36
Mülkiyyəti əlindən alınmış Cəlilabad sakini - Kərəm Həsənovun qəbulunda oldum.... - VİDEO

14.02.2025 / 17:29
QHT-lər USAİD-in əməlləri ilə bağlı ABŞ səfirliyində görüş keçirəcəklər...

14.02.2025 / 17:16
Seçkilərdə yol verilən nöqsanlara görə bəzi seçki komissiyaları buraxıldı

14.02.2025 / 17:10
Bayden hökuməti Azərbaycana qarşı USAID-lə birgə sinxron iş aparırdı...

14.02.2025 / 17:03
2 bələdiyyəyə seçkilərin nəticələri etibarsız sayıldı

14.02.2025 / 16:53
Orban Rusiya-Ukrayna sülh masasında yer tələb edən Aİ-ni sərt tənqid etdi – siz buna layiq deyilsiniz...

14.02.2025 / 16:46
Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edir

14.02.2025 / 16:37
"Biz bilirik ki, aviaqəza ilə bağlı faciə həm Bakıda, həm də Moskvada çox həssas qarşılanır" - Zaxarova

14.02.2025 / 16:28
Nazirlik hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yaydı

14.02.2025 / 16:25
Tramp böhtan kampaniyaları üçün ABŞ-dan maliyyə alan media qurumlarını ifşa etdi - Pulları geri qaytarın…

14.02.2025 / 16:16
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

14.02.2025 / 16:14
KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib

14.02.2025 / 16:14
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

14.02.2025 / 16:06
Trampdan BRİCS ölkələrinə 100 faizlik vergi təhdidi - dollarla oynasalar…

14.02.2025 / 15:33
“Konstitusion, suveren dövlətin müdrik Lideri” - Akademik Əhliman Əmiraslanov yazır...

14.02.2025 / 15:25
Ağcabədidə narkotikin təsiri altında avtomobil idarə edən sürücülər həbs olundu

14.02.2025 / 15:10
Putin işğalçılıq siyasətini davam etdirmək üçün ABŞ–la danışıqlardan istifadə edir

14.02.2025 / 14:41
Əmək hüquqlarını pozan şirkətlərlə bağlı məhkəməyə müraciət edildi

14.02.2025 / 14:20
Moldova Rusiya ilə 1998-ci il sazişini ləğv etdi - Kişinyovdakı Rus Mədəniyyət Mərkəzi bağlanır...

14.02.2025 / 14:10
İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlandı - FOTO

14.02.2025 / 13:56
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni sədri kollektivə təqdim edildi - FOTO

14.02.2025 / 13:42
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

14.02.2025 / 13:27
“Lazer Beauty Klinikası” bağlanır - Nazirlik hərəkətə keçdi...

Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

XƏBƏR ARXİVİ

Fevral
B.eÇ.aÇC.aCŞB
272829303112345678910111213141516171819202122232425262728123456789