Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

Rusiya PUA-larla Kiyev vilayətinə hücum edib. Nəticədə Fastov rayonunda və Brovarı şəhərində yanğın və dağıntılar baş verib. Xilasedicilər zərbənin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər və artıq 3 nəfərin həlak olduğu məlumdur. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Fövqəladə Hallar Dövlət Xidməti bu gün səhər Rusiya PUA-larının Kiyev vilayətinə endirdiyi zərbənin nəticələri barədə foto və videolar yayıb.
“Fastov rayonunda vurulan PUA-nın parçaları 10 mərtəbəli yaşayış binasına çırpılıb, 6-7-ci mərtəbələrdə yanğın və dağıntılara səbəb olub”, - deyə Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında bildirilir.
Mətləb Salahov