Bazar ertəsi günü, 7 iyul 2025
     

"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

Image

Ermənistanda revanşist qüvvələrin, onlara bağlı medianın və ekspert dairələrinin Azərbaycanın timsalında aqressiv ölkə obrazı yaratmaq cəhdləri səngimir. Amma elə Ermənistanın rəsmi dairələri bütün bunların yalan olduğunu bəyan edir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti yayımladığı illik hesabatında müxtəlif fakt, bilgi və hadisələrin təhlili əsasında bu qənaətə gəlib ki, indi Azərbaycanın Ermənistan əleyhinə genişmiqyaslı hücuma keçmə ehtimalı yüksək sayılmır. Sənəddə bu da vurğulanır ki, sülh sazişi və dövlətlərarası münasibətlər olmadığından, sərhəddə lokal gərginlik və eskalasiya risqi qalır: "Bu risqin aradan qaldırılması üçün potensial təminat 2024-cü ildə başlanan sərhədlərin delimitasiya və demarkasiya prosesinin aramsız davam etdirilməsi ola bilər". Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanın bu ölkə ilə bağlı Qərbi Azərbaycan və qərbi azərbaycanlılar, "Ermənistanın hərbiləşdirilməsi", revanşizm və Zəngəzur dəhlizi kimi mövzularını diqqətlə izlədiyinə də diqqət çəkir. Bu rəsmi mövqeyə baxmayaraq, erməni politoloq Artur Xaçikyan yenə də iddia edir ki, İran Türkiyə və Azərbaycanın Ermənistanla bağlı niyyətinin qarşısını alan yeganə ölkədir: "Lakin Donald Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra Ermənistan hücuma məruz qalacağı təqdirdə İran bu rolu yerinə yetirə bilməyəcək". Onun sözlərinə görə, belə bir vəziyyət Ermənistanın düşmənlərinə təzyiq göstərmək və hətta hərbi yolla Zəngəzur dəhlizi adlanan yerin açılmasına cəhd etmək imkanı yaradacaq: "Bunun fonunda Ermənistan hakimiyyəti təslim olmaqda davam edir və bizi uçuruma aparır. Bunun fonunda Türkiyə və Azərbaycan lobbiləri yeni Tramp administrasiyası ilə çox fəal işləyirlər, Ermənistanda belə işləri görə biləcək peşəkar kadrlar yoxdur. Bundan əlavə, diaspor nümayəndələri Ermənistanın Tramp üçün heç bir hərbi-strateji əhəmiyyətinin olmadığını bildirirlər. ABŞ-ın birinci müttəfiqi Azərbaycanla ittifaqda olan İsrail, ikincisi isə Türkiyədir". Xaçikyanın fikrincə, ABŞ-la bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq barədə sənədin heç bir əhəmiyyəti yoxdur. Xaçikyan bunu yeni "Sevr müqaviləsi" adlandırıb: "Ona görə Ermənistan Rusiya və İranla münasibətləri pozacaq və artıq regionda dörd düşmən əldə edəcək". Politoloq etiraf edib ki, Ermənistan hakimiyyətinin siyasəti ölkədə enerji tariflərinin kəskin artmasına gətirib çıxara bilər ki, bu da nəticədə əhəmiyyətli ixrac bazarlarını və transferləri itirmək təhdidi yarada zilər. O, Ermənistanda aclığın başlaya biləcəyini istisna etməyib və onun sözlərinə görə, Rusiya bu nəticələrlə bağlı xəbərdarlıq edib.

Artur Xaçikyan qeyd  edib ki, Tramp ABŞ-ı Ukrayna münaqişəsindən çıxarmaq və resursları Yaxın Şərqə yönəltmək istəyir, çünki İsraili qorumaq onun üçün xarici siyasətdə mütləq prioritetdir: "İran hücuma məruz qala bilər. Ya da Birləşmiş Ştatlar Tehranı güzəştə getməyə və nüvə proqramını məhdudlaşdırmağa məcbur etmək üçün sərt tədbirlər görməyə çalışacaq. Tramp həmçinin İranın nə Yəmən husilərinə, nə də HƏMAS-a kömək etməməsini təmin edəcək. Bütün bunlar baş verməsə, İrana hücum başlaya bilər. ABŞ-ın yeni administrasiyası hesab edir ki, indi İslam Respublikası ilə bağlı məsələlərin həlli zamanıdır. İsrail işğal siyasətini davam etdirmək üçün uzun illərdir ki, bu fürsəti gözləyir. Düşünürəm ki, Qəzza zolağında, eləcə də "Hizbullah" qruplaşmasına qarşı döyüşlər yenidən başlayacaq". Eyni zamanda o, İsrailin müttəfiqinin yəhudi dövlətinin enerji sektorunda mühüm maraqlarının olduğu Azərbaycan olduğunu təkrarlayıb: "İranın üzərində qara buludlar yığılır. Ya nüvə proqramını məhdudlaşdırmaqla güzəştə getməlidir, ya da hava hücumuna məruz qala bilər. Bu halda Tehran cavab verəcək ki, bu da gözlənilməz və təhlükəli eskalasiyaya gətirib çıxaracaq, o cümlədən bizim üçün". Digər erməni politoloq Yervand Bozoyan bildirir ki, Ermənistan hakimiyyəti tezliklə bəyan edəcək ki, KTMT-dən, sonra isə Aİİ-dən çıxırlar. Onun sözlərinə görə, İrəvan hökuməti birbaşa Qərbin diktəsi ilə hərəkət edir və bu addımı da onların tapşırığı əsasında atacaq.

Bozoyan bu prosesin ardından Zəngəzur dəhlizi məsələsinin reallaşacağını vurğulayıb. "Bunun ardından Zəngəzur dəhlizi reallaşacaq və o, ABŞ-a veriləcək". Zəngəzur dəhlizinin açılması Ermənistanın müvafiq öhdəliyidir və üçtərəfli bəyantlarda bu hal təsbit olunub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində sözügedən məsələ öz təsbitini tapıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək". 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı digər üçtərəfli Bəyanatda bir daha bu məsələyə toxunulub: "2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupun yaradılması barədə təklifi dəstəklənir". Həmin İşçi qrup fəaliyyətə başlasa da, bir neçə görüş keçirsə də, Ermənistanın mövqeyi səbəbindən ortada hansısa nəticə yoxdur.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 15:26
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı oldu - FOTO

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:57
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə ittiham etdi

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

06.07.2025 / 12:20
Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək...

06.07.2025 / 11:43
Polis Laçında əməliyyat keçirdi - 300-ə yaxın çətənə kolu və silah-sursat...

06.07.2025 / 10:34
Əhmədbəyli–Füzuli–Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görüldü

05.07.2025 / 23:14
Ukrayna Voronejdə hərbi aerodromu vurdu - sursat anbarı və azı bir hərbi təyyarə məhv edildi...

05.07.2025 / 22:50
Tramp Putinə xəbərdarlıq etdi - yeni sanksiyalar daha sərt olacaq...

05.07.2025 / 22:22
" Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik" - Türkiyə Cumhurbaşkanı

05.07.2025 / 21:26
ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanı tərk etməyə çağırdığı barədə iddiaları təkzib etdi

05.07.2025 / 18:26
Azərbaycandakı sərmayə mühiti ECO-nun 10 illik strategiyasında mühüm rol oynaya bilər...

05.07.2025 / 17:57
Azərbaycanda 350 milyard dollar sərmayə - ECO ölkələri üçün bu nə deməkdir?...

05.07.2025 / 17:23
Qərbi azərbaycanlıların hüquqları daha bir beynəlxalq platformada əks olundu...

05.07.2025 / 16:50
Ölkədə 40 yaşdan yuxarı məktəb müəllimi qalmayacaq - prosesə baxın...

05.07.2025 / 15:18
Solo Gənclik” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək

05.07.2025 / 15:04
Ərdoğan Ermənistan-Azərbaycan sülh sazişinin perspektivlərindən və Zəngəzur dəhlizindən danışdı...

05.07.2025 / 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

05.07.2025 / 14:30
Bərdədə sakini 5 kiloqram narkotiklə tutuldu

05.07.2025 / 14:17
Türkiyədə üç iri şəhərin CHP-dən olan bələdiyyə sədrləri həbs edildi...

05.07.2025 / 14:07
Putin atəşkəsdən açıq şəkildə imtina etdi - Tramp Ukraynaya istədiyi silahları verəcəkmi?

05.07.2025 / 12:39
ECO-nun Xankəndi Zirvəsi: Prezident İlham Əliyev azad olunmuş torpaqları sülh və əməkdaşlıq məkanına çevirir

05.07.2025 / 11:40
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib

05.07.2025 / 11:17
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO

05.07.2025 / 11:06
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik etdi

05.07.2025 / 10:28
Tramp "TikTok"u Çindən alır

05.07.2025 / 10:25
İngilislər ŞOKDA - Covid-19-un yeni ştammı yayılıb

05.07.2025 / 09:23
"Fluminense" ilk finalçı oldu

05.07.2025 / 09:18
Bu gün Aşura günüdür

05.07.2025 / 09:13
Türk dünyasının liderləri Xankəndidə - Nəvaz Şərif: "Bir mənzil mənə, biri Ərdoğana..."

05.07.2025 / 08:45
Rusiyanın enerji sektorunda daha bir şübhəli ölüm... “Transneft”in vitse-prezidenti 17-ci mərtəbədən aşağı düşdü – intihar, ya sui-qəsd…

05.07.2025 / 08:33
"...millətimizin və dilimizin adının türk olması ifadəsini rəsmi dildən eşidə bildik" - Adil Qeybulla

05.07.2025 / 00:22
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilir...

04.07.2025 / 23:18
Rusiya səfiri Kopırkin Ermənistan XİN-ə çağırıldı – İrəvan Moskvaya nota verdi

04.07.2025 / 22:41
Prezident İlham Əliyevin "X" sosial şəbəkədəki səhifəsində İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO

04.07.2025 / 22:10
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO

04.07.2025 / 21:35
Prezident İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - FOTO/VİDEO

04.07.2025 / 21:31
“Böyük Qayıdış”a ümumtürk dəstəyi beynəlxalq gündəm mövzusu oldu...

“8 Noyabr” stansiyası bu səbəbdən innovativ enerji siyasətinin parlaq nümunəsi sayılır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910