ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 20 Yanvarla bağlı paylaşım etdi

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk.
Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk".
ZÜMRÜD