“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, Trampın 2020-ci il seçkilərindəki qələbəsi “oğurlanmasaydı”, Ukraynadakı hazırkı “böhran” baş verməzdi.
Tramp dəfələrlə bildirib ki, 2020-ci ildə ikinci müddətə prezident seçilsəydi, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə olmayacaqdı. Trampın bu fikri ilə razılaşdığını deyən Putin bildirib, əgər o, 2020-ci ildə prezident olsaydı Ukraynada yaranmış böhran baş verməzdi.
Putin deyib ki, Tramp praqmatik insandır və onun ABŞ iqtisadiyyatına zərər verəcək qərarlar verəcəyi ehtimalı azdır. O, həmçinin respublikaçı liderlə görüşməyə hazır olduğunu da bildirib.
“Yəqin ki, bizim bir araya gəlməyimiz daha yaxşı olardı. Mövcud reallıqlara əsaslansaq, həm ABŞ, həm də Rusiya üçün vacib olan bütün məsələlər barədə sakitcə danışa bilərik” - deyən Putin belə bir görüşün baş tutub-tutmayacağının ABŞ-ın hazırkı administrasiyasından asılı olduğunu bildirib.
TAHİR