Çərşənbə günü, 9 iyul 2025
     

Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

Image

Ermənistanda revanşist qüvvələrin mövqeyi üzündən ictimai-siyasi vəziyyətin yenidən qarışması gözlənilir. Məsələ burasındadır ki, Nikol Paşinyan hökuməti hələ də Azərbaycanla sərhədin delimitasiyası prosesinə respublikanın təhlükəsizliyinin təminatı kimi baxır. Eyni zamanda, Ermənistan müxalifəti 2024-cü ildə olduğu kimi növbəti etiraz dalğasını qaldırmağa ümid edir.

Xatırladaq ki, belə bir vəziyyətdə Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə Azərbaycan tərəfindən hərbi əməliyyatların başlaması riskini aşağı adlandırıb. Eyni zamanda, lokal toqquşmaların və eskalasiyaların baş vermə ehtimalı qalır, lakin iki respublika arasında sərhədin müəyyən edilməsi ilə  ilə onu azaltmaq olar. Erməni kəşfiyyatının fikrincə, bu istiqamətdə ən böyük irəliləyişə İrəvan və Bakı arasında ikitərəfli danışıqlar yolu ilə nail olmaq olar. Orbeli Mərkəzinin baş eksperti Conni Melikyan qeyd edir:

"Danışıqlarda real irəliləyişin olmadığı və ABŞ-da yeni administrasiya fonunda mövcud olan beynəlxalq qeyri-müəyyənliyi nəzərə alsaq, sərhəddə lokal gərginlik və eskalasiya riski hələ də aktualdır. Ermənistan orduda islahatlar apararaq, iqtisadiyyatı gücləndirməklə, fəal xarici siyasət gündəmi yürütməklə və fəal şəkildə danışıqlara diqqət yetirməklə hər cür ssenarilərə hazırlaşacaq". Bu arada İrəvan və Bakı sərhədin şimal hissəsində delimitasiyanın növbəti mərhələsinə başlamaq barədə razılığa gəliblər. Tərəflər Ermənistan, Gürcüstan və Azərbaycan sərhədlərinin kəsişdiyi ərazidən işə başlayacaq və cənuba - Ermənistan, Azərbaycan və İranın qovşağına doğru hərəkət edəcəklər. Bu zaman iki ölkənin hakimiyyət orqanları qanuni əsası olan xəritə və sənədlərə arxalanacaq. Yada salaq ki, 2024-cü ilin yazında İrəvan və Bakı Ermənistanın Tavuş rayonunun bir neçə kəndi ilə Azərbaycanın Qazax rayonu arasındakı sərhədi uğurla delimitasiya və demarkasiya edib. Düzdür, Ermənistanda bu, böyük etirazlara səbəb olub, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi müxalifət baş nazir Nikol Paşinyanı dərhal istefaya çağırıb və hətta onu Dəccalla müqayisə edib. Lakin payıza qədər vəziyyət sakitləşib. Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının yeni mərhələsi Ermənistanın təhlükəsizliyini gücləndirmək üçün nəzərdə tutulub:  "Bizim bu sektorda artıq bir neçə ayrılmış sahəmiz var. Kirants hissəsində delimitasiya aparılıb... Biz bu bölmələri monolit, inteqral etmək istəyirik ki, onlar seqmentli olmasın". Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sərhədin müəyyən olunması üzrə danışıqlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin ən mühüm komponentlərindən biridir:  "Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq... Həm biz, həm də Azərbaycan tərəfi konstruktiv səylər göstərdi və biz ümumi fikrə gəldik".

Eyni zamanda, 2024 - cü il etiraz hərəkatının liderlərindən biri, "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyan parlamentdə çıxış edən baş nazirin müavini Mher Qriqoryana sual verib ki, delimitasiya qarşıdakı mərhələdə baş verəcəkmi və Azərbaycan Ermənistanı Gürcüstanla birləşdirən yolu öz nəzarətinə götürəcəkmi?. Qriqoryan cavab olaraq bildirib:  "Biz reqlamentləri təsdiq etmişik və orada qərarların necə qəbul edildiyi və bu qərarların necə qüvvəyə mindiyi aydın şəkildə göstərilib. Bu çərçivədə sualınıza cavab tapa bilərsiniz". Danielyan cavabında konkret suala aydın cavab gözlədiyini bildirib. Qriqoryan yenə qeyd edib:  "Əldə edilmiş razılaşmalar dərc olunur və gizli qala bilməz. Son görüşdən sonra rəsmi mətbuata açıqlama verilib. Əgər bu müqavilə sizin dediyiniz şeyi ehtiva etmirsə, deməli, belə bir razılaşma yoxdur". Parlamentin "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyan bildirib ki, Ermənistan hakimiyyəti Bakı ilə sərhəddə danışıqlar aparmır, əksinə, ona güzəştə gedir: "Azərbaycan tələb etdiyi şeyi alacaq. Hakimiyyət sələmçi məntiqini rəhbər tutur: onlar ölkənin perspektivlərini və vətəndaşlarının təhlükəsizliyini düşünmədən cəmiyyətimizə nikbinliyi yüksək faizlə satırlar",. Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, 2025-ci ildə delimitasiya çətin ki, 2024-cü il hadisələri ilə müqayisə oluna biləcək etirazlara səbəb olsun:  "Hazırkı delimitasiya ərazisi məskunlaşma yerlərindən uzaqdır, ona görə də kütləvi narazılıq olmayacaq. Tərəflər Ermənistanın dərinliklərində Azərbaycan anklavlarının delimitasiyası məsələsini müzakirə etməyə başlayanda etirazlar başlaya bilər". Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin olunub. İki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyaların reqlamenti kimi rəsmi sənəd halına gətirilib və imzalanıb. Bu, Ermənistanla Azərbaycan arasında imzalanan ilk sənəd və razılaşdırılmış ilk fəaliyyət planıdır. Burada onu da qeyd edək ki, sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Amma ortada razılaşdırılmış bir mətn yoxdur. Sözügedən komissiyalarının əsasnaməsi isə tam razılaşdırılmış bir sənəddir. Artıq sənəd əsasında konkret fəaliyyət də həyata keçirilib və ən həssas, mürəkkəb bir nöqtədə Ermənistanla sərhədlərimiz artıq şərti deyil, delimitasiya və demarkasiya edilmiş sərhəddir.  Azərbaycan və Ermənistan arasında şərti sərhədlər coğrafiyasında ən mübahisəsiz yer Gürcüstan, Azərbaycan, Ermənistan qovşağından başlayan hissədir ki, burada mübahisə doğuracaq məsələ yoxdur. Ancaq cənuba doğru irəlilədikcə, xüsusilə Kəlbəcər-Zəngəzur bölgəsinə endikcə daha mürəkkəb mərhələyə qədəm qoyulacaq.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910