Şənbə günü, 12 iyul 2025
     

Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

Image

Məmləkət Orucova: "Həyat yoldaşım şəhid olandan 21 gün sonra ikinci oğlumuz dünyaya gəldi, adını Hicran qoyduq, kiçik övladımız atasının adını daşıyır" 

Şəhid olmağından 33 il keçsə də, qisası qiyamətə qalmasa da, amma yaralar sağalmır, sanki hər gün yenidən qaysağı qopur, qanayır, əzab verir. 33 ildir ki, Məmləkət xanım həyat yoldaşının şəhid olduğunu bilə-bilə yol gözləyir, elə bilir, günlərin birində könlünün sultanı, başının tacı həyat yoldaşı Hicran Zülfiyev qapıdan içəri girəcək, balalarının, nəvələrinin boynuna sarılacaq, illərin hicranını unutduracaq. 

Cəsur kəşfiyyatçı, Birinci Qarabağ müharibəsi şəhidi Hicran Əliş oğlu Zülfiyevdən danışırıq. O Hicran Əliş oğlu ki, körpə Turalını, hamilə həyat yoldaşını Tanrıya əmanət edib könüllü olaraq müharibəyə gedib. 

Şəhidlərimizin hər birini xatırlamaq, onların xatirəsini əziz tutmaq, qəhrəmanlıqlarını sabahkı nəsillərə çatdırmaq əzəli borcumuzdur. 

Yeri gəlmişkən, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası bütün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox mühüm işlər görür, cildliklər hazırlayır, kitablar, xüsusi buraxlışlar, filmlər ərsəyə gətirir. Bu redaksiyanın xatirəsini əbədiləşdirdiyi şəhidlərdən biri də 1992-ci il mayın 23-də Qarabağ uğrunda gedən müharibədə qəhrəmancasına şəhid olan Hicran Zülfiyevdir. Şəhidin həyat yoldaşı Məmləkət Orucova ilə həmsöhbət olmağımızın da səbəbkarı  Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova oldu. 

"Çox təəssüf ki, ömrü kimi əsərlərinin çoxu da yarımçıq qaldı"

Məmləkət xanım bildirdi ki, həyat yoldaşı Füzuli rayonunun Qacar kəndində şəhid olub. Əslən Qərbi Azərbaycanın Sisian rayonundan olan Hicran Zülfiyev 1960-cı il noyabrın 15-də Bakıda anadan olub. 4 yaşında ikən ailəsi ilə birlikdə doğma ata-baba yurdu olan Sisyan rayonunun Ağdü (Ağüdü) kəndinə köçüb. Məmləkət xanım deyir ki, həyat yoldaşı ilə eyni kənddəndir və orta məktəbdə paralel siniflərdə oxuyublar. Hicran Zülfiyevin uşaqlıqdan rəssamlığa böyük marağının olduğunu deyən həyat yoldaşı bildirdi ki, o, orta məktəblə paralel olaraq, ilk rəssamlıq təhsilini də Sisian rayonunda alıb, orda sənət məktəbinə də gedib. "Uşaq vaxtı Bakıda çox xəstələnirmiş, ailəsi ilə kəndə qayıdandan sonra birdəfəlik xəstələnməyinə də son qoyulur. Havasını, suyunu dəyişmək ona yaxşı təsir edib. Orta məktəbi bitirənə qədər kənddə yaşayıb. Paralel oxuyurduq, mən "A", Hicran isə "B" sinifində oxuyurdu. Bir-birimizi uşaqlıqdan tanımışıq. Məktəbi bitirdikdən sonra Bakıya gəlmişik, hərəmiz ayrı-ayrı ali məktəblərdə oxumuşuq. O, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin "bədii qrafika" fakultəsində ali təhsil alıb. Mən də Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişəm. Hicranın çox gözəl əl qabiliyyəti vardı, gözəl rəsmlər çəkirdi. 1984-cü ildə ali məktəbi bitirdikdən sonra ərizə yazıb könüllü olaraq Sovet ordusunda xidmətə getdi, Ukraynada qulluq edib ordudan leytenant rütbəsi ilə geri qayıtdı".

Məmləkət xanım deyir ki, çox maraqlıdır, üç dəfə toylarının vaxtı müəyyənləşdirilsə də, hazırlıqlar görülsə də, amma iki dəfə toyları baş tutmayıb, tamam başqa bir tarixdə toy ediblər. 1988-ci ildə kəndlərində toya hazırlıq işlərinə başlanılsa da, soydaşlarımızın doğma yurdlarından zorla deportasiya edilməsi cütlüyün toyunun baş tutmasına mane olub. "İkinci dəfə toyumuz 1990-cı ilin 20 yanvar tarixinə təyin edilmişdi. Həmin gün də 20 yanvar faciəsi baş verdi və yenə toyumuz baş tutmadı. Sonra hadisələr bir az səngidi və iyulun 16-da toyumuz oldu. 

Müharibəyə qədərki dövrdə Hicran Pirəkəşküldə Quşçuluq fabrikində işlədi, sonra ordan çıxıb 4 nömrəli Evtikmə kombinatında işləməyə başladı. Bizim 1989-cu ildən artıq "ZAQS"ımız vardı. Bu kombinatdan da ev aldıq. Elə ordan da könüllü olaraq müharibəyə getdi. Xocalı faciəsindən və Qarakənd üzərində içərisində say-seçmə oğullarımız olan vertalyotumuz vurulandan sonra Hicran evdə rahatlıq tapmadı. Bu faciələrə o qədər yanırdı ki, sözlə deyiləsi deyil. "Namusu, qeyrəti olan adam da evdə oturar?"deyirdi. Xocalı faciəsindən sonra dedi ki, qız-gəlinlərimiz erməni əsirliyindədir, mən evdə otura bilmərəm. 1991-ci ildə böyük oğlumuz Tural anadan olmuşdu, ikinci oğluma isə hamilə idim. Dedim, Turalın ad gününü qeyd edək sonra gedərsən. 1992-ci il mart ayının 13-ü oğlumuzun ad gününü qeyd etdik, martın 15-də cəbhə bölgəsində oldu. Yəni rəsmi əmrdə onun həmin tarixdə cəbhədə olduğu göstərlib. 1992-ci ilin may ayının 23-də şəhid olub və mayın 24-də nəşini gecə gətirdilər, Bakıda Birinci Şəhidlər Xiyabanında dəfn edilib. Hicran özü baş leytenant rütbəsində tağım komandiri idi. Əzizov Vahid Hüseyn oğlu ilə bir yerdə şəhid olublar və Şəhidlər Xiyabanında da qoşa dəfn ediliblər.  Kəşfiyyata gedirmişlər, minaya düşmüşdülər. 

Həyat yoldaşım şəhid olandan 21 gün sonra ikinci oğlumuz dünyaya gəldi, adını Hicran qoyduq, kiçik övladımız atasının adını daşıyır. 

Hicranın şəhid olduğu yeri də, vəziyyəti də yuxumda görmüşdüm, mən yuxuda necə görmüşdümsə o yerdə də, o cür də şəhid olub".

Məmləkət xanım bildirdi ki, Hicran Zülfiyevə şəhid olandan sonra nə medal, nə də ad verilib. "O vaxt iki körpə uşaqla qalmışdım, çox utancaq, çəkingən idim, heç bir qapını döymədim. Onun valideynləri də, mənim valideynlərim də heç nə edə bilmədi. Yoldaşıma şəhidlik statusu verilib, təqaüd də alırıq". 

Hər oğlunun bir qız övladı olduğunu deyən Məmləkət xanım deyir ki, nəvələri babaları haqda məlumatlıdırlar, Şəhidlər Xiyabanına gedib onun məzarını ziyarət edirlər, babalarının məzarına gül qoyurlar. "Nəvələrimdən soruşuram ki, hara gedirsiz? "Hicran babaya gedirik" deyirlər. "O gülləri kimə aparırsınız?"-deyə soruşuram, deyirlər ki,  "Hicran babaya aparırıq".

Hicranın tamamlamadığı əsərləri çoxdur. Öz portretini də işləyib, tamamlayıb. "Qızıl payız" əsəri də tamamlanmışdı. Son işlədiyi əsər ağzında ceyran tutan qartal idi, yarımçıq qaldı, tamamlaya bilmədi. Fikirləşirdim ki, yarımçıq əsərlərini tamamlayaram, amma tamamlaya bilmədim. Çünki onun yaradıcılıq texnikası tamam başqa idi. O, tuşla nöqtə-nöqtə işləyirdi, ona görə də işləmək çox çətin idi. Həmişə Hicranın adı çəkilən kimi göz yaşları məni boğur... Çox təəssüf ki, ömrü kimi əsərlərinin çoxu da yarımçıq qaldı". 

Məmləkət xanım deyir ki,  Hicran Zülfiyev barədə bir neçə dəfə yazılıb, kitablarda barəsində yazılar verilib. Şəhidin şərəfli ömür yoluna həsr edilən
 "Cəsur Kəşfiyyatçı"adlı film də çəkilib. Filmin ssenari müəllifi Günay Novruz, rejissoru isə İsrafil Xanlarovdur. 

Məmləkət xanım danışdıqca xəyal onu uzaqlara aparır, illər keçsə də, unuda bilmədiyi xatirələri, hadisələri yenidən yada salır, danışır. "Hicran şəkil çəkdirməyi çox sevirdi. Bir günlüyünə cəbhədən Bakıya gəlmişdi, qaynanamgilə gedirdik, dayanacağın yanında foto-studiya vardı, Hicran dedi ki, gəl şəkil çəkdirək. Nə qədər israr etsə də, getmədim, dedim hamilə vəziyyətdə şəkil çəkdirmək istəmirəm. Amma onunla şəkil çəkdirmədiyim üçün çox  peşmanam., Deyirəm, gərək onunla şəkil çəkdirərdim. 

Son görüşümüzü də heç cür unuda bilmirəm. O müharibəyə gedəndən sonra evdə uşaqla tək qalırdıq. Qaynıma demişdi ki, Məmləkəti atası evinə apar, tək qalmasın, birdən sancısı tutar köməyinə yetən olmaz. Atamgil Sabunçuda yaşayırdılar, getdik onlara.  

Səhv etmirəmsə, mayın ya 10-u, ya da 12-si idi. Evdə anamla dolma bükürdük. Gələcəyini bilmirdik, yemək bişincə gəlib oturdu. Şuşa işğal olunandan sonra idi. " Müdafiə Nazirliyinə gəlmişdim, heç bir texnika işləmir, silah-sursat, tank yoxdur. Nazirliyə getdim ki, Rəhim Qazıyevlə İsgəndər Həmidov ayaqlarını ayaqlarının üstünə aşırıb qabaqlarında çay öz keyflərindədirlər" dedi. Əhvalı çox pis idi, əsəbi vəziyyətdə idi. "Heç bir şey edə bimədim, onlar da heç nə etmir. Sovet ordusu texnikanı söküb bərbad vəziyyətə qoyub, heç bir texnikadan istifadə etmək olmur" dedi. Tural da yeni-yeni divandan tutub yeriyirdi. Atası gedəndə Turalı qucağına alıb öpdü. İnanırsız, uşaq boynuna elə sarıldı k, heç cür atasını buraxmaq istəmirdi. Düz darvazaya qədər getdilər. Orda da atasından qopmaq istəmirdi, cığırıb ağlayırdı. Atam Turalı atasından zorla ayırmışdı. Elə bil uşağa əyan olubmuş ki, atası ilə son görüşüdür, bir də atasını görməyəcək, o  geri qayltmayacaq. Ondan bir neçə gün sonra cənazəsi gəldi..."        

Son görüşün özünün əzablı, hicranlı xatirələri var. Hicran Zülfiyev 1 yaşlı oğlunu gözü yaşlı, gənc və hamilə həyat yoldaşını boynu bükük, gözü yolda qoyub Vətənin müdafiəsinə qayıtdı. Nə biləydi ki, getdiyi yol gedər-gəlməzdi. Nə biləydi ki, bir də əzizlərini görə bilməyəcək, bu onların son görüşüdür...

Gerçəklik budur ki, şəhidlərimiz Vətən torpaqlarının düşməndən təmizlənməsi, dövlətimizin ərazi bütövlüyünün təmin olunması, övladlarımızın əminamanlıq, firavanlıq, sülh içində yaşaması naminə canlarını qurban veriblər. 

Hər bir şəhidin canlı bir əsərdir, Azərbaycan! Hər bir oğulun bir qəhrəmandır, Vətən!

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910