Şənbə günü, 14 iyun 2025
     

Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

Image

Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. 

Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri qonşuluq münasibətlərində nümunə göstərilir. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Heç də təsadüfi deyil ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri artıq müttəfiqlik səviyyəsinə yüksəlib. 

Tarixə nəzər salsaq, Azərbaycan və Gürcüstan dövlətləri arasında əlaqələrin böyük ənənələrə malik olduğunu görərik. Ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliklərini yenidən bərpa edən iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə  qurulub. Həmin vaxtdan etibarən qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Şübhəsiz münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır. Bu məsələdə prezidentlər Heydər Əliyevin və  Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Bu tarixi şəxsiyyətlər arasında dostluq münasibətləri əlaqələrimizin yüksələn xətlə inkişafına stimul oldu. 1996-cı ildə imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında 123 sənəd imzalanıb. Onu da qeyd edək ki, 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın qonşu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Göründüyü kimi atılan hər bir addım iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. O da məlumdur ki,  Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. 

Yanvarın 17-də ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və dövlətimizin başçısı İlham Əliyevin mətbuata birgə bəyanatlarında bir daha bu reallıqlara diqqət yönəldildi. İrakli Kobaxidzenin  Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi münasibətlərimizin hazırkı inkişaf səviyyəsinə bir daha işıq saldı. "Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir" deyən cənab İlham Əliyev  bu mühüm məqamı xüsusi qeyd etdi ki,  siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu, onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri ilə regional inkişafın  əsası qoyuldu. Çoxlarına əfsanə kimi görünən  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri həyata keçirildi. İqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi. Azərbaycan və Gürcüstanın tranzit imkanlarının genişliyi uğurla həyata keçirilən layihələrdə özünün aydın ifadəsini tapır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Dövlət başçısı İlham Əliyev bildirdi ki, qaz ixrac coğrafiyamız genişlənəcək. Yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaq.

Azərbaycanla Gürcüstan yaşıl enerji layihələrini də uğurla həyata keçirirlər. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu gün yaşıl enerji bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bütün digər layihələr kimi, yaşıl enerji  layihələri də uğurla həyata keçiriləcək. 

Səfər çərçivəsində Orta Dəhliz layihəsi də əsas müzakirə mövzusu oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Görünən odur ki, iki ölkə arasında əlaqələr bütün sahələri əhatə etməklə yanaşı, ildən-ilə daha da möhkəmlənir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Azərbaycana, Prezident İlham Əliyevə etimadını bu fikirlərlə ifadə etdi: "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur… Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir".

Səlim Rəhimzadə,
"Suraxanı Oyl S.A" Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi



VİDEO

SON XƏBƏRLƏR

14.06.2025 / 23:21
İsrailin İrana hücumu nəticəsində 30 azərbaycanlı əsgər və bir Qızıl Aypara üzvü həlak oldu

14.06.2025 / 23:15
Beyləqanda bazar yanması və Xaçmazdakı qasırğa riyazi yolla Qurana bağlanır – İLAHİ XƏBƏRDARLIQ

14.06.2025 / 23:12
İran şahının oğlu və Netanyahu iranlıları rejimə qarşı üsyana çağırdılar

14.06.2025 / 22:54
İran İsrailin daha 10 qırıcısını vurdu…

14.06.2025 / 22:33
İsrail İranın ən böyük təbii qaz yatağını bombaladı…

14.06.2025 / 21:09
Pakistan İsraillə bağlı müsəlman ölkələrinə çağırış etdi - Birləşməsək, biz də İranın taleyini yaşayacağıq

14.06.2025 / 20:42
Azərbaycan və Türkiyə prezidentləri İran-İsrail gərginliyini müzakirə etdi...

14.06.2025 / 20:34
İran bölgədəki ABŞ bazalarının da vurulacağını açıqladı…

14.06.2025 / 20:03
“Yaxınlarda elə bir raket atacağıq ki, dünya şoka düşəcək” - SEPAH komandanı…

14.06.2025 / 19:25
İrandan Rusiyaya "təzə qarpız" adı ilə 200 kq-dan artıq narkotik aparan maşın Astarada "ilişdi"... - FOTO

14.06.2025 / 19:01
"Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil" - Ceyhun Bayramov Ərağçi ilə danışdı

14.06.2025 / 18:44
İsrail İranın Hava Hücumundan Müdafiə sistemini sıxışdırdığını təsdiq etdi

14.06.2025 / 18:43
Mangistau vilayətindəki neft yatağı 150 milyon tengeyə çinlilərə verildi

14.06.2025 / 18:42
MAQATE İsrailin zərbələrindən sonra Natanzda radiasiya ilə çirklənmə olduğunu təsdiqlədi

14.06.2025 / 18:35
Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

14.06.2025 / 18:11
Ceyhun Bayramov Hakan Fidanla İran-İsrail toqquşması ilə bağlı son vəziyyəti müzakirə etdi

14.06.2025 / 17:39
Pakistan İsrailin "sülh üçün ciddi təhlükə" olduğunu bildirdi

14.06.2025 / 17:23
Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

14.06.2025 / 16:35
"Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır" - Hikmət Hacıyev

14.06.2025 / 16:18
Prezidentin köməkçisi: "Avropa İttifaqının nə istədiyi aydın deyil"

14.06.2025 / 16:04
Hikmət Hacıyev: "Orta Dəhliz mövcuddur, işlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil"

14.06.2025 / 15:49
Polis narkoşəbəkənin izinə düşdü, 3 nəfər saxlandı - əməliyyat davam edir...

14.06.2025 / 15:20
"İnnab ağacı" premyerasını Sankt-Peterburq səhnəsində etdi

14.06.2025 / 15:06
"Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir" - Hikmət Hacıyev

14.06.2025 / 14:16
Dünya Bankı Azərbaycana yeni vergi növü təklif edir...

14.06.2025 / 13:55
İran vurulan kimi neft bahalaşdı - Azərbaycan neftinə mümkün təsirlər...

14.06.2025 / 13:10
Otuz dörd il sonra Şuşada “Son zəng” çalındı

14.06.2025 / 12:39
İsrail İrana hücumlarda 4 əsas hədəfini açıqladı – “Xamneyi hədəfimizdə deyil”

14.06.2025 / 12:21
İsrail Tehranda yaşayış binasını vurdu - 20-si uşaq 60 nəfər öldü…

14.06.2025 / 12:00
İsrail İranın Baş Qərargah rəisinin iki müavinini öldürüb -AÇIQLAMA

14.06.2025 / 11:37
Vüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur

14.06.2025 / 11:30
ABŞ İrana hücumdan əvvəl İsrailə yüzlərlə lazerlə idarə olunan raket göndərdi

14.06.2025 / 11:29
Taker Karlson Trampı İsrailin İrana hücumunda ittiham etdi

14.06.2025 / 11:28
İsrailin hücumları qarşısında İranın hava hücumundan müdafiə sistemi tamamilə yararsız oldu

14.06.2025 / 10:59
İsrail İranın daha iki nüvə obyektini bombaladı… - VİDEO

14.06.2025 / 10:43
İran İsrailin Müdafiə Nazirliyini vurdu… - VİDEO

14.06.2025 / 10:22
“Azərbaycanın Ermənistana hücum edə biləcəyi barədə məlumat yoxdur”

14.06.2025 / 10:21
İsrail ordusu Təbriz aviabazasını vurduğunu bildirdi

14.06.2025 / 10:17
"Bir günün ehtiyatsızlığı bir ömür peşmanlığına çevrilməsin!" - Yol polisi “Son zəng”lə bağlı xəbardarlıq edib

14.06.2025 / 10:06
Rusiyanın oğurladığı təyyarələrə görə 1 milyard dollardan çox pul ödənildi...

14.06.2025 / 10:00
Bu gün 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq

14.06.2025 / 09:28
Kilosu 450 manata çayın nə özəllikləri var?...

14.06.2025 / 09:26
İranın İsrailə səhər hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb

14.06.2025 / 09:20
Azərbaycan İrandan gələn xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

14.06.2025 / 09:12
Yaxın Şərqdə gərginlik zirvədə: İsrail-İran Toqquşması

14.06.2025 / 09:03
Təbriz hava limanındakı partlayış İranı şoka saldı

14.06.2025 / 08:42
Avropada "qızıl böhranı" başladı - hamı Azərbaycan sarıdan narahatdır...

14.06.2025 / 03:04
İsrail yenidən hücuma başladı - Xameneinin evi və prezident sarayı da hədəf alındı...

14.06.2025 / 01:30
İranda qorxulan oldu... İsrailin zərbələrindən sonra Natanz nüvə obyektində təhlükəli sızma aşkarlandı...

14.06.2025 / 00:58
İsrail hücumlarında İranın Qüds Qüvvələrinin komandanı da öldürüldü...

14.06.2025 / 00:22
İran biri F-35 olmaqla İsrailin 2 qırıcısını vurdu - pilotu əsir götürdü...

14.06.2025 / 00:07
İran İsrailə qisas hücumuna başladı - Təl-Əvivdə şiddətli partlayışlar...

13.06.2025 / 22:29
İsrail yaxın 14 gün ərzində İrana qarşı silsilə zərbələr hazırlayır

13.06.2025 / 22:08
Masallı rayonunda Türk Birliyi mövzusu müzakirəyə çıxarıldı

13.06.2025 / 21:32
İsrailin zərbələrinin ardınca Tramp İranı danışıq masasına çağırdı - ABŞ işin içindəymiş....

13.06.2025 / 21:17
Paşinyan Ankaraya sülh üçün gedir, ya öz hakimiyyətini bərkitmək üçün?...

13.06.2025 / 21:10
Levon Mnatsakanyan: "Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq" – MƏHKƏMƏ + FOTO

13.06.2025 / 21:03
Serbiya prezidenti Vuçiç də Putindən döndü...

13.06.2025 / 20:48
Təbriz də vuruldu... Təbrizdə nüvə obyektləri varmı?

13.06.2025 / 20:34
İran-İsrail savaşı Qafqaza təsirsiz ötüşməyəcək... İzlər görünür...

13.06.2025 / 20:20
"Azərbaycanın etnik azərbaycanlıları İrana agent kimi yerləşdirməsi iddiaları absurddur" - Hikmət Hacıyev

13.06.2025 / 20:16
Paşinyanın Türkiyəyə səfəri Ermənistanı şoka salıb... Gərginlik yeni dalğada...

13.06.2025 / 20:03
Qızıl dünya bazarını çalxalayır – 41 dollar bahalaşma?..

13.06.2025 / 19:50
Məşhur muğamçının birdən-birə "rep"ə keçidi hamını çaşdırıb...

13.06.2025 / 19:41
Bakıdan Naxçıvana avtobus reysləri dayandırıldı...

13.06.2025 / 19:34
Ermənistanda yeni korrupsiya didişməsi başladı - hakimiyyət də, müxalifət də...

13.06.2025 / 19:21
İsrail 200-dən çox qırıcı ilə İrana zərbələr endirdi - Tehranın ən güclü 4 adamı öldürüldü...

13.06.2025 / 19:16
Tramp bu mövzuda Azərbaycana tələb qoymayıb və qoya da bilməz - erməni təbliğat şousu ifşa edilir...

13.06.2025 / 19:15
ABŞ İsrailə dünyanın ən ölümcül silahlarını verib - Tramp

13.06.2025 / 19:02
Azərbaycanda bu ailələrin hər birinə ayda 2200 manat az pul deyil...

13.06.2025 / 18:49
“Ulu Öndər Heydər Əliyev yolu: Qurtuluşdan Qayıdışa” - Əhliman ƏMİRASLANOV yazır...

13.06.2025 / 18:40
Fransadan Çinə quru marşrut – İrəvanda yeni xəyallar...

13.06.2025 / 18:39
Mossad İranın içərilərinə silah sızdirıb

13.06.2025 / 18:33
Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü - FOTO

13.06.2025 / 18:27
Hər uşağa görə 140 manat əlavə alan ailələrin durumu xeyli dəyişəcək...

13.06.2025 / 18:14
Sabiq prezident Ter-Petrosyan Paşinyanı 2-ci Nikolayla müqayisə etdi, ancaq böyük səhvə yol verdi...

13.06.2025 / 18:02
İsrail-İran müharibəsi "dünya müharibəsi"nə çevrilə bilər?..

13.06.2025 / 17:55
Azərbaycan bəzi ölkələrin İrandakı vətəndaşlarının təxliyəsinə dəstək göstərir...

13.06.2025 / 17:55
İran prezidenti: İran İsraili etdiklərinə peşman edəcək

13.06.2025 / 17:54
İranın Cəmkəran məscidi üzərində qırmızı qisas bayrağı qaldırıldı

13.06.2025 / 17:53
İranlılar İsrailin hücumuna etiraz edərək, cavab tələb edirlər

Erməni əsillilərin Bakı məhkəməsi dövlət və ictimai maraqlara tam uyğun faktları təsdiqləyir...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456