Cümə axşamı günü, 10 iyul 2025
     

20 Yanvar faciəsindən 35 il ötür

Image

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 35 il ötür. Belə ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib. Ümumilikdə, Azərbaycanın 150 nəfər 20 Yanvar şəhidi var.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994 cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək.

Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir. Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib. Xatırladaq ki, hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Mətləb





VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

10.07.2025 / 17:07
Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

10.07.2025 / 16:52
103 kriminal qrup zərərsizləşdirilib - DİN açıqladı

10.07.2025 / 16:25
Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...

10.07.2025 / 16:22
Əliyevlə Paşinyanın ikitərəfli formatla bağlı razılaşması danışıqlar tarixində ən unikal nəticələrdən biridir...

10.07.2025 / 16:19
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10.07.2025 / 16:12
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

10.07.2025 / 16:10
Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib

10.07.2025 / 15:51
Əbədiyyət dünyasının parlaq ulduzu – şəhid Əkrəm Abdullayev...

10.07.2025 / 15:31
Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

10.07.2025 / 15:20
Prezident Əliyevlə Paşinyan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəldi

10.07.2025 / 15:17
"Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu alqışlayır" - Peskov

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

10.07.2025 / 14:18
Əbu-Dabidə Prezident İlham Əliyevlə Paşinyan arasında görüşün nəticələri açıqlandı

10.07.2025 / 14:05
Prezident İlham Əliyevlə Paşinyan arasında görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNDİ

10.07.2025 / 14:02
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir" - Xocalı soyqırımı zamanı yaralanmış şəxs

10.07.2025 / 14:01
Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı

10.07.2025 / 13:54
"İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub" - Nazir

10.07.2025 / 13:40
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərildi

10.07.2025 / 13:31
Nəsimidə narkoşəbəkənin iki üzvü 21 kq narkotiklə saxlandı...

10.07.2025 / 13:10
Евгению Примакову! Между русской культурой и Азербайджаном не нужны посредники - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.07.2025 / 12:50
İtaliyada anomal istilərdən 500 nəfərin öldüyü iddia edildi...

10.07.2025 / 12:34
6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verildi

10.07.2025 / 12:17
Ermənistanda müxalif deputatın oğlu da saxlandı

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:03
Ermənistanla gerçəkdən sülh mümkündürmü? - CANLI

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910