Tramp Kennedi sui-qəsdi ilə bağlı bütün gizli sənədləri açıqlayacağını bəyan etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədləri ictimaiyyətə açıqlayacağını bəyan edib.
Tramp bunu paytaxt Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə toplaşan minlərlə tərəfdarı ilə görüşü zamanı deyib.
Tramp bildirib ki, vəzifəyə gəldikdən sonra görəcəyi işlərdən biri ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri ictimaiyyətə açıqlamaqdır.
Kennedi, qardaşı Robert Kennedi və Martin Lüter Kinq sui-qəsdi ilə bağlı bütün sənədləri ictimaiyyətə açıqlayacaqlarını bildirən Tramp deyib ki, ictimaiyyətin böyük marağına səbəb olan digər mövzularla da bağlı sənədləri açıqlayacaq.
Əvvəlki açıqlamalarında xüsusilə 1963-cü ildə sui-qəsd nəticəsində öldürülən Con Kennedi ilə bağlı məlumatların artıq ictimaiyyətə tam şəkildə çatdırılması gərəkdiyini söyləyən Tramp, bugünkü çıxışında yenidən bu mövzuya toxunaraq vəzifəyə başladıqdan sonra bu vədi yerinə yetirəcəyini bildirib.
TAHİR