Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Fransa müstəmləkəçiliyinə qarşı Cenevrədə toplaşan dövlətlər Azərbaycanı təbrik etdilər..

Image

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində dekabrın 14-də "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub. Qəbul edilən sənəddə qeyd olunub ki, 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" adlı 1514 (XV) saylı qətnamə qəbul edib. Bu qətnamədən əvvəl 1952-ci il 16 dekabrında "Xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında" 637 (VII) saylı qətnamə qəbul edilmişdir.

14 dekabr 1960-cı il tarixli qətnamədən 63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən Seneqal və Əlcəzairin nümayəndələri və təxminən on beş başqa ölkədən iştirakçılar aidiyyəti ölkələrdə müstəmləkə sisteminin hələ də davam etdiyini bir daha təsdiqləmək, eləcə də azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən və əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək üçün bir araya gəliblər.

Avropanı birbaşa müstəmləkəçiliyə son qoymağa məcbur etmiş Afrika və Asiyadan milyonlarla insanın mübarizələri, eləcə də fundamental insan hüquqlarını kobud və davamlı şəkildə pozmaqla keçmiş müstəmləkə imperiyaları və onların tərəfdaşları olan az saylı güclü dövlətlər planetin böyük bir hissəsi üzərində iqtisadi, maliyyə, siyasi, hərbi və mədəni hökmranlığını qoruyub saxlayan dünya nizamı sistemi qurmuşdur.

Bu güclərin eqoist maraqlarına, qəddar gücə və ikili standartlar siyasətinə əsaslanan beynəlxalq hüquq, əslində, müstəmləkə və yeni müstəmləkə hökmranlığı altında olan insanlara təsir göstərən struktur bərabərsizlikləri və ağlasığmaz ədalətsizliklər nümunələrindən biridir.

I. Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə 2023-cü il dekabrın 14-də Cenevrədə təşkil olunmuş və Fransanın son müstəmləkələri olan Fransız Qvianası, Martinik, Qvadelupa, Polineziya, Yeni Kaledoniya, Korsika, eləcə də Seneqal, Əlcəzair kimi keçmiş koloniyaların nümayəndələri və təxminən on beş başqa ölkədən olan iştirakçılar dənizaşırı departamentlər, regionlar və kollektivlərin süni hüquqi pərdə arxasında real hökmranlığı davam etdirən fransız müstəmləkə sisteminin ziyanlı əməllərini pisləyirlər və bu dominasiyanın davam etməsini aşağıdakı formada xarakterizə edirlər:

- Fransa inhisarlarının xeyrinə əhalinin həddindən artıq ərzaq asılılığını (ərzaq məhsullarının 80%-dən çoxu Fransadan gəlir), həyatın yüksək qiymətini təşkil edən düşünülmüş zəif iqtisadi inkişaf strategiyasının aidiyyəti ölkələrdə həyata keçirilməsi; yoxsulluq (Fransız Qvianası əhalisinin 50%-i yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik, beləliklə, bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alan hər cür sui-istifadələrin (zorakılıq, silah və narkotik ticarəti) həyata keçirilməsi;

- Fransız Qvianası yerli xalqlarının əsas hüquqlarının pozulması;

- Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğrafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarımıza uyğun gəlmir;

- Torpaqların zəbt edilməsi (Fransız Qvianası torpaqlarının 90%-i Fransa dövlətinə aiddir), milyonlarla km2 Eksklüziv İqtisadi Zonalarımıza (ZEE) nəzarət (bu, Fransanı 11 milyon km2 ZEE ilə dünyada ikinci dəniz gücü edir) və onilliklər ərzində gənclərimizin Fransaya deportasiyası siyasəti vasitəsilə Qvadelupa və Martinikdə görünməmiş bir demoqrafik böhrana, təbii ehtiyatların talanmasına böyük töhfə verən məskunlaşma müstəmləkəsi;

- Fransız hüquqi dövləti adı altında bütün müqavimət hərəkatlarını cinayətləşdirən və korrupsionerləri qoruyan iki səviyyəli müstəmləkə ədliyyə sisteminin yaradılması (Martinik və Qvadelupada xlordekon zəhərlənməsi və torpaq istilasına qarşı mübarizə aparan gənclərin həbsi, korsikalılar üçün onların siyasi dustaq statusunu tanımadan onları mühakimə edən və onların dustaqlıq şəraitinə qeyri-bərabər münasibət göstərən müstəsna yurisdiksiyaların yaradılması);

- Qvadelupa, Mayottda içməli suya çıxışın çətinlikləri və Qvadelupa və Martinik əhalisinin 92%-nin xlordekon zəhərlənməsi ilə bağlı böyük səhiyyə qalmaqalı, Muruoa və Fanqataufada nüvə sınaqları cinayəti, Qayanada çay suyunun civə ilə kütləvi çirklənməsi kimi çoxsaylı yaşamaq hüququ pozuntuları;

- Xalqlarımızla zərrə qədər də məsləhətləşmədən ölkələrimizdən böyük Qərb dövlətlərinin Hind-Sakit okean zonasından (Polineziya, Yeni Kaledoniya), eləcə də Karaib-Amerika zonasından (Fransız Qvianası, Martinika, Qvadelupa) və Korsikadan (Solenzara bazası) müharibə hazırlıqlarında geostrateji hərbi bazalar kimi istifadə edilməsi;

II. 1960-cı il dekabrın 14-də "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə"nin anım mərasimi çərçivəsində son fransız müstəmləkələrinin nümayəndələri tarix, eləcə də xalqları qarşısında məsuliyyətlərini dərk edərək,

- Birləşmiş Millətlər Təşkilatını, beynəlxalq qurumları və bütün qitə xalqlarını əsas insan hüquqlarının açıq şəkildə pozulması və xalqların inkişafı, əhalinin rifahı və xalqlar arasında sülhə mane olan, mahiyyət etibarilə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasını təşkil edən müstəmləkəçiliyə və neokolonializmə qəti şəkildə son qoyulmasına daha fəal töhfə vermək üçün rəsmi müraciət irəli sürüblər;

- Müstəmləkəçilik siyasəti ilə müstəmləkə ölkələrində yerli xalqlara qarşı törətdiyi cinayətlərə və Karib dənizi və Amerikada köləliyə çevrilmiş milyonlarla Afrikalının deportasiyasına səbəb olan transatlantik köləliyə görə ədalətli təzminat tələb edirlər;

- FLNKS-ın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti və milli müstəqillik kimi ayrılmaz hüquqlarını həyata keçirmək üçün Kanak xalqının Fransa dövlətinə qarşı səfərbər edilməsini dəstəkləyirlər; onlar Martinika, Qvadelupa, Korsika və Fransız Qvianası xalqlarının öz ölkələrinin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini və ya yenidən siyahıya alınmasını dəstəkləyirlər;

- Nüvə sınağı cinayəti ilə üzləşmiş Polineziya xalqı, eləcə də Fransada bir neçə onilliklərdir qadağan edilməsinə və yüksək kanserogen olmasına baxmayaraq, Fransa dövlətinin istifadəsinə icazə verməklə tam məsuliyyət daşıdığı xlordekon zəhərlənməsi cinayəti ilə bağlı ədalətin bərpası və Martinik, Qvadelupa xalqlarına təzminat ödənilməsi tələbi ilə həmrəy olduqlarını bildirirlər.

- Müharibə riskləri kontekstində, sülh naminə qlobal demilitarizasiyaya və Sakit Okean və Karib dənizi koloniyalarında Fransa bazalarının ləğvinə çağırırlar;

- Planetimizin tərəqqisi və insanın emansipasiyası üçün vacib şərtlərdən biri olan qadınların fundamental iqtisadi, sosial və siyasi hüquqlarına hörmət edilməsini təkid edirlər;

III. Müharibələr, artan beynəlxalq gərginlik, silahlanma yarışının yenidən başlanması, qlobal istiləşmə, davam edən geostrateji təlatümlər nəticəsində baş verə biləcək indiki və gələcək fəlakətlərlə dolu qlobal kontekstdə Bakı Təşəbbüs Qrupu və müstəmləkə və neokolonial hökmranlıq altında olan xalqların nümayəndələri -Mali, Burkina Faso və Niger xalqlarının öz sərvətlərinin talanmasından, fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəni alqışlayırlar;

- Ədalətə, hər cür dominasiyadan imtinaya, qarşılıqlı hörmətə və insan həmrəyliyinə əsaslanan xalqlar arasında həqiqi qlobal əməkdaşlığa çağırırlar.

IV. Cenevrədə keçirilən bu toplantının bütün iştirakçıları gələn il COP 29-a ev sahibliyi etmək missiyası həvalə edilmiş Azərbaycan Respublikasını ürəkdən təbrik edirlər. Onlar əmindirlər ki, Azərbaycan bu qlobal miqyaslı və planetimizin gələcəyi üçün vacib olan hadisə çərçivəsində həm qlobal istiləşmə, həm də müstəmləkəsizləşdirmə çağırışlarını nəzərə alacaq.

Qeyd edək ki, noyabrın 14-də BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, ⁠Fransız Qvianası, ⁠Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Korsika, Valis və Futuna, ⁠Solomon adalarından, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitəsindən 50-yə yaxın nümayəndə, eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT-lərin rəhbərləri, xarici media təmsilçiləri iştirak edib.




VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910