Bazar ertəsi günü, 14 iyul 2025
     

Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

Image

Əlcəzairdə Fransaya qarşı o qədər nifrət var ki, "sən fransızsan" ifadəsi cəmiyyətdə söyüş sayılır...

Son günlər ulduzları 60 ildir barışmayan Fransa və Əlcəzair arasında diplomatik gərginlik bir qədər də kəskinləşib. Bir neçə həftə əvvəl Əlcəzair Fransa hakimiyyətinin ölkədən çıxarılması ilə bağlı göstəriş verdiyi Doualemn adlı blogeri geri qəbul etməkdən imtina edib. 

Fransanın cənubundakı Monpelyedə oturum icazəsi əsasında yaşayan bloger yanvarın 4-də TikTok-dakı kanalında Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs olunub. O, ölkədən deportasiya edilsə də, Əlcəzair onu geri göndərib. Bloger qayıtdıqdan sonra Sena və Marna departamentində müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. O, videonu çəkərkən narkotik maddələrdən asılılığa qarşı dərman vasitəsinin təsiri altında olduğunu bildirib.

Məsələyə münasibət bildirən Fransanın daxili işlər naziri Bruno Retayo isə deyib ki, Əlcəzair nifrəti qızışdırma zəminində deportasiya edilmiş əlcəzairli blogeri qəbul etməməklə Fransanı alçaltmağa çalışır. "Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq", - qanun pozuntusuna yol vermiş əcnəbilərin deportasiyası siyasətinin sərtləşdirilməsinin vacibliyini dəfələrlə bəyan edən Retayo söyləyib.

O, əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu deyib.

Fransa və Əlcəzair arasında diplomatik gərginlik bu günlərdə bir qədər də kəskinləşdi. Fransanın daxili işlər naziri Bruno Retayo davranışı ilə vəziyyəti daha da gərginləşdirib. Bu dəfə Paris prokurorluğu daxili işlər nazirini səriştəsizlikdə günahlandırıb.

Fransanın daxili işlər naziri Bruno Retayo X hesabında ölkədə daha bir əlcəzairli TikTok blogeri Rafik Mezyanın Fransa ərazisində zorakılıq hərəkətlərinə çağırışlar etməkdə günahlandırılaraq həbs olunduğunu elan edib. Paris prokurorluğu nazirin vaxtından əvvəl məlumat sızdırmasını pisləyib.

Daha bir ictimai rəyə təsir imkanlarına malik olan şəxsin həbsi iki ölkə arasında diplomatik gərginliyin yaşandığı bir vaxta təsadüf edir. Son həftələrdə Fransada bir neçə əlcəzairli sosial media blogeri həbs edilib.

Əslində daxili işlər naziri həqiqətə uyğun olmayan informasiyanı sızdırmaqla öz hikkəsini ifadə edib ki, əlcəzairlilər Fransada hökumətin istəmədiyi heç bir təbliğatı apara bilməz, biz artıq əlcəzairlilərin hərəkatını cilovlamışıq.

Əslində isə TikTok blogeri Rafik Mezyan hələ həbs edilməyib, o, sadəcə olaraq məcburi müalicəyə göndərilib. Lakin Retayonun X şəbəkəsində bu barədə paylaşımı yenidən diplomatik gərginliyə səbəb olub. Bu iki ölkənin münasibətlərinin həssas olması, kiçik bir bəyanatın belə diplomatik gərginliyə gətirib çıxarmasının dərin tarixi səbəbləri var. Belə ki, ötən əsrin ortalarına qədər Əlcəzair Fransanın müstəmləkəsi olub. Həmin dövrdə Fransa ordusu bu ölkədə əsl ərəb soyqırımı törədib. Ona görə Əlcəzairdə Fransaya qarşı o qədər nifrət var ki, "sən fransızsan" ifadəsi cəmiyyətdə söyüş sayılır. Bu səbəbdən də bütün əlcəzairlilər ilk fürsətdə Fransaya ziyan vurmağa çalışır. Əlcəzairlilər hesab edir ki, bütün fransızları yer üzündən silsələr belə, öz qisaslarını ala bilməzlər. Birinci növbədə hansısa yolla Fransa hökuməti bu qisasçılıq hisslərini aradan qaldırmaq üçün müəyyən addımlar atmalıdır. Paris Əlcəzair xalqından üzr istəməli, törətdiyi soyqırıma görə isə Əlcəzair dövlətinə təzminat ödəməlidir. Yalnız bundan sonra dövlətin təbliğatı ilə Fransa xalqı ilə əlcəzairli ərəblərin bir cəmiyyət olaraq aralarındakı kin-küdurət və nifrətə son qoyula bilər. Rəsmi Paris bu 60 ildə belə bir addımı atmayıb. Ona görə də Əlcəzairdə Fransaya qarşı nifrət nəsildən-nəslə keçərək bir milli ənənə səviyyəsinə qalxıb.

Tarixə ekskursiya etdikdə görürük ki, Əlcəzair vaxtilə Fransanin müstəmləkəsi olub. Əlcəzair müstəqillik qazandığı vaxtdan bu iki ölkə arasında diplomatik münasibətlər heç vaxt istiləşməyib.

Əlcəzair xalqının XX əsrin 50-ci illərindən etibarən istiqlaliyyət uğrunda mübarizəsi başlandı. Əlcəzair xalqı 1954-cü il noyabrın 1-də üsyana qalxdı. Bu üsyana Milli Qurtuluş Cəbhəsi başçılıq edirdi. Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında "Evian sazişi"ni imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. Konstitusiyaya görə, "milli dəyərlər və islam hüdudlarında sosializm qurmaq" xalqın məqsədi elan olundu. Mstəmləkəçilərlə əlbir olan iri feodalların torpaqları, banklar, sığorta şirkətləri, nəqliyyat vasitələri, elektrik stansiyaları milliləşdirildi. Bununla yanaşı, ticarətdə, yeyinti sənayesində, sənətkarlıq və xidmət sahəsində xüsusi kapitalın mövqeləri saxlandı.

Lakin Fransa Əlcəzair ərəblərinə etdiyi zülmün bədəlini ödəmədi. Ona görə də düşmənçilik bu gün də davam edir.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbuldə ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910