çərşənbə günü, 11 mart 2026
     

12 milyard dollar - Qərb sanksiyalarına qarşı Putinlə Paşinyan gizli işbirliyi içindədir...

Image


Hər iki prezident - Putin və Paşinyan gələcəkdə bu dönəmin ən mahir aktyorları kimi tarixdə qalacaqlar

Geosiyasi baxımdan Ermənistanın indiki durumu çox maraqlı görünür. Bu analoqu olmayan bir tarixi hadisə kimi qiymətləndirilə bilər. Belə ki, indi Ermənistan KTMT-də iştirakdan imtina etsə də, bu quruma üzvlük haqqı ödəməsə də, Rusiyanın patronajlığı ilə qurulan iki iqtisadi və bir siyasi təşkilatda aktiv təmsil olunur - Aİİ, BRİCS və MDB-də. 

Ermənistanın KTMT-dən uzaqlaşması əsasən daxili auditoriyaya hesablanıb. Cəmiyyətdə sual yaranır ki, 44 günlük müharibədə bizə hərbi dəstək verməyən hərbi blokda ölkə niyə təmsil olunmalıdır. Ona görə də Paşinyan müharibədən dərhal sonra bu kursu götürdü. Sonda isə bu kurs Avropaya inteqrasiyada işə yaradı - Paşinyan "Sem dayı"ya hesabatında göstərə bilir ki, "o, KTMT-dən çıxmaqla ölkəni Rusiyadan uzaqlaşdırır". Amma reallıqda Ermənistan Rusiyanın 3 beynəlxalq təşkilatında təmsil olunur, üstəlik, ötən il Ermənistan Aİİ-yə sədrlik edib. Lakin ənənəni pozaraq Aİİ-nin sammitinin Ermənistanda keçirilməsinə razılıq vermədi. Sammit Sankt-Peterburqda keçirildi. Paşinyan isə koronavirusa yoluxduğunu bəhanə edərək sammitə onlayn qaydada sədrlik etdi. Bununla da o, Avropaya bir daha göstərmək istədi ki, Rusiya ilə münasibətləri "qırmaqdadır". Bunun ardınca isə ölkənin Avropa Birliyinə daxil olması barədə qanun qəbul edildi. Paşinyan bir tərəfdən Avropaya doğru addımladığını deyir, digər tərəfdən isə Rusiyanın bütün istəklərini təmin edir. Belə yerdə deyirlər ki, "qızın iki adaxlısı var". Amma əslində isə onun bir ənənəvi tərəfdaşı var. Bu da Ermənistanın yaradıcısı olan Rusiyadır.

İranla sərhəd-keçid məntəqəsindən və Zvartnos hava limanından rus sərhədçilərini çıxarandan, Rusiyaya qarşı aqressiv bəyanatlardan və digər addımlardan sonra hamı gözləyirdi ki, Moskvada xarici işlər nazirləri səviyyəsində keçirilən danışıqlarda Rusiya Ermənistanı seçim etməyə zorlayacaq - "ya bizimləsən, ya da Avropa ilə" dilemmasını ortaya qoyacaq. Bu görüşün çox gərgin keçəcəyi proqnozlaşdırılırdı. Lakin bu baş vermədi, Lavrov və Mirzoyan bir-birinin və ölkələrinin şəninə xoş sözlər deyərək brifinqi "heç nə demədən" başa çatdırdılar. Maria Zaxarova jurnalistlərin ona verəcəyi sualı özü səsləndirdi və ardınca isə bildirdi ki, hər şey açıq deyildi, 3 saatlıq danışıq bağlı qapılar arxasında keçdi.
 Əlbəttə, bu 3 saat ərzində Ermənistanla Rusiya arasında ən azı yaxın bir neçə ildə atılacaq bütün addım razılaşdırılıb. Mətbuat konfransının gedişindən, Lavrovun ritorikasından da aydın hiss edilirdi ki, Rusiya bu razılaşmadan çox məmnundur.
 Ermənistan hər iki tərəfə "bəli" deyirsə, deməli iki tərəfdən birini aldadır. Çünki Qərb və Rusiya dünyanın tamamilə əks qütbləridir. Bir ölkənin bir-biri ilə antaqonist ziddiyyətlərdə olan hər iki qütbdə təmsil olunması müasir geosiyasi reallıqda mümkun deyil. Maraqlıdır, bu oyunda aldadılan kimdir - Ermənistan kimə daha səmimi "bəli" deyir, Rusiyaya, yoxsa Avropaya?

Birincisi, Ermənistanın Avropaya "bəli" deməsi yalnız arzuya, istəyə, xəyallara və ya xülyaya bağlı bir məsələdir. Bununla əlaqədar yalnız Avropa Birliyinə üzvlüklə bağlı qanunun qəbul edilməsi və KTMT-də üzvlüyün dondurulması kimi addımlar ortadadır. Bundan başqa, Ermənistanın sözügedən istiqamətdə heç bir real addımı sezilmir. Hələ Ermənistan "ölü doğulmuş" "Dünyanın kəsişməsi" nəqliyyat layihəsini də Avopanın çiyninə yükləmək istəyir. Lakin Ermənistan Rusiyanın ağsaqqallıq etdiyi 3 təşkilatda təmsil olunur, hələ də Ermənistan sərhədlərini Rusiya qoruyur, ölkədə Rusiyanın 102-ci hərbi bazası mövcuddur, ölkə iqtisadiyyatının 70%-i rus iş adamlarının inhisarındadır, ölkənin xarici ticarət dövriyyəsinin 40%-i birbaşa, 20%-i isə dolayısı ilə Rusiyadan, 15%-i isə Moskvanın müttəfiqlərindən asılı vəziyyətdədir. Bu il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib. Bu Ermənistanın xarici ticarət dövriyyəsinin 50%-ni təşkil edir. Eyni zamanda, Ermənistanın xarici ticarət dövriyyəsinin 70%-dən çoxu Rusiya, Çin və BƏƏ - BRİCS və Aİİ üzvləri ilə olub. Üstəlik, Aİİ-nin assosiativ üzvü olan İranla ticarət də əhəmiyyətli dərəcədə artıb.
 2020-ci ildən sonra iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artaraq 720 milyon dollara çatıb. İki ölkə arasında bu göstəricini 3 milyard dollara çatdırmaq hədəflənib. İranı ona görə, qeyd edirik ki, Ermənistan Aİ üzvlüyünə qəbul edilsə, İranı da tərəfdaş kimi itirəcək. Hazırda dünya ölkələrinin bir-biri ilə münasibətlərini müəyyənləşdirən ən sabit meyar ticarət dövriyyəsidir. Bu kontekstdən yanaşanda Ermənistan siyasilərinin Rusiyanı aldatması mümkün deyil. Bu isə o deməkdir ki, Ermənistan Rusiyanı deyil, Avropanı aldadır.

Ermənistan da Rusiya üçün ən vacib strateji müttəfiqdir. Çünki Ermənistan artıq üçüncü ildir ki, Rusiyanı silah istehsalı üçün vacib olan çiplər və digər elektron sxemlərlə təmin edir. Moskva bu sxemlərdən raket istehsalında və digər hərbi texnikanın təmir və təchizatında istifadə edir, amma bu məhsulları özü istehsal edə bilmir. Ermənistan son 3 il ərzində elektron vasitələrin ixracatına görə, dünyada sıfırdan dördüncü yerə qalxıb. Amma buna baxmayaraq, ölkədə bir çip belə istehsal edilmir. Bütün məhsullar Avropadan və üçüncü, dördüncü ölkələrdən Ermənistana idxal edilir, oradan isə Rusiyaya ixrac edilir. Əvəzində Rusiya özünün əlvan metallarını və almazı Ermənistan vasitəsi ilə Yaxın Şərqə və Avropaya ixrac edir. Hazırda Rusiya almazını Avropada erməni əsilli iş adamı Qaspar Karampetyan satır. Ermənistan 2025-ci il ərzində Rusiyaya 6 milyard dollar həcmində çip və digər elektron vasitələr ixrac edib. Bu Rusiyanın belə məhsullara tələbatının 60%-in təşkil edir.

Deməli, Putinlə Paşinyan bəyanatları ilə aralarında problemlər olduğu barədə imitasiya yaratsalar da, bu iki ölkə bir-birinə çox yaxındır, onlar çox səmimi tərəfdaşdırlar. Əslində bu məsələdə Paşinyanın aldatdığı bir tərəf varsa o da Avropa və Amerikadır. Çunki hazırda Ermənistan iqtisadiyyatının artımla inkişaf etməsini təmin edən Rusiya və onun müttəfiqləridir. Hər iki prezident - Putin və Paşinyan gələcəkdə bu dönəmin ən mahir aktyorları kimi tarixdə qalacaqlar. Çünki onlar düşmən obrazını çox ustalıqla oynayırlar.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan İrandakı diplomatlarını geri çəkir - göstəriş verildi

İran Naxçıvan aeroportunu vurdu... Yaralılar var, İran səfiri XİN-ə çağırıldı... - FOTO/VİDEO/YENİLƏNDİ

Özəl məktəblərdə “kəllə-çarx təhsil qiymətləri” araşdırılır...

SON XƏBƏRLƏR

11.03.2026 / 10:38
Hörmüzdə Britaniyanın ticarət gəmisi vuruldu

11.03.2026 / 10:16
İranda ölü sayı 1332-yə yüksəldi - Tehran daha gərgin hücumların anonsunu verdi

11.03.2026 / 08:12
ABŞ-a İran daxilindən koordinatlar ötürülür? - Sirli radio siqnalı ortaya çıxdı

11.03.2026 / 07:56
ABŞ Hörmüz boğazı yaxınlığında 16 İran mina gəmisini batırdı

11.03.2026 / 07:42
İran ABŞ qarşısında üç tələb qoydu

10.03.2026 / 23:45
Ayaqları altında Cənnət torpağı… Qəlblərində Şəhid ruhu… Analar…

10.03.2026 / 23:17
Trampın Hörmüz təhdidinə İrandan hədə dolu cavab gəldi - şübhəniz varsa, yaxınlaşın...

10.03.2026 / 22:51
SEPAH Hörmüz boğazından sərbəst keçmək üçün şərtini açıqladı

10.03.2026 / 22:30
Qətər İrana xəbərdarlıq edib

10.03.2026 / 22:04
Hindistanın İrana misilsiz xəyanətinin üstü açıldı – təlimə dəvət etdikləri İran gəmisinin koordinatlarını ABŞ və İsrailə verdilər, azı 104 iranlı əsgər öldü...

10.03.2026 / 21:43
ABŞ-ın planları - İranda yeni dövlətlər, İrandan ərazi qoparılması, daha nələr?...

10.03.2026 / 21:25
İran Xarici İşlər Nazirliyi qadın futbol komandasına: "İran sizi açıq qollarla gözləyir"

10.03.2026 / 21:19
ABŞ-la 10 fevral sazişi Azərbaycan üçün İranla müharibə öhdəliyi yaratmır...

10.03.2026 / 20:33
Tramp haradan əmindir ki, Rusiya İrana kəşfiyyat məlumatları ötürməz...

10.03.2026 / 20:12
İraq Baş naziri:" Ölkə ərazisinin qonşularımıza qarşı hərəkətlər üçün istifadəsinə icazə verilməyəcək"

10.03.2026 / 20:06
Putin Trampı İranda quru əməliyyatlardan çəkindirib...

10.03.2026 / 19:49
Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb

10.03.2026 / 19:39
Avrokomissiyada fikir ayrılığı - hədəfdə fon der Leyendir…

10.03.2026 / 19:24
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng etdi

10.03.2026 / 19:12
İsrailə raket hücumu nəticəsində bir azərbaycanlı həlak oldu...

10.03.2026 / 18:53
Finlandiya Prezidenti Prezident İlham Əliyevə zəng edib

10.03.2026 / 18:16
SEPAH Trampa meydan oxudu - Hörmüz boğazından bir litr də neft keçməyəcək…

10.03.2026 / 17:57
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlandı

10.03.2026 / 17:42
İsrailin milli təhlükəsizlik naziri öldürülüb? – Keçmiş BMT müfəttişindən iddia…

10.03.2026 / 17:36
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi

10.03.2026 / 17:24
Trampdan gözlənilməz açıqlama - İranla danışa bilərik...

10.03.2026 / 17:12
Bəhreyndə Mossad agenti yaxalandı

10.03.2026 / 17:03
AŞ prezidenti Rusiya, Çin və ABŞ-ı hədəf aldı - sülhü, ticarət qaydalarını, beynəlxalq nizamı pozurlar...

10.03.2026 / 16:53
ÜST İsrailin Livanda fosforlu mərmilər istifadə etməsi ilə bağlı məlumatları araşdıracaq

10.03.2026 / 16:48
Tehran və Ankara Türkiyəyə raket atılması hadisəsini araşdırmaq üçün ekspert qrupu yaradacaqlar

10.03.2026 / 16:41
Hörmüz boğazında güclü partlayış...

10.03.2026 / 16:37
Müharibəni Tramp başladı, milyonları Putin qazanır...

10.03.2026 / 16:29
MEDİA Avropa Şurası Platformasının hesabatını yıxıb sürüdü - qərəzli və spekulyativdir...

10.03.2026 / 16:24
Misir-Azərbaycan Dostluq Cəmiyyətində 91 uşağa diplom təqdim olunub

10.03.2026 / 16:21
Rusiya ABŞ/ İsrail və İran arasında vasitəçilik təklif etdi

10.03.2026 / 16:07
Avropa Birliyi gürcü dövlət elitasına “viza müharibəsi” açdı...

10.03.2026 / 16:03
Cərimənin məcburi tutulması qaydalarında dəyişiklik edildi...

10.03.2026 / 15:30
İran İsrailə qarşı "terrora terror" mübarizəsinə keçə bilər...

10.03.2026 / 14:59
Körfəz ərəb ölkələri İrana zərbə vuracaqlar - Azərbaycanın Körfəzdəki dostları...

10.03.2026 / 14:58
Zəhra Bədəlbəyli “Avroviziya” seçimini bəyənməyib - Səbəb?

10.03.2026 / 14:55
Xorvatiya məcburi hərbi xidməti yenidən tətbiq edib

10.03.2026 / 14:48
Türkiyənin İncirlik bazasından İrana qarşı istifadə oluna bilərmi?..

10.03.2026 / 14:46
İran 2026-cı ilin üçdə birini internet kəsintiləri ilə keçirib

10.03.2026 / 14:44
Yunus Oğuz Prezident Kitabxanasına 49 kitab hədiyyə etdi

10.03.2026 / 14:37
Serbiya və Macarıstan neft və yanacaq ixracına qadağa qoyub

10.03.2026 / 14:32
Orta Şərq kürdləri Trampın əlaltılığından niyə imtina etdilər...

10.03.2026 / 14:31
İranda 189 məktəbli qızın qətlinə dünyanın reaksiyası çox yetərsiz oldu...

10.03.2026 / 14:21
İran mediasından Netanyahu ilə bağlı şok iddia...

10.03.2026 / 14:05
Merz Trampın onun yanında İspaniyanı hədələməsinə susdu - Diaz kanslerin zənglərini blokladı…

10.03.2026 / 14:00
"Bəzi xanəndələr mahnı oxuya bilmir"

10.03.2026 / 13:53
Azərbaycandan İrana yardım aparan maşınlar sərhədi keçdi...

10.03.2026 / 13:40
Fransa BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi

10.03.2026 / 13:24
Qubada məhkum olunmuş 3 kiloqram narkotiklə tutuldu

10.03.2026 / 13:07
Ağsuda dələduzluq edən qadın saxlandı

10.03.2026 / 12:53
DİM 9 mart buraxılış imtahanı suallarının çətinliyi ilə bağlı iddialara cavab verdi...

10.03.2026 / 12:36
Deputat Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşdü - FOTO

10.03.2026 / 12:23
Sığortaolunanların uçotu yalnız FİN vasitəsilə aparılacaq

10.03.2026 / 12:20
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına edilən dəyişiklikləri təsdiqlədi

10.03.2026 / 11:17
“ŞKTC-yə bir güllə düşsə, onlar güclü dövlətlərin orduları ilə qarşılaşacaqlar" - Cavanşir Feyziyev

10.03.2026 / 11:00
Azərbaycanlılarsayağı iftarlar - 120 manatlıq süfrələrdə dindən başqa hər şey danışılır...- MÜSAHİBƏ

10.03.2026 / 10:46
Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10.03.2026 / 10:23
Azərbaycan neftinin qiyməti 103 dolları ötdü

10.03.2026 / 09:45
Prezidentin tapşırığına əsasən İrana humanitar yardım yola salındı - FOTO

10.03.2026 / 08:33
İİKK-dən sensasion şərt: "ABŞ və İsrail səfirlərini qovun, Hörmüzdən keçmək şansı qazanın..." -

10.03.2026 / 08:20
ABŞ İranın daha bir məktəbinə raket atdı

10.03.2026 / 07:48
İranın Körfəz ölkələrinə atdığı raketlərin sayı açıqlandı

10.03.2026 / 07:46
Trampın din xadimləri ilə “magiya məclisi” - kimlərə nə mesaj verildi...

10.03.2026 / 07:36
İran İordaniyadakı alman bazasını vurdu

10.03.2026 / 07:15
İranın Müvəqqəti Rəhbərlik Şurası fəaliyyətini dayandırdı

10.03.2026 / 00:19
Putin və Tramp İran müharibəsini müzakirə etdi…

10.03.2026 / 00:08
Blinkendən İsraillə bağlı ortalığı qarışdıracaq ŞOK İDDİA - Tramp onlara təslim oldu…

09.03.2026 / 23:10
Hörmüz boğazının bağlanması Putini hərəkətə keçirdi - Avropaya təklif…

09.03.2026 / 22:52
ABŞ İrana qarşı quru əməliyyatından “çox uzaqdır” - Tramp

09.03.2026 / 21:23
Tramp Avstraliya hökumətinə çağırış etdi - İranın qadın futbolçularına sığınacaq verin…

09.03.2026 / 21:08
ABŞ Adanadakı konsulluğunu da təxliyə edir...

09.03.2026 / 20:44
Meksikalı diplomatlar və ailə üzvləri İrandan Azərbaycana təxliyə edildi

09.03.2026 / 20:25
Ceyhun Bayramov Hakan Fidanla regionda artan gərginliyi müzakirə etdi

09.03.2026 / 19:32
Prezident İlham Əliyev Ərdoğana zəng edib

09.03.2026 / 19:20
İsrail Livanda Rusiya Mədəniyyət Mərkəzini bombaladı…

09.03.2026 / 18:47
İran ABŞ-ın Küveytdəki helikopter bazasını vurdu…

09.03.2026 / 18:31
ABŞ Fars körfəzində üç neft tankerini vurdu…

Demoqrafiya təhdidi Azərbaycanda da böyüyür...

XƏBƏR ARXİVİ