Çərşənbə günü, 16 iyul 2025
     

Xeyirxah əməllər sahibi

Image

Hacı Böyükağa Ələkbərov – 85.

İnsan var ki, yaşayır, yaradır, dünyasını dəyişir və müəyyən vaxt keçdikdən sonra unudulur. İnsan da var ki, yaşayır, yaradır, özü olmayanda da yaratdıqları yaşayır, yaradanını yaşadır. 

Belə xeyirxah əməlləri ilə tanınanlardan biri də uzun müddət təhsil sahəsində çalışmış, sonradan Abşeron Rayon İcra Hakimiyyətinin Digah kənd ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində fəal çalışmış Hacı Böyükağa Ələkbərovdur. 

Hacı Böyükağa Xoşbəxt oğlunun adını Bakı ətrafında, eləcə də Abşeron rayonunun bütün kənd və qəsəbələrində tanıyır, xeyirxah əməllərindən bu gün də söz açır, onu xatırlayır, ruhuna dualar oxuyurlar. 

Mən Hacı Böyükağanı Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirlərdə görmüş və onunla tanış olmuşam. Sonralar onunla bir çox məclislərdə görüşmüş, səmimi söhbətlər etmişik. Hacı çox səmimi, mehriban, sakit təbiətli bir insan idi. Xatırlayıram, Digahda icra nümayəndəsi işləyəndə onun sayəsində uşaq bağçası yenidən bərpa olundu, kəndin bəzi yerlərinə aslaft örtüyü salındı. Bir sözlə, kənddə quruculuq və abadlıq işləri yüksək səviyyədə aparılırdı. 

Hacı Böyükağa Xoşbəxt oğlu Ələkbərov 1940-cı ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. Ələkbərovlar əslən Cənubi Azərbaycandan olsalar da, Digahda məskunlaşmış, böyük nüfuz sahibi olmuş, sayılıb-seçilənlərdən olmuşlar. Digah qəsəbəsində doğulub boya-başa çatan Hacı Böyükağa Ələkbərovun həyatının çox hissəsi öz elinin-obasının inkişafına yönəlmişdir. Uzun müddət Digah qəsəbə sovetinin sədri və son vaxtlar icra başçısının nümayəndəsi vəzifəsini daşıyan el ağsaqqalı olan bu şəxs işlədiyi müddətdə, həm də xeyriyyəçi kimi tanınmışdı. 

Onun rəhbərliyi və şəxsi təşəbbüskarlığı ilə qəsəbə ildən-ilə gözəlləşmiş, həllini tapmayan problemlər öz həllini tapmışdır. Həmişə qurub-yaratmaq həvəsi ilə döyünən Hacı Böyükağa Ələkbərov rayonda başlanan hərtərəfli intibah havasını Digaha da gətirirdi. 

Son dövrlərdə icra başçısının nümayəndəsi kimi fəaliyyət göstərən Hacı Böyükağa Ələkbərovun təşəbbüsü ilə qəsəbəyə elektrik enerjisinin verilməsini yaxşılaşdırmaq məqsədilə yüksək gərginlikli xətt çəkilmiş, yəni transformatorlar qoyulmuşdur. Həmçinin qaz və su problemlərinin qarşısını almaq üçün xeyli irəliləyişlər olmuşdur. 

Hacı Böyükağa 1996-cı ildə Həcc ziyarətində olmuş, imkansız ailələrə köməklik etmişdir. Hacı Digahdakı məscidi – Allah evini təmir etmiş, ibadət edənlərin ixtiyarına vermişdir. Hacı Böyükağa Xoşbəxt oğlu 2007-ci ildə "Zəfərnamə" adlı kitabını yazmış, oxucuların ixtiyarına vermişdir. 

Onun qələmə aldığı "Zəfərnamə" kitabı Kərbalada İmam Hüseynin və onun ailəsinin, silahdaşlarının faciəvi talelərindən bəhs edən bir əsərdir. Hacı həm də bu kitabında özünü bir din xadimi kimi, eləcə də ədəbiyyatçı, tənqidçi kimi də göstərmişdir. Hacı deyərdi ki, kitabın adını "Zəfərnamə" qoymaqda bir məqsədim var, o da hər bir müsəlman olan şəxsi başa salmaqdır ki, bu kitabda yazılanları kim oxuyarsa onlara saf ürəklə, şəkk-şübhə etmədən əməl edərlərsə, inşallah, Allah-təala onun zülmətdən çıxıb behiştə daxil olmasına köməklik edər. 

Bu dünyada və o dünyada ona "zəfər" qazandırar. 

Diqqəti cəlb edən  əsas məqamlardan biri də odur ki, müəllif bu kitabında özünü hərtərəfli, geniş bir ədəbi zövqə malik olduğunu göstərmişdir. 

Belə insanların həyatı ilə tanış olmaq, onların həyat yolunu araşdırmaq, ömür kitabını vərəqləmək hər bir şəxs üçün xoşbəxtlikdir. Gənclər üçün örnək olan belə qabaqcıl ziyalıları, rəhbərləri yeni yetişən gənc nəslə təqdim etmək onların fəaliyyəti haqqında yazmaq, həm mənəvi borcdur, həm də işıqlı yaradıcılıq yoludur. 

Sonda bircə sözü deyib oxuculardan ayrılıram. 

‐ 85 yaşın mübarək, Hacı! 

Elşad Dağlı,
 Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Cabir Novruz" Mədəniyyət Fondu mətbuat xidmətinin rəhbəri. 



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910