Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, MMC-nin işçiləri – Sənan Quliyev və Telman Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sənan Quliyev 7 il 9 ay 19 gün, azadlıqdan məhrum edilib. Hökmə görə, istintaq dövründə polisin nəzarəti altında olan şirkət rəhbəri Ruhəddin Cabbarov 3 il, şirkətin işçisi Telman Fətəliyev isə 6 il 6 ay il azadlıqdan məhrum edilib, onlar məhkəmə zalında həbs edilib.
Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərşəkmiş şəxslərdən biri – Əli Nuriyev birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş; leytenantdır. O, Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə 2021-ci ilin iyunun 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib.