Şənbə günü, 15 mart 2025
     

AZAL-ın təyyarəsinin raketlə vurulduğu rəsmi təsdiqləndi - Rusiya yenə susdu...

Image

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. 

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, İ.Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Qeyd edək ki, AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin "Pansir S-1" HHM sistemi ilə vurulduğunu təsdiq edib. Məlumata görə, həmin sistem Rusiyaya Suriyadan gətirilib: "Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib. Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib".

Onu da bildirək ki, AZAL-a məxsus təyyarənin "Pansir S-1" HHM sistemi ilə vurulduğu təsdiq edilsə də, Rusiyada bununla bağlı hər hansı bir addım atılmadı. Kimlərinsə həbs olunması və cinayət işinin açılması ilə bağlı iş görülməyib. Maraqlıdır, Rusiya məlum hadisəyə niyə reaksiya verməyib? 

Mətin Məmmədli: "Rusiyanın reaksiya verməməsi həmin ölkədə hakim dairələrin hələ də imperiya hikkəsində olması ilə bağlıdır"

Siyasi şərhçi Mətin Məmmədli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, inkarolunmaz faktlar sübut edir ki, Azərbaycan mülki təyyarəsi Rusiya səmasında Rusiya hava hücumu müdafiə sistemi ilə, "Pansir S-1" HHM sistemi ilə vurulub: "Bu faktlar artıq aydındır. Bizim Rusiyadan gözləntimiz ondan ibarət idi ki, Moskva səhvini etiraf etməli və buna görə ölkəmizdən üzr istəməli idi. Bununla yanaşı, təqsirkarlar da cəzalandırılmalı və təzminat ödəməli idi. İlk növbədə beynəlxalq hüquq normaları Rusiyanın belə davranmağını tələb edir. Həmçinin, Rusiya-Azərbaycan əlaqələrini də bura əlavə etsək, həmin ölkədən bu cür münasibət gözləməyimizi tələb edirdi. Ancaq hələ ki, gözləntilərimiz özünü doğrultmayıb və bunun əvəzinə Rusiya ölkəmizə qarşı qarayaxma, təhqir kampaniyası aparır. Azərbaycan Rusiyanın bu davranışını heç bir formada qəbul edə bilməz. Məntiqlə, Rusiya belə münasibət göstərməməli idi. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsinə görə adıçəkilən ölkə dünyanın böyük bir hissəsi tərəfindən təcrid olunub. Ən ağır siyasi, iqtisadi sanksiyalar məhz Rusiyaya tətbiq olunur. Sadə dildə desəm, bu gün Rusiyanın dostları xeyli azalıb. Belə bir vaxtda Rusiyanın tərəfdaş ölkəni itirməsi onlara belə sərf etmir".

Həmsöhbətimiz hesab edir ki, təyyarə qəzası ilə bağlı Rusiyanın reaksiya verməməsi həmin ölkədə hakim dairələrin hələ də imperiya hikkəsində olması ilə bağlıdır. Onlar qonşu xalqlara "yuxarıdan aşağı baxma" siyasətini davam etdirir. Bu səbəbdən də etdikləri səhvə görə heç bir addım atmırlar.

Tural İsmayılov: "Rusiyanın təyyarə qəzası ilə bağlı ortaya qoyduğu mövqe təəssüfedicidir"

Siyasi şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiyanın təyyarə qəzası ilə bağlı ortaya qoyduğu mövqe təəssüfedicidir: "Bu hal iki ölkə arasındakı yaxşı münasibətlərin ruhuna əsla uyğun gəlmir. Rusiya tərəfi ilk gündən təyyarə qəzası ilə bağlı üzrxahlıq etməli və daha adekvat reaksiya verməli idi. Rusiya günü bu gün də məlum hadisə ilə bağlı lazımi reaksiya vermir. Rusiyaya aid bütün media kanallarında, platformalarında hadisənin manipulyasiya edilməsinin şahidi oluruq. Bütün bunlar anlaşılmaz olaraq qalır. Məlumdur ki, Rusiya Ukraynanın ərazilərini tutduqdan sonra ona qarşı dünyada adekvat olmayan münasibətlər daha da gərginləşib, demək olar ki, əksər ölkələr Rusiyaya sərt münasibət bəsləyir. Belə bir ərəfədə Azərbaycan kimi etibarlı qonşu ilə münasibətləri zədələmək Rusiyaya baş ucalığı gətirməyəcək".

T.İsmayılovun fikrincə, məlum təyyarə qəzasının obyektiv araşdırılması təmin edilməlidir. Rusiya tərəfindən rəsmi açıqlama verilməli, ölkəmizdən üzr istənməlidir. Bununla yanaşı, Rusiya ölkəmizə təzminat ödəməlidir: "Baş verən hadisəyə görə məsuliyyət Rusiyanın üzərindədir".

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.03.2025 / 11:00
Mətbuat Şurasının yaranmasından 22 il ötür

15.03.2025 / 10:23
"Birgə bəyanatı alqışlayırıq" - Qırğızıstandan Azərbaycan və Ermənistan açıqlaması

15.03.2025 / 10:16
Ronaldu 928-ci qolunu vurub

15.03.2025 / 10:03
Ağstafada "Jiquli" piyadanı vuraraq öldürüb

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
İlham Əliyev - "Sovet dövründə olduğu kimi... yaşamağa çalışmalıyıq" - FOTO

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:20
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:03
Əhliman Əmiraslanov Qırğızıstan Joqorku Keneşinin komitə sədri ilə görüşdü - FOTO

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456