Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

Ukrayna prezidenti Zelenski 2022-ci ildə İstanbul razılaşmalarının pozulmasından danışarkən deyib ki, Rusiya ondan tutduğu vəzifədən istefa verməsini tələb edib. Dövlət başçısının bu sözlərini Strana.ua yayıb.
Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə İstanbul razılaşmalarının pozulmasından danışarkən deyib ki, Rusiya ondan tutduğu vəzifədən istefa verməsini tələb edib. Dövlət başçısının bu sözlərini Strana.ua yayıb.
Onun sözlərinə görə, Ukraynadan kimsə “bəzi sənədlərlə” onun yanına gəlib və “Putindən ultimatum” gətirib.
“Dedilər ki, istefa verməliyəm, yerimə rusiyapərəst Medvedçuku gətirəcəklər. Ona görə də mən artıq prezident deyilmişəm” deyən Zelenski bu bəyanatla Dünya İqtisadi Forumunun keçirildiyi Davosda çıxış edib.
O, Rusiyanın digər tələbləri arasında bütün Donbas bölgəsinin Rusiyaya məxsus olduğunun tanınması, rus dilinin qəbulu, Kiyevin neytral statusu, ordunun 50 min nəfərə qədər azaldılması kimi maddələr olduğunu bildirib.
"O zaman biz xüsusən də 20 km-ə qədər məsafəyə malik artilleriyamızı da daxil olmaqla, bütün silahlarımızı məhv etməli və ya onlara təhvil verməli idik", - Ukrayna lideri bildirib.
TAHİR