Bazar günü, 16 fevral 2025
     

Rayonlarda yas mərasimlərinin sadələşdirilməsi təşəbbüsləri güclənir...

Image

Tural İrfan: "Mən bu cür xurafatçı, israfçı təmtəraqlı yas məclislərinin yüngülləşdirilməsini alqışlayıram"

Azərbaycanda yas mərasimlərinin təmtəraqlı keçirilməsi, israfçılığa yol verilməsi ənənəsinin formalaşdığı məlumdur. Amma uzun müddətdir ki, həm ziyalılar, həm din xadimləri, həm də ictimaiyyət bu israfçılığın qarşısının alınması istiqamətində təbliğat aparır. 

Təbii ki, yas mərasimlərinin az qala toy səviyyəsində keçirilməsi mənfi  tendensiya kimi qəbul edilir, əksəriyyət bunun lazımsız olduğunu, ölü yiyəsi üçün ağır bir yükə, borc-xərcə çevrildiyini deyir. 

Əvvəlki dönəmlərdə Naxçıvanda və bəzi bölgələrimizdə yas mərasimlərində ehsan süfrələrinin yığışdırıldığı, baş sağlığına gələnlərin çayla yola salındığı bilinir. Son günlər isə bəzi rayonlarımızda da yas məclislərinin sadələşdirildiyi barədə xəbərlər gəlir. Məsələn, İsmayıllı, İmişli rayonlarında cümə axşamlarının ləğv edildiyi, Füzuli rayonunda isə bu tendensiyanın tamamilə yığışdırıldığı deyilir.   

Məsələn, Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur. 

Digər bir məlumata görə isə, Biləsuvar rayonunun Nəsimikənd kəndində ehsan süfrələri tamamilə ləğv edilib. Buna kənd camaatı və din xadimləri, ağsaqqallar qərar verib.

Göründüyü kimi, Azərbaycanın bəzi rayonlarında yas mərasimlərinin sadələşdirilməsi tendensiyası başlayıb, bəzi yerlərdə ehsanı tamamilə yığışdırıblar, bəzi yerlərdə cümə axşamları ləğv olunub.

"Bir çox yerlərdə başladılmış bu ənənə bütün ölkə üzrə baş versin"

İlahiyyatçı Tural İrfan bu barədə  "Bakı-Xəbər"ə şərhində "Yas məclislərindəki israfçılıq və bəzi yanlışlıqlara qarşı mütəmadi olaraq təbliğat aparmışıq. Şübhəsiz, bu israfçılıq yanlış bir ənənədir və dinimizə də uyğun deyil. Sanki bəzi yerlərdə toyla yası qarışdırmışdılar. Süfrədə bircə içki əskik olurdu. Axı yas məclisi ziyafət deyil, qarın doyurmaq üçün deyil... Adi bir xəstə adamın yanında iştahla yemək yeməyə adam utanır. O ki, qala əzizini itirmiş gözü yaşlı yas sahibinin evində gedib gətir-götür edəsən"-deyə bildirdi. 

T.İrfanın sözlərinə görə, islam dininə görə, yas evində əsla yemək bişməməlidir. O qeyd etdi ki, qohumlar, simsarlar, gələnlər yas sahibinə həm maddi, həm də mənəvi dəstək verməlidirlər. "Onlar yemək bişirib gətirməli, yaxud lazımi ərzaqlarla təmin etməlidirlər, əgər ehtiyac varsa. Bu da təmtəraqlı məclis təşkil etmək üçün deyil, uzaqdan gələn, yaşlı, xəstə, dərman içən insanlar üçündür. Xurma, limonlu çay kimi yüngül süfrə açmaq olar. Lakin ət yeməkləri, halva, aş kimi ağır yeməklər, artıq xərc olmaz. Bəzən dağlıq və ya ucqar kəndlərdə qışda vəfat edən adam üçün yas sahibi camaatın dilinə-dişinə düşməmək üçün gedib borc axtarır, dana - inək alır, ya da nisyə ərzaq götürür çovğunda çadır qurub qazan asırlar. Adamlar da gəlib çadırın altında buğlana - buğlana yeyib üstündən də bir siqaret yandırıb başlayırlar yasa və ölüyə aidiyyəti olmayan söhbətlər etməyə. Bu həm dinimizə, həm də milli adətlərimizə uyğun deyil. Təmtəraqlı yas məclisləri əsasən kasıb təbəqə üçün ağır yükdür. Hələ bundan sonra bahalı qəbir daşlarını da ləğv etmək lazımdır. Bahalı, təmtəraqlı yas məclisləri qurmaq heç cür əndazəyə sığmır.

Xarici ölkələrdə, heç bir müsəlman ölkəsində bizdəki kimi israfçı yas məclisi yoxdur. Quranda bir neçə yerdə israf etmək, insanın özünü bacarmadığı ağır yükün altına salması qadağan edilir. Bu da israfdır. Günahdır. Nə yas sahibinin, nə də gələnlərin ölünün xatirəsini anmağa, yad etməyə, dua oxumağa zamanı, fürsəti qalır. Yas sahibi bir də gözünü açır ki, cənazəni qaldırıb aparırlar. Çünki başı ölüsünə yox, qarnını bərkitməyə gələn camaata qarışır. Halbuki, camaat yeməyə deyil, ölü sahibinə dəstək verməyə gəlməlidir. Sanki kafedə yemək yeyirmiş kimi gəlib yeyib sonra da hesabı verib gedirlər. Bunun harası ehsan oldu? Ehsan təmənnasız olur. Ondansa nə yemək ver, nə də pul yığ. Kimin nəyə gücü çatırsa təmənnasız, dəftərsiz-kitabsız dəstək verməlidir. Mən bu cür xurafatçı, israfçı təmtəraqlı yas məclislərinin yüngülləşdirilməsini alqışlayıram. Arzu edirəm ki, bir çox yerlərdə başladılmış bu ənənə bütün ölkə üzrə baş versin"-deyə T.İrfan bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

16.02.2025 / 09:48
Prezident məmurları təvazökarlığa çağırır, generallar 100 minlik maşınlardan düşmür...

15.02.2025 / 22:25
Tramp Avropanı “ofsaytda” qoydu - Ukrayna danışıqlarında iştirak etməyəcəklər …

15.02.2025 / 22:08
Tramp və Putinin bu ayın sonuna kimi Səudiyyədə görüşəcəyi gözlənilir - hazırlıqlar başladı…

15.02.2025 / 21:20
Rusiya Tartusdakı hərbi bazasını Afrikaya köçürür – Sudanla razılıq əldə edildi...

15.02.2025 / 21:07
ABŞ-ın Ukrayna siyasətində xaos başlayıb - VİDEO

15.02.2025 / 19:37
ABŞ bir şərtlə Ukraynaya qoşun yeritməyə hazır olduğunu açıqlayıb

15.02.2025 / 19:25
Ukraynada müharibə bu tarixlərdə dayana bilər – “Putin sövdələşmə üçün əlamətdar tarixləri seçəcək”

15.02.2025 / 17:51
Qlobal geo-siyasi mühitdə Azərbaycan-Çin əlaqələri

15.02.2025 / 17:26
Zelenski Putinlə görüşmək üçün şərtlərini açıqladı – yalnız bu halda müharibəni dayandıracağıq...

15.02.2025 / 16:52
Zaxarova təyyarə qəzası haqda qeyri-səmimi danışdı... - VİDEO

15.02.2025 / 16:35
ABŞ-ın vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqladı – nə Rusiya, nə də Çindir...

15.02.2025 / 16:17
Polşanın baş naziri Ukrayna ilə bağlı təcili plan hazırlamağa çağırdı

15.02.2025 / 16:02
Münhendə Zelenskiyə ukrayna dilində danışmağa icazə verilmədi

15.02.2025 / 15:44
Martda 18 gün iş olmayacaq...

15.02.2025 / 15:28
Zelenski Venslə görüşdən pörtmüş vəziyyətdə çıxıb

15.02.2025 / 15:11
Binəqədidə içərisində 5400 manat olan 2 ödəmə terminalını oğurladılar

15.02.2025 / 14:39
Dünya deputatları Bakıdakı məhkəməyə unikal qiymət verdilər - Rusiyanı da, separatçıları da vurdular...

15.02.2025 / 14:32
Pozuntuya görə 10-dan çox seçki məntəqəsi buraxıldı - cəza qanuna uyğundur?

15.02.2025 / 14:23
İlham Əliyevin adlarını çəkdiyi qəzetlər ABŞ büdcəsini talayıblar...

15.02.2025 / 13:45
Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

15.02.2025 / 12:26
İş və istirahət günlərinin yerləri dəyişdirildi - 12 gün ardıcıl iş olmayacaq...

15.02.2025 / 12:10
Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək...

15.02.2025 / 11:07
Bu ölkədə təhsil nazirinə silahlı hücum olub

15.02.2025 / 11:02
ABŞ -ın Ukrayna siyasətində dərin xaos yaranmaqdadır...

15.02.2025 / 09:27
MTK-lar dövlətin əhaliyə kommunal xidmətlərini hansı hüquqla dayandırırlar...

15.02.2025 / 08:44
Beynəlxalq maliyyə-qrant layihələri universitetlərimiz üçün təhlükəli ola bilər...

14.02.2025 / 23:28
Paşinyan Aİ üzvlüyünə doğru daha bir addım atdı, ancaq Avropa Ermənistanı saymadı...

14.02.2025 / 23:23
"Biz bilirik rəsmi Bakını nə narahat edir"..

14.02.2025 / 22:08
Ceyhun Bayramov Münxendə Avropa Şurasının baş katibi ilə görüşdü

14.02.2025 / 21:55
Ceyhun Bayramov israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə etdi

14.02.2025 / 21:43
Məhkəmədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktları sadalandı

14.02.2025 / 21:33
Ermənilərin müharibədə muzdlu döyüşçülərdən istifadə etməsinə dair faktlar açıqlandı...

14.02.2025 / 21:23
Mərkəzi Bank müştərini ən çox incidən bankları açıqladı - "hansı məsələlərdə" sualı isə açıq qaldı...

14.02.2025 / 21:07
“Putinin pul kisəsi”, Bakı məhkəməsi, dünya cana gəldi - niyə?..

14.02.2025 / 21:03
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

14.02.2025 / 20:53
USAID-in 3 Qafqaz dövlətinə qarşı fərqli üsullarla işlədiyi açılır...

14.02.2025 / 20:40
Kobaxidze Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası barədə konkret heç nə demədi...

14.02.2025 / 20:37
1979-cu ildən dövlətlərin arasında ilk dəfə... - Bakı İrəvanı bu Konvensiya ilə vurur...

14.02.2025 / 20:25
USAID-in Bakıda "informasiya diversantları" hazırlayan xüsusi institutları...

14.02.2025 / 20:22
Bu nə biabırçılıqdır? - Şəhərin ortasında sərxoş hallı eyni geyimli qızlar dubinka ilə polisi döyürlər... - VİDEO

14.02.2025 / 20:10
USAİD Ukrayna mediasının 90 faizini Rusiyaya qarşı qaldıra bildi...

14.02.2025 / 20:02
Azərbaycanda universitet rektoru istefa verib - bu postdan ikiəlli yapışanlara gözəl nümunədir...

14.02.2025 / 19:57
Qərbin dəstəyi itirildi, prezidentlə merin davası başladı - bu ölkənin gələcəyinə zülmət çökdü...

14.02.2025 / 19:43
Azərbaycandan Çinə neft ixracının böyük mərhələsi açılır - Prezident anons etdi

14.02.2025 / 19:30
Avropa İttifaqının 4 mühüm qurumu Ermənistana qrup göndərdi...

14.02.2025 / 19:16
Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

14.02.2025 / 19:04
335 milyard dollar səmərəsiz səpələndi - USAİD sonda ABŞ-ın özünə də ziyan vurdu...

14.02.2025 / 19:01
Prezident İlham Əliyev Əhməd əl-Şaraanı təbrik etdi

14.02.2025 / 18:50
Ermənilər Trampın vəzifə verdiyi şəxsi ABŞ-ın Qafqaz siyasətinə qarşı qaldırır...

14.02.2025 / 18:41
Paşinyan Münhendə biabırçı duruma düşdü – onu heç bir alman məmuru qarşılamadı...

14.02.2025 / 18:33
“Transparency İnternational" Azərbaycan əleyhinə qərəzli reytinq rəqəmi uydurdu...

14.02.2025 / 18:32
MSK bələdiyyə seçkilərinə yekun vurdu

14.02.2025 / 18:27
Dövlət katibinin təyyarəsi "nasazlıq" üzündən Münhenə uça bilmədi, Trampın Ukrayna planı eşidilməz qaldı - təsadüfdür?...

14.02.2025 / 18:21
ABŞ Dövlət katibi Münhenə uça bilmədi, ya uçmaq istəmədi... - VİDEO

14.02.2025 / 18:14
İrəvanda Bakı-Moskva gərginliyi "təhlil" edilir - qaz məsələsi, İran və Qərb faktorları...

14.02.2025 / 18:01
Azərbaycan və Ermənistan delimitasiya Komissiyalarının işçi görüşü keçirildi

14.02.2025 / 17:53
“USAİD büdcəsinin hər sətri ya korrupsiyadır, ya da gülməli...” - Tramp baltanı kökdən vurdu...

14.02.2025 / 17:40
Dünyaca məşhur qəzetlər USAİD-in pulu ilə “muzdlu geosiyasi alətlərə” çevrildi...

14.02.2025 / 17:36
Mülkiyyəti əlindən alınmış Cəlilabad sakini - Kərəm Həsənovun qəbulunda oldum.... - VİDEO

14.02.2025 / 17:29
QHT-lər USAİD-in əməlləri ilə bağlı ABŞ səfirliyində görüş keçirəcəklər...

14.02.2025 / 17:16
Seçkilərdə yol verilən nöqsanlara görə bəzi seçki komissiyaları buraxıldı

14.02.2025 / 17:10
Bayden hökuməti Azərbaycana qarşı USAID-lə birgə sinxron iş aparırdı...

14.02.2025 / 17:03
2 bələdiyyəyə seçkilərin nəticələri etibarsız sayıldı

14.02.2025 / 16:53
Orban Rusiya-Ukrayna sülh masasında yer tələb edən Aİ-ni sərt tənqid etdi – siz buna layiq deyilsiniz...

14.02.2025 / 16:46
Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edir

14.02.2025 / 16:37
"Biz bilirik ki, aviaqəza ilə bağlı faciə həm Bakıda, həm də Moskvada çox həssas qarşılanır" - Zaxarova

14.02.2025 / 16:28
Nazirlik hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yaydı

14.02.2025 / 16:25
Tramp böhtan kampaniyaları üçün ABŞ-dan maliyyə alan media qurumlarını ifşa etdi - Pulları geri qaytarın…

14.02.2025 / 16:16
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

14.02.2025 / 16:14
KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib

14.02.2025 / 16:14
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

14.02.2025 / 16:06
Trampdan BRİCS ölkələrinə 100 faizlik vergi təhdidi - dollarla oynasalar…

14.02.2025 / 15:33
“Konstitusion, suveren dövlətin müdrik Lideri” - Akademik Əhliman Əmiraslanov yazır...

14.02.2025 / 15:25
Ağcabədidə narkotikin təsiri altında avtomobil idarə edən sürücülər həbs olundu

14.02.2025 / 15:10
Putin işğalçılıq siyasətini davam etdirmək üçün ABŞ–la danışıqlardan istifadə edir

14.02.2025 / 14:41
Əmək hüquqlarını pozan şirkətlərlə bağlı məhkəməyə müraciət edildi

14.02.2025 / 14:20
Moldova Rusiya ilə 1998-ci il sazişini ləğv etdi - Kişinyovdakı Rus Mədəniyyət Mərkəzi bağlanır...

14.02.2025 / 14:10
İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlandı - FOTO

14.02.2025 / 13:56
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni sədri kollektivə təqdim edildi - FOTO

14.02.2025 / 13:42
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

14.02.2025 / 13:27
“Lazer Beauty Klinikası” bağlanır - Nazirlik hərəkətə keçdi...

Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

XƏBƏR ARXİVİ

Fevral
B.eÇ.aÇC.aCŞB
272829303112345678910111213141516171819202122232425262728123456789