Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

ABŞ Prezidenti Donald Tramp daha bir təyinata imza atıb. D.Tramp öz şəxsi mühafizəsinin rəhbəri Şon Karranı Məxfi Xidmətə direktor təyin edib. Ötən il iyulun 13-də Pensilvaniyanın Batler şəhərində baş vermiş sui-qəsd cəhdi zamanı Trampı qorumaq üçün səhnəyə qaçan agentlərdən biri olan Karranın artıq bu vəzifəyə seçiləcəyi gözlənilirdi.
Mətləb Salahov