Bəşər Əsəd illər sonra ölkəsindən çıxıb bu qondarma " dövlətə "səfər edəcək....
Buna əslində " Özünə əriştə kəsə bilməyənin başqasına umac ovması " da demək olar.Separatçı Abxaziyanın qondarma xin başçısı Ardzinba Suriyaya gedib.Bəşər Əsədin " Əl- Mühacirin " sarayında onunla görüşüb.Əsəd söz verib ki, bu separatçı və qondarma " dövlətin" ərəb dünyasında tanınması üçün hər şey edəcək.
Guya Əsəd özü ərəb dövlətlərinin arasında blokdan çıxmışdı, qalmışdı Abxaziyaya kömək göstərməsi....Əsəd bir vaxtlar İslamı, müsəlmançılığı gərəksiz şeylər kimi ayaq altına ataraq Ermənistanın da qarşısına ayaq basmışdı və bununla Qarabağ separatizminə dolayı dəstəyini ifadə etmişdi .Nədi - nədi, Bəşərin "xaç atası " Rusiya da Qarabağ separatçılarına və Ermənistana dəstək verirdi . Dövlətin özünün hər kəsdən asılı olmayan bir düşüncəsi olmaz? Görünür ki, bəzən olmurmuş.. Axırı nə oldu?.. Qarabağdakı separatizm məhv edildi...
Abxaziya separatizminin də sonu pis olacaq.Bütün separatizmlərin pozitiv sonluğu ola bilməz....
Daha pis odur ki, Əsəd 2024- cü ildə Abxaziyaya səfər edəcəyinə söz verib.
Son illər Rusiyadan başqa heç bir ölkəyə gedə bilməyən Bəşər Əsəd uzun fasiləyə pis seçimlə son qoyur...
Bunun öz ölkəsində daş- daşın üstündə qalmayıb, Abxaziyaya investisiya qoymaq " eşqinə düşüb"....
Namiq Quliyev