ABŞ- Ermənistan sazişində Ermənistanın "Suriya əməliyyatları" niyə yer almadı?.....

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ - Ermənistan Strateji tərəfdaşlıq sazişi barədə yazıb. A.Quliyev yazır: "ABŞ - Ermənistan Strateji tərəfdaşlıq sazişində ciddi məqamlarla bərabər, qeyri- ciddi və gülüş doğuran maddələr də var..
1- ci qeyri- ciddi məqam. Sazişdə tərəflər "qarşılıqlı investisiya imkanlarını araşdıracaqlarını" ifadə ediblər. Qeyri- ciddilik burada nədədir? ABŞ- ın bütün dünyaya sərmayə yatırmaq gücündə olduğunu bilirik. Bəs Ermənistan hansı gücü ilə ABŞ- da yatırım edəcək? Boynuna torba salıb dünyada pul dilənən bir ölkə ABŞ iqtisadiyyatı üçün nə edə bilər? Gülməli deyil?!..
2- ci qeyri- ciddi məqam. Sazişdə Ermənistanın dünya "sülhsevər əməliyyatlarda" iştirakı və töhfəsi qeyd edilir və nümunə kimi Ermənistanın "sülh əsgərlərinin" Əfqanıstanda, İraqda, Livanda, Kosovada və Malidə fəaliyyət göstərdikləri "deyilir. Bəs Suriya niyə bu siyahıda yoxdur? Ermənistan ordusunun 2015- ci ildən sonra bir batalyonunun Suriyada Rusiyanın və Bəşər Əsədin "sülh əməliyyatlarında" ( əslində cəza əməliyyatlarında ) iştirakını nə əcəb Sazişə salmayıblar? Ermənistan ABŞ- ın yanında olduğu halda sülhə xidmət etmiş olur, ancaq Rusiyanın yanında olduğu hallarda beynəlxalq terrorla mübarizəyə "töhfə verə bilmir"?! Gülməli deyil? Ermənistan bir- birinə düşmən olan ABŞ və Rusiyanın hır ikisinin yanında "sülhsevər əməliyyatlara" necə qatılıb? Qatılıbsa bu böyüklükdə ziddiyyəti niyə görməzdən gəlirlər?!!!!!...
Ancaq ABŞ- Ermənistan sazişində çox ciddi məqamlar da var ki, onları ayrıca təhlil edəcəyəm.Azərbaycanın taleyinə bunların çox böyük dəxli var..."
Mətləb