Cümə axşamı günü, 21 may 2026
     

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

Image


Faiq Ələkbərli: "Bu kimi məsələlər dərindən araşdırılmalı və konkret hüquqi tədbir görülməlidir"

Tarixi abidələr dövlətin, xalqın mirasıdır və bu miras məmurdan tutmuş sadə vətəndaşa qədər hamı tərəfindən qorunmalıdır. Bakıda, eləcə də ölkəmizin başqa yerlərində tarixi əhəmiyyətə malik, tarixi abidə kimi qeydiyyata alınan binalar çoxdur. 

Amma təəssüf ki, bəzən ya vətəndaş biganəliyindən, ya məmurların öz işlərinə məsuliyyətsiz yanaşmasından tarixi binalara müdaxilələrin şahidi oluruq. Xüsusən də son dövrlər Bakıda tarixi abidə sayılan binalara, yaşayış evlərinə vətəndaş müdaxiləsi barədə məlumatlar yayılır. İndiyə qədər Bakıda xeyli sayda belə fakt aşkarlanıb, amma təəssüf ki, bu son olmayıb, indi də bu neqativ münasibəti davam etdirənlər var. Anlamaq çətindir ki, vətəndaş tarixi binaya, tarixi abidəyə özbaşına necə müdaxilə edə bilər. Məgər o binaların üzərinə tarixi abidə olduğu qeyd olunmur? Ola bilərmi buna məmurlar şərait yaradır, ya o binalar tarixi abidə kimi qeydiyyatda olmur, mühafizə zolaqları yoxdur? Bu, Bakıda belədirsə, görün bölgələrdə nələr baş verir?!

Bildiyimiz kimi, bu günlərdə analoji fakt təkrarlanıb. Belə ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib. Abidəyə baxış keçirilən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib. Əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.

Buna baxmayaraq, 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.

Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.

Mədəniyyət Nazirliyi, rəsmi qurumlar bu faktlarla bağlı niyə məhkəməyə müraciət edib cinayət işi qaldırmır? Axı dünyada belə tendensiya var ki, bu kimi hallara qarşı konkret cinayət işi açılır. Çünki o insanlara cinayət işi açılarsa, layiqli cəzalarını alarlarsa bir də bu əmələ əl atmazlar. 

"Nazirliyin bu yöndə sərt addımlar..." 

Tarixçi ekspert Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, tarixi bina, tarixi abidə toxunulmaz olmalıdır və onlara qarşı cəhdlərlə bağlı tədbirlər görülməlidir. "Hər bir cəmiyyətin ona aid olan abidələrə, tarixi irsə diqqətlə yanaşmaq borcudur. Bir cəmiyyətin varlığı mədəniyyəti, təhsili və sairlə ölçülür, mədəniyyət də burda çox əhəmiyyətli rol oynayır. İnsanlarda mədəni və tarixi şüurun formalaşması çox vacibdir. Milli və tarixi məsələlər də önəmli bir faktor kimi tarixi abidələrdə özünə yer tutur. Hər bir cəmiyyət öz tarixi isrinə sahib çıxmalı, olanları qoruyub gələcək nəsillərə ötürməlidir. Çox təəssüflər ki, bizdə bu sahədə bir sıra çatışmazlıqlar var, xüsusən də Bakıda tarixi binaların zərər görməsi, onlara qanunsuz vətəndaş müdaxiləsi faktı  ilə rastlaşırıq. Bu tarixi binalara "bərpa" adı altında ziyan vurulur, yaxud ətraflarında yeni binalar inşa olunarkən onlar zədələnir. Tarixi binalara bu cür münasibət qəbuledilməzdir, vətəndaşlar bilməlidir ki, tarixi binaya toxunmaq, ona müdaxilə etmək ən azından mənəvi cinayətdir. Mən hələ bunun hüquqi tərəfini bir yana qoyuram. Bu gün tarixi binaya ziyan vuran, müdaxilə edənlər və bu hallara göz yumanlar bilməlidir ki, bununla yalnız bu günümüzə yox, gələcəyimizə zərbə vururlar".

Belə halların çoxladığını təəssüflə qeyd edən ekspert bildirdi ki, analoji faktlar bölgələrdə, başqa şəhərlərdə də baş verə bilər, amma buna Bakıda daha çox rast gəlinir. "Hansısa amillərdən çıxış edərək bəzən tarixi binalara müdaxiləyə, onların sökülməsinə, zədələnməsinə şərait yaradılır. Bunlar tarixi abidələrdir və ümid edirik ki, bu cür müdaxilələrin, qanunsuz əməllərin qarşısı birdəfəlik alınacaq. Hesab edirəm ki, bu kimi hallara qarşı ciddi cəza tədbirləri görülməlidir. Belələri cəzalandırılmadıqca analoji hadisdələr daha çox baş verəcək. Yəni bu cür halların qarşısını almaq mümkün olmayacaq, əksinə, sayı daha çox olacaq. Bir vətəndaş görəcək ki, tarixi binaya qanunsuz müdaxiləyə görə müfaviq nazirlik, qurum onu məhkəməyə vermədi, barəsində cinayət işi qaldırmadı, hansısa cərimələrlə canını qurtardı, bu qanunsuz əməli başqa vaxt da təkrar edəcək".

O hesab edir ki, tarixi binalara, tarixi abidələrə "bərpa", yaxud başqa adla müdaxilə edənlərə qarşı böyük məbləğdə maliyyə cəzaları tətbiq edilməli və onlar  inzibati şəkildə cəzalandırılmalıdır. "İndiyə qədər belə faktlar çox olub. Bu kimi məsələlər dərindən araşdırılmalı və konkret hüquqi tədbir görülməlidir. Biz gələcəyimizi, gələcəkdə öz milli mədəni varlığımızın inkişafını düşünürüksə bu kimi hallara qarşı sərt tədbirlər görülməlidir. Nazirliyin bu yöndə sərt addımlar atacağına ümid edirik. Hər bir tarixi bina xalqımızın mədəni irsinin bir parçasıdır. Bunu qorumalıyıq"-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

2-ci Qarabağ müharibəsini yarımçıq dayandırmağa çalışan ölkələr... təzyiqlər keçmədi...

Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

21.05.2026 / 21:19
Kreml İrəvana konkret seçim verdi - ya biz, ya Avropa...

21.05.2026 / 20:53
Rusiya neft zavodlarının çoxu vuruldu - Ukrayna müharibəsi bitə bilər(?)...

21.05.2026 / 20:25
Rusiya Pribaltikanı yenidən işğal edə bilər?...

21.05.2026 / 20:02
Ankarada Əhliman Əmiraslanovun sədrliyi ilə TÜRKPA Komissiyasının 11-ci iclası keçirilib - FOTO

21.05.2026 / 19:44
Bircə amalı vardı: müharibə başlasın, ermənilərə 30 illik qəddarlığın əvəzini versin…

21.05.2026 / 19:29
WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

21.05.2026 / 19:20
Eyfel qülləsinin pilləkəni hərracda satıldı

21.05.2026 / 19:12
Hollandiyada d’Artanyanın qalıqları tapıldı

21.05.2026 / 19:10
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - FOTO

21.05.2026 / 19:04
Millət vəkili Şəkidə seçicilərlə görüşdü - FOTO

21.05.2026 / 18:52
İkiqat Olimpiya çempionunun oğlu Azərbaycan üçün yarışacaq

21.05.2026 / 18:52
İkiqat Olimpiya çempionunun oğlu Azərbaycan üçün yarışacaq

21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

21.05.2026 / 18:28
Dünya İsrailə qarşı, nazirin yaydığı video şok yaratdı, nazirlə baş nazir bir-birinə qarşı...

21.05.2026 / 18:05
Rusiya Ermənistana təzyiqləri artırır - mayın 29-da Ermənistanın AİB üzvlüyü ilə bağlı qərar verilə bilər...

21.05.2026 / 17:47
"44 gün – Tarixi Zəfər” adlı ki­ta­bın II, III və IV cildləri Gəncədə təqdim olundu

21.05.2026 / 17:33
Elvinin nəsibi şəhidlik zirvəsi oldu

21.05.2026 / 17:20
Akademiyanın doktoranturasına qəbulda nələr dəyişəcək?...

21.05.2026 / 17:14
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

21.05.2026 / 16:50
Bakının uğurlu manevrləri Azərbaycana qərəzli yanaşanların sayını azaldır…

21.05.2026 / 16:43
Bakı-Tbilisi qatarında siniflər üzrə gediş haqqı açıqlandı

21.05.2026 / 16:41
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

21.05.2026 / 16:36
Avstraliya General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 16:35
Hantavirus və Ebola qurbanları artır – dünya yeni təhlükə qarşısında…

21.05.2026 / 16:35
Şahbaz Şərifdən Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki...

21.05.2026 / 16:32
Trinidad və Tobaqo Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.05.2026 / 16:30
Tailand Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.05.2026 / 16:29
Qanunsuz tikililər düyünü çözülmür - həm dövlət, həm də vətəndaş itirir…

21.05.2026 / 16:29
Cozef Aun Prezident İlham Əliyevə məktub ünvanlayıb

21.05.2026 / 16:28
CAR Prezidenti Ramafoza Prezident İlham Əliyevi təbrik etdi

21.05.2026 / 16:26
Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

21.05.2026 / 16:25
Malta Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

21.05.2026 / 16:23
Ukrayna Rusiyanın 800 kilometr dərinliyində neft zavodunu vurdu...

21.05.2026 / 16:07
Paşinyan İrəvanda “Qarabağ kartı”nı birdəfəlik BASDIRIR...

21.05.2026 / 16:03
Gəncəli şəhid atasından təklif - “Bu muzeyin yaradılmasının əhəmiyyəti böyük olardı"

21.05.2026 / 16:01
Koreya lideri Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 15:59
İsveç Kralı XVI Karl Qustav Prezident İlham Əliyevi təbrik etdi

21.05.2026 / 15:58
Kral Filipdən Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki...

21.05.2026 / 15:57
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 15:55
Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanladı

21.05.2026 / 15:54
Petr Pavel Prezident İlham Əliyevi təbrik edib

21.05.2026 / 15:52
Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevi təbrik etdi

21.05.2026 / 15:51
Səudiyyə Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

21.05.2026 / 15:29
“Paşinyanın AİB iclaslarına qatılmaması vərdişə çevrilib” - Zaxarova

21.05.2026 / 15:17
ÖZBƏKİSTAN- SADƏCƏ COĞRAFİYA DEYİL... TÜRK TARİXİNİN,MƏNƏVİYYATININ YAŞAYAN YADDAŞIDIR.

21.05.2026 / 14:54
Nəzakət Məmmədova:"Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri..."

21.05.2026 / 14:47
Moskva-İrəvan münasibətləri daha da gərginləşdi - eyni vaxtda “iki toyda rəqs etməyin”mesajı gəldi…

21.05.2026 / 14:42
Nəzakət Məmmədova:"Kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub"

21.05.2026 / 14:38
Bakı-Tiflis: sərbəst gediş-gəliş başladı, niyə məhz indi...

21.05.2026 / 14:35
Putinlə Si böyük qaz məsələsini razılaşa bilmədilər...

21.05.2026 / 14:16
İlham Məmmədzadə:"Oğlum Elvinə bəylik taxtında oturmaq qismət olmadı"

21.05.2026 / 14:02
İran müharibəsi və qlobal böhran Trampın işinə yaradı - sərvətini ikiqat artırdı...

21.05.2026 / 13:46
Prezident İlham Əliyevlə Makron arasında telefon danışığı olub

21.05.2026 / 13:40
Almaniyanın "Patriot"ları Rusiya-Türkiyə münasibətlərini poza bilər...

21.05.2026 / 13:18
Tramp İranda hakimiyyəti Əhmədinejadın əli ilə dəyişmək istəyir...

21.05.2026 / 13:07
Bakı-Tbilisi qatarının sərnişin tutumu 118 nəfərlikdir...

21.05.2026 / 12:43
Naxçıvana uçuşlar yenidən təxirə salındı

21.05.2026 / 12:22
WUF13 çərçivəsində Bakının Baş Planına dair müzakirələr aparılır

21.05.2026 / 12:17
Bakı-Tbilisi qatarının sərnişinləri internetlə də təmin ediləcək

21.05.2026 / 12:01
Rusiya Paşinyana qarşı Ermənistana kəşfiyyat agentləri göndərdi...

21.05.2026 / 11:48
Nazir müavini WUF13-də mina problemini gündəmə gətirdi...

21.05.2026 / 11:36
Stoltenberq: !"Avropa İttifaqı NATO-nun rolunu yerinə yetirə bilməyəcək"

21.05.2026 / 11:06
"Yerli və beynəlxalq maliyyə olmadan heç bir ölkə torpaq böhranından çıxa bilməz" - Anaklaudia Rossbax

21.05.2026 / 09:46
İlin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək

21.05.2026 / 08:51
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

21.05.2026 / 08:07
"44 gün – Tarixi Zəfər” adlı ki­ta­bın II, III və IV cildləri Gəncədə təqdim olunacaq

20.05.2026 / 23:15
Rusiyanın Baltikyanı ölkələrə hərbi təcavüz ehtimalı artır – Aİ və NATO Moskvaya sərt xəbərdarlıq etdi...

20.05.2026 / 22:50
ABŞ ordusu Oman körfəzində İran tankerinə desant endirdi...

20.05.2026 / 21:32
Əliyev qaz hasilatını artırmaq üçün bacardığını etdi - “top Avropanın tərəfindədir”...

20.05.2026 / 20:56
“Ermənistanda Qarabağ parlamentinin kökünü kəsəcəm” - Paşinyanı qızışdıran amillər...

20.05.2026 / 20:24
Hörmüz münaqişəsindən sonra Azərbaycan enerji siyasətini dəyişdirmək qərarı verdi...

20.05.2026 / 19:51
Əliyevin “önləyici şaxələndirmə kursunun” üstünlüyü təsdiqlənir...

20.05.2026 / 19:14
ABŞ və İsrailin İranda Əhmədinejadı hakimiyyətə gətirmək planı ortaya çıxdı - Tehranda keçirilən gizli əməliyyatın ŞOK DETALLARI...

20.05.2026 / 18:46
Litvada hava hücumu həyəcanı - Prezident və baş nazir sığınacağa aparıldı, parlament təxliyə edildi...

20.05.2026 / 17:51
“Bakı Şəhərsalma Mükafatı” təsis edildi...

20.05.2026 / 17:37
"Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır" - Natiq Məmmədli

20.05.2026 / 17:24
Bakı–Tbilisi qatarı üzrə gediş haqqı açıqlandı

20.05.2026 / 17:02
Balıq kafesinə narşərab aparan sərnişin Rusiya gömrükçülərinin "tilovuna" düşdü...

20.05.2026 / 16:59
Azərbaycanı bürümüş yağışın sirri açılır - İranın zərbəsindən sonra silah Qazaxıstana gətirilir

20.05.2026 / 16:55
Prezident Administrasiyasında AMİP sədri Arzuxan Əli-zadə ilə görüş keçirilib

20.05.2026 / 16:53
Moskva göz yaşlarına inanmır - bir neçə günə Ermənistan Avrasiya İB-dən qovulur...

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ