“Qarabağ Azərbaycanın ərazisidir” - Almaniya XİN rəhbəri
Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. İqtisadi əməkdaşlıqlar üçün burada perspektivlər mövcuddur. Trend xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı çıxışında deyib.
“Bugün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla həmçinin Qarabağla bağlı müzakirələr apardıq. Regionda sülh olması Azərbaycanın marağındadır”, - deyə nazir əlavə edib.
Almaniyalı nazir bildirib ki, Azərbaycana minatəmizləmə ilə bağlı dəstək olmaq istəyirik. “Bu məsələdə Azərbaycana minatəmizləmə layihəsini təklif etdim. O torpaqlarda uşaqlar təhlükəsiz şəkildə oynamalıdır“,- deyə nazir əlavə edib.
“Mən hər zaman ifadə etmişəm ki, Qarabağ Azərbaycanın ərazisidir. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” deyən nazir bildirib ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanıların öz torpaqlarına qayıtmalıdır.