Çərşənbə günü, 26 mart 2025
     

Hərbi təcavüz cinayətinə görə Bakıda ittiham olunan ermənilərə İrəvanda təzə "status" tapıblar...

Image

Xəyal Bəşirov: "Simonyan onların "siyasi məhbus" olmadığını deməklə, bir tərəfdən Azərbaycanın mövqeyinə dəstək göstərdikləri görüntüsünü yaradır, digər tərəfdən..."

Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəməsinin başlaması Ermənistandakı müəyyən qüvvələri narahat edir, onlar prosesə müdaxilə etmək üçün hər cür əmələ əl atmaq istəyirlər. 

Son zamanlar Ermənistanda Bakıda ittiham olunan şəxsləri "siyasi məhbus" adlandıranlar da tapılıb və onları bu cür qələmə vermək istəyirlər.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan isə onları "siyasi məhbus" adlandırmağı dayandırmağa çağırıb. O deyib ki, ittiham olunanların 11-i Qarabağın "hərbi-siyasi rəhbərliyidir". "Mən bəzi həmkarlarımızı yanlış ifadələrdən çəkinməyə və bu insanları siyasi məhbus adlandırmamağa çağırıram". 

Simonyan deyir ki, o 11 nəfər siyasi məhbus deyil, onlar Qarabağın "hərbi – siyasi rəhbərliyidir". Simonyan Bakıda mühakimə olunan şəxsləri siyasi məhbus adlandırmaqdan imtina etdi, onları başqa cür adlandırdı.

"Ermənistan tərəfin ittiham olunan şəxslərə hansı adı verməsindən asılı olmayaraq..."

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ümumiyyətlə Ermənistan tərəfin, onun rəhbər şəxslərinin, Baş nazir N.Paşinyanın, bu ölkənin prezidentinin, xarici işlər nazirinin, müdafiə nazirinin, parlament sədrinin sülh prosesi dönəmində söz, kəlmə oyunu oynadığının şahidi oluruq. "Biz onlara deyirik ki, həmin o şəxslər müharibə cinayətləri törətməkdə ittiham olunurlar. Onlar Ermənistan dövlətindən dəstək alaraq Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı çoxsaylı soyqırım, təcavüz cinayətləri, sülh və insanlıq əleyhinə olan müharibə cinayətləri törətməkdə təqdirləndirilirlər. Həmin o şəxslər çox ağır maddələrlə ittiham olunurlar, məhkəmə prosesi gedir. Təbii ki, o şəxslərin "siyasi məhbus"adlandırılması saxtakarlıqdır, ikiüzlülükdür, bütövlükdə beynəlxalq hüquqa hörmətsizlikdir. Onlar bunun bizim üçün prinsipial məsələ olduğunu bilirlər. Alen Simonyan sanki Azərbaycanın mövqeyinə dəstək nümayiş etdirir və onların "siyasi məhbus"adlandırılmaması ilə bağlı tövsiyə verir. Bu tövsiyəni necə verir? Bunu da yenə ikiüzlülüklə həyata keçirir. Bu nədir? Simonyan deyir ki, onlara "Siyasi məhbus" demək bu sözün mənasını anlamamaq və bu insanları təqib olunduğu ölkənin vətəndaşı hesab etmək deməkdir". Yəni o şəxslər Azərbaycan vətəndaşları olmadıqlarına görə onları "siyasi məhbus" adlandırmır, amma əgər onlar Azərbaycan vətəndaşları olsaydılar onları "siyasi məhbus" adlandıracaqdılar. Yəni onun sözlərindən belə çıxır ki, o 15 nəfər "siyasi məhbus" olmasa da,  onlar bizim onları mühakimə etmək istədiyimiz maddələrlə guya ittiham edilməməlidir. Onların iddiaları belədir. Guya onlar "hərbi əsirdirlər". Amma çox gözəl anlayırlar ki, həmin şəxslər nə "siyasi məhbusdurlar", nə də "hərbi əsirdirlər", onlar müxtəlif maddələrlə ittiham olunan şəxslərdir. Söhbət Azərbaycan ərazisində terrorçu qruplaşmaların, qanunsuz silahlı birləşmələrin yaradımasından, dövlətimiz əleyhinə fəaliyyətdən gedir ki, onların bunu Ermənistanın dəstəyi ilə həyata keçirdikləri məlumdur. Bu qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisində insanlıq əleyhinə çoxsaylı müharibə cinayətləri, soyqırım, təcavüz və digər ağır cinayətlər törədiblər. Bunlar ən ağır cinayətlərdir". X.Bəşirov qeyd etdi ki, onlara qarşı irəli sürülən iddialar hazırda məhkəmə tərəfindən araşdırılır və qərarı məhkəmə verəcək. "Ermənistan tərəfin ittiham olunan şəxslərə hansı adı verməsindən asılı olmayaraq, onlar barədə hökmü Azərbaycan məhkəməsi verəcək" - deyə X.Bəşirov qeyd etdi.

X.Bəşirov bildirdi ki, A.Simonyan bütün bunları nəzərə almadan bu məsələyə başqa cür yanaşır və onun yanaşmasında da ikiüzlülük var. X.Bəşirovun sözlərinə görə, təəssüflər olsun ki, indiki Ermənistan iqtidarında təmsil olunanlar da öz cinayətkar sələflərinin yolunu getmək istəyirlər, onlar kimi qərəzli, prosesə qeyri-səmimi yanaşma tərzlərini ortaya qoyurlar. "Ona görə də düşünürəm ki, Simonyan onların "siyasi məhbus" olmadığını deməklə bir tərəfdən Azərbaycanın mövqeyinə dəstək göstərdikləri görüntüsünü yaradır, digər tərəfdən, "siyasi məhbus" olmadıqları fikrini tamamilə yanlış, absurd və əsassız   bir mövqe ilə davam etdirir".

X.Bəşirov əlavə etdi ki, onları "siyasi məhbus" və "hərbi əsir" adlandırmaq da absurddur, onlar təcavüzə görə ittiham olunan şəxslərdir və hazırda onların məhkəməsi gedir. Onların çox ağır cinayətlər törətməkdə ittiham edildiyini deyən X.Bəşirov bildirdi ki, həm beynəlxalq hüquqa, həm də Azərbaycan dövlətinin, elə Ermənistan dövlətinin də daxili qanunvericiliyinə  uyğun olaraq  onlar Azərbaycan ərazisində mühakimə olunmalıdırlar: "Bizim onlara qarşı irəli sürdüyümüz iddialar tam ədalətli iddialardır. Əgər Ermənistan dövləti bizdən əvvəl bu istiqamətdə addımlar atıb onların mühakiməsini həyata keçirsəydi, o halda biz bunu təqdir edərdik. Amma Ermənistan bugünə qədər onlarla bağlı heç bir addım atmayıb, bundan sonra da olmaz. Əgər addım atmalı olsaydı, bu gün Ermənistan ərazisində gizlənən Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyan, eləcə də onlar kimi digər cinayətkarlar barədə tədbir görülərdi. Necə ki, Azərbaycan öz ərazisində bu cür cinayətlər törədən  şəxslərin bir neçəsini saxladı və tədbir görür. Bu baxımdan, Ermənistanın  və onun rəsmilərinin səmimiyyətinə inanmıram. Düşünürəm, sülh prosesinə mane olan bu addımlara bu şəkildə izah vermək bir daha ondan xəbər verir ki, Ermənistan tərəfi sülh prosesinə səmimi yanaşmır" - deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

26.03.2025 / 08:25
Rusiya ABŞ-dan sanksiyaların ləğvini və SWIFT-ə qaytarılmasını istədi - Trampdan da cavab gəldi…

26.03.2025 / 00:16
ABŞ-ın Rusiya ilə Ukraynasız ərazi müzakirəsi Zelenskini dilə gətirdi - bizimlə heç bir razılaşma olmayıb...

25.03.2025 / 23:51
Mayk Uoltsa olar, Hillari Klintona olmaz?

25.03.2025 / 23:38
Ukrayna dənizdə, quruda və havada hədəfləri vura bilən yeni pilotsuz təyyarə yaratdı

25.03.2025 / 20:22
ABŞ senatorları Rusiyanın dondurulmuş milyardlarının Ukraynaya verilməsini tələb etdi…

25.03.2025 / 19:53
MEDİA Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verdi

25.03.2025 / 19:47
Zatulin Paşinyandan əl çəkmir...

25.03.2025 / 19:23
XİN-dən Mirzoyanın iddialarına cavab - bu taktika heç bir nəticə verməyəcək...

25.03.2025 / 18:33
ISW: “Rusiya Ukraynada atəşkəsdə yox, ABŞ-la əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

25.03.2025 / 18:17
Qara dənizdə atəşkəs istəyən Rusiyanın əsl hədəfi ortaya çıxdı - gəmilərini batıra bilməyəcəyik...

25.03.2025 / 18:05
Müharibəni dayandırmağa çalışan Trampa ağır ittiham - “Ukraynanı zəiflətmək üçün hər şeyi etdi”

25.03.2025 / 17:04
BAMF-ın nümayəndə heyəti BMT-nin Cenevrə ofisində - FOTO

25.03.2025 / 16:47
Gimnastlarımız Portuqaliyada qızıl medal qazandı - FOTO/VİDEO

25.03.2025 / 16:30
Paytaxtda keçmiş məhkum 13 kq marixuana ilə yenidən tutuldu

25.03.2025 / 15:50
Ermənistan KTMT ilə bağlı mövqeyinə yenidən baxmaqdan imtina etdi - "əslində KTMT özünə baxmalıdır..."

25.03.2025 / 15:15
İranlı ekspert Movahedian növbəti dəfə ermənidən betər ermənilik etdi

25.03.2025 / 14:48
Prezident bütün məsuliyyəti Mərkəzi Bank sədrinin boynuna qoymaq istəyir....

25.03.2025 / 14:25
Putinin paradına kimlər gələcək, kimlər yox?...

25.03.2025 / 13:42
Azərbaycandakı dini konfessiya rəhbərləri Britaniyanın Baş nazirinə müraciət etdi

25.03.2025 / 13:10
Армения возвращается в обьятие России. Опасная игра для региона - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.03.2025 / 12:26
Xaçmazda oğurluq edən şəxs saxlandı

25.03.2025 / 11:43
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlandı

25.03.2025 / 11:17
Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25.03.2025 / 11:15
Trampın nümayəndəsinin müsahibəsi dünyanı heyrətə gətirdi - CANLI

25.03.2025 / 11:05
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

25.03.2025 / 01:43
Ər-Riyadda 12 saatlıq Rusiya-ABŞ danışıqlarının detalları açıqlandı - Vaşinqton rusların nəzarətində olan nüvə obyektinin ABŞ-a verilməsini istədi...

25.03.2025 / 00:32
Dünya böyük təhlükədə... Tramp silahlanma yarışını tətiklədi - nüvə dövlətlərinin sayı 25-ə yüksələ bilər...

25.03.2025 / 00:17
Tramp Qrenlandiyanı alacaq: “Avropalıların qışqırığına əhəmiyyət verilməyəcək”

25.03.2025 / 00:03
Kaya Kallas: "Qəzza fələstinlilərə məxsusdur"

24.03.2025 / 23:50
ABŞ-ın yeni planı – “Bütün Fələstini dağıtmaq”

24.03.2025 / 23:36
NYT: “Ukrayna qalıb bir kənarda Moskva ilə ABŞ danışıqlarında hərə öz xeyrini güdür”

24.03.2025 / 23:28
Ukraynanın mədən sənayesi ilə yanaşı nüvə stansiyaları da ABŞ-ın nəzarətinə keçir - saziş yaxın vaxtlarda imzalanacaq...

24.03.2025 / 23:17
İsrailin xarici işlər naziri: “Biz heç yerdəTürkiyə ilə qarşıdurma istəmirik”

24.03.2025 / 19:27
Ukrayna Trampın xüsusi nümayəndəsi Vitkoffun danışıqlardan kənarlaşdırılmasını istədi…

24.03.2025 / 17:19
Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu - təşkilat açıqlama yaydı

24.03.2025 / 16:22
Masallıda 3 mağazanı soyan şəxsin çoxlu cinayətləri ortaya çıxdı... - FOTO

24.03.2025 / 16:06
Xətai və Yasamalda silsilə oğurluqların üstü açıldı...

24.03.2025 / 15:49
DİN-dən müraciətləri asanlaşdıran növbəti yenilik - “E-Polis” mobil tətbiqi + VİDEO

24.03.2025 / 15:26
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - sərhədçilərimiz hərəkətə keçdi + VİDEO

24.03.2025 / 15:11
Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə gətirildi

24.03.2025 / 14:35
Abdulla Gül Ərdoğanı dəstəkləmədi - "İmamoğlu..."

24.03.2025 / 14:12
İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazılaşır...

24.03.2025 / 13:57
İsrail Qəzzada hərbi əməliyyatların bərpasına ABŞ-dan tam dəstək aldı...

24.03.2025 / 13:25
Ermənistan millisi Gürcüstanda biabırçı vəziyyətə düşdü - 1:6...

24.03.2025 / 13:16
Türkiyədən Misirin Qəzza planına dəstək - “İsraili dayandırmadan..."

24.03.2025 / 13:01
Ardıcıl 22 il qol vuran yeganə futbolçu - Ronaldo yenə tarix yazdı

24.03.2025 / 12:43
Gələcək Almaniya kansleri müdafiəyə görünməyən məbləğdə maliyyə ayırcaq

24.03.2025 / 12:16
"Avtomobillər yalnız təyin olunmuş yerlərdə park edilməlidir" - FHN müraciət yaydı

24.03.2025 / 12:10
İki gimnastımız Portuqaliyada qızıl medal qazanıb

24.03.2025 / 12:00
24 sm qar yağıb, 11 dərəcə şaxta var - FAKTİKİ HAVA

24.03.2025 / 11:30
Hakan Fidan sabah ABŞ-a gedir

24.03.2025 / 11:21
17 yaşında qol vurdu, Millətlər Liqasında rekord qırdı

24.03.2025 / 11:17
Bakı sakini Zaqatalada dəm qazından boğulub öldü...

24.03.2025 / 00:08
“Küçələrə çıxıb milli iradəyə barmaq silkələmə dövrü bitdi” - Ərdoğan

23.03.2025 / 23:36
Ermənistanın Suriyada humanitar əməliyyatlarda iştirakı Azərbaycana və qardaş Türkiyənin özünə qarşı çevrilmiş addımdır - Əlican-Marqara keçidi hələ açılmalı deyil...

23.03.2025 / 22:22
Putin Tramp güllələnəndə onun üçün dua etdiyini dedi

23.03.2025 / 20:53
Çexiya prezidenti Ukraynada tezliklə atəşkəsin əldə olunmasına şübhə ilə yanaşdı

23.03.2025 / 20:36
İsrail İordan çayının qərb sahilində 13 yəhudi yaşayış məntəqəsi salır

23.03.2025 / 20:21
Fransada on minlərlə insan irqçilik və dövlət İslamofobiyasına qarşı etiraza qalxdı

23.03.2025 / 19:40
İmamoğlu İstanbul Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırıldı

23.03.2025 / 17:38
Kurskdakı Ukrayna əsgərləri mühasirədə… ABŞ açıqladı - vəziyyət son dərəcə ciddidir

23.03.2025 / 17:12
Tramp Qəzzadan sonra gözünü Krıma dikdi - Putinlə gizli razılaşma iddiası…

23.03.2025 / 16:23
Ermənistan siyasətçiləri və şərhçilər qardaş Türkiyənin daxili siyasi hadisələrini var güclə qızışdırırlar, çünki onlar türk düşmənləridir...

23.03.2025 / 16:10
Tramp: “Putini dünyada məndən başqa kimsə dayandıra bilməz”

23.03.2025 / 15:58
Rusiya Zaporojye AES-ə nəzarəti Ukraynaya verməyəcək

23.03.2025 / 14:21
Narkotikin təsiri altında olan sürücü saxlanılıb

23.03.2025 / 13:55
İsrail Qəzza xalqı barədə növbəti dəhşətli qərarı verdi

23.03.2025 / 13:15
İmamoğlu barəsində həbs qətimkan tədbiri seçildi...

23.03.2025 / 11:08
Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi təbrik edib

23.03.2025 / 10:05
XİN Mirzoyanın COP-la bağlı iddialarına cavab verdi - danışıqlardan xəbərsizdir...

22.03.2025 / 22:47
ABŞ-ın gizli planları ortaya çıxdı, Ermənistan qarışdı - İrəvanda gizli biolaboratoriyalara qarşı etirazlar başladı…

22.03.2025 / 22:30
Nəhayət ki, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmağa razılıq verdi

22.03.2025 / 22:19
Tramp təcili olaraq ABŞ üçün “Qızıl Qübbə” yaratmaq istəyir

22.03.2025 / 19:15
Trampın xüsusi nümayəndəsi Ukraynanın 5 bölgəsini Rusiyaya “verdi” - o bölgələr rusları dəstəkləyir…

22.03.2025 / 18:53
ABŞ NATO-dan çıxır… Avropada ABŞ-sız NATO-ya hazırlıqlar başladı…

22.03.2025 / 17:23
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - altı nəfər...

22.03.2025 / 16:12
Bakıda maskalı şəxs lombarda basqın etdi, işçiləri hədələyib pulları apardı - FOTO/VİDEO

22.03.2025 / 15:50
Bakıda oğurluq edən qadınlar tutuldu

22.03.2025 / 15:35
Əkrəm İmamoğlunun ikinci ifadəsi alındı

22.03.2025 / 15:08
Ermənilər yenə güclü dövlət olmaqdan dəm vurur

22.03.2025 / 14:44
Bunu da gördük- “Paşinyan bir tərəfli qaydada sülh sazişi imzalamaq istəyir”

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456