Cümə axşamı günü, 1 may 2025
     

Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

Image

İbrahim Rüstəmli: "Məxfiliyi qorumadan artıq hərəkət etmək mümkün deyil"

Prezident İlham Əliyevin fərmanı ilə "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

Maraqlıdır ki, silah-sursatın, hərbi texnikanın istehsalı ilə bərabər onun hara göndərilməsi məsələsi də dövlət sirləri sırasına daxil edildi. Bu sonuncu əlavənin hədəfi, məqsədi nədir? Nə üçün Azərbaycan belə bir addım atıb? Bunun pərdəarxası məqamları nədir? Yəni Azərbaycanla silah, hərbi texnika sahəsində əməkdaşlıq edən ölkələri qorumaq cəhdidir, yoxsa başqa bir məsələdir?

"Azərbaycan, xüsusilə indiki həssas bir dövrdə öz ordusunun, cəbbəxanasının, silah sənayesinin imkanlarını maksimum səviyyədə məxfi saxlamalıdır"

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə bildirdi ki, son vaxtlar dünyada yaranan geosiyasi, hərbi, iqtisadi vəziyyət, eləcə də bütün baş verənlər məxfiliyi əsas şərt kimi ortaya çıxarır. "Dünyanın bugünkü durumu məxfiliyi əsas şərt kimi ortaya çıxarır və  konfidensiyallığı vacib məsələ kimi aktuallaşdırır. Demək istəyirəm ki, əlbəttə, silah istehsalı, ixracı və idxalı və sair bütün dövlətlərdə həyata keçirilən bir prosesdir. İndi həyatımızın dinamikası o qədər güclənib, o qədər artıb, o qədər genişlənib, o qədər aqressiv bir fazaya qədəm qoyub ki, məxfiliyi qorumadan artıq hərəkət etmək mümkün deyil. Tutalım, Azərbaycanın hər hansı bir silah istehsal etməsi, bunu hansısa bir ölkəyə ixrac etməsi, təbii ki, bu silahın taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti ilə bağlı bilgilərin də orda yer alması deməkdir. Eyni zamanda, tutaq ki, biz bunu bəyan ediriksə artıq öz hərbi gücümüzün koordinatlarını bəyan etmiş oluruq. Azərbaycan, tutalım, hansısa bir silah istehsal edib və o silah bəyan olunursa, dünya mediasına, ictimaiyyətə çatdırılırsa, sözsüz, o silahın bütün xüsusiyyətləri, döyüş qabiliyyəti, taktiki-texniki göstəriciləri təqdimatında yerini tapır. Bu da dolayısı ilə, tutaq ki, Azərbaycanın cəbbəxanasına daxil ediləcək  bu silahın hansı gücə malik olmasını dünyaya bəyan etmək deməkdir. Təbii ki, bu artıq alternativlər yaradır. Yəni düşmən tərəfində bununla bağlı artıq müəyyən təəssürat formalaşdırır. Ona görə də Azərbaycan, xüsusilə indiki həssas bir dövrdə öz ordusunun, cəbbəxanasının, silah sənayesinin imkanlarını maksimum səviyyədə məxfi saxlamalıdır". 

Prezidentin bu fərmanını alqışladığını deyən İ.Rüstəmli qeyd etdi ki, hərbi məsələlər məxfi qrifi altında həyata keçirilən məsələlərdir. İ.Rüstəmlinin sözlərinə görə, onların qorunması dolayısı ilə dövlətin ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasətin bilavasitə qorunması deməkdir. "Azərbaycandan danışırıqsa, bu günlərdə qəbul olunan qərarlardan, dəyişikliklərdən bəhs ediriksə, bu o deməkdir ki, Azərbaycan öz ordusunu, cəbbəxanasını konfedensial bir şəkildə qorumaqla həm də Azərbaycan ordusunun döyüş imkanlarını məffi saxlayır. Məxfi olanda isə artıq düşmən sənin hansı döyüş imkanlarına malik olduğundan xəbərsiz olur. Onda ölkəmizin  ordusu ilə bağlı qeyri-müəyyən təsəvvür formalaşır ki, bu elə Azərbaycanın üstünlüyü deməkdir. Biz həmişə demişik ki, görmədiyin hədəfi vura bilməzsən. Yəni düşmənin bizim hansı silah-sursata sahib olmağımızı, o silah - sursatların hansı döyüş qabiliyyətinə malik olmasını bilməsi artıq Azərbaycanın 1:0 geridə qalması deməkdir. Yəni bu gün qəbul olunan qərarlar, təbii ki, bunun qarşısını alır və Azərbaycan dövləti, Azərbaycan ordusu üçün çox böyük imkanlar yaradır. Mən bunu əgər beynəlxalq mövqedən şərh etməli olsam, demək ki, əvvəla, silah istehsalı və istehsal olunan silahların ixracı Azərbaycanın daxili işidir, Azərbaycan istədiyi şəkildə bu məsələrlə məxfilik qrifi altında şərtlərini irəli sürə bilər. Bu, beynəlxalq normaya, beynəlxalq hüquqa zidd deyil, Azərbaycan indiki geosiyasi reallıqlar, xüsusilə Cənubi Qafqazda baş verən hadisələr, Ermənistana Qərb və Avropa ölkələrinin sızması, yeni coğrafi koordinatların meydana çıxması baxımından bu addımı ilə özünü bir növ qorumuş olur. Yəni müdafiə olunmaq yalnız səngərdə oturub düşmənlə göz-gözə dayanmaq deyil, bu həm də Azərbaycanın müdafiə qabiliyyətini artırmış olur. Bu mənada mən qəbul olunmuş qərarı çox yüksək dəyərləndirirəm. Mənə elə gəlir ki, hərbiyə aid məsələlərdə konfidensiallığın maksimum səviyyədə qorunması Azərbaycanın dövlət siyasətinin həm bölgədə, həm də beynəlxalq aləmdə həyata keçirilməsi üçün mühüm şərtdir.

Azərbaycan düşməni olan Ermənistanla çəkişmə, gərgin münasibətlər şəraitində yaşayan bir ölkə kimi bu cür dəyişikliklərlə irəliyə bir addım atmış olur"-deyə İ.Rüstəmli vurğuladı. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 20:01
Kiprin tanınmış müğənnisi Bahar Gökhan Bakı Beynəlxalq Muğam Mərkəzində təntənəli konsertlə çıxış etdi... - FOTO

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678