Trampın ABŞ prezidenti kimi nə qədər maaş alacağı bəlli oldu...

Donald Tramp ikinci dəfə and içərək ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına rəsmən başlayıb. Trampın ABŞ prezidenti kimi nə qədər maaş alacağı da bəlli olub.
Belə ki, Tramp vəzifədə olduğu müddətdə illik 400 min dollar maaş alacaq. Bu kontekstdə Trampın Ağ Evdəki maaşı ayda 33 333 dollara bərabərdir.
Xatıeladaq ki, dünyanın ən çox qazanan lideri Sinqapurun baş naziri Lourens Vonqdur. Vonqun illik maaşı 1,6 milyon dollardır.
Trampın sərvəti də maraq mövzusuna çevrilib. Xüsusilə daşınmaz əmlak investisiyaları Trampın sərvətinin əsasını təşkil etməkdə davam edir. Dünyanın bir çox yerində göydələnlər və binalar tikdirən Trampın ABŞ-da da bir çox daşınmaz əmlakı olduğu bilinir.
Trampın sərvəti ilə bağlı müxtəlif fikirlər var. Məsələn “Bloomberg”ə görə, onun sərvəti hazırda 6,49 milyard dollardır. “Forbes” bunu 8 milyard dollar göstərir, “Wall Street Journal” isə bu rəqəmin daha yüksək olduğunu, Trampın sərvətinin 7,5 milyard ilə 10 milyard dollar arasında ola biləcəyini iddia edir.
TAHİR