Bayramov alman nazir Berboka irad tutdu - qondarma adlardan istifadə edir...
Almaniya xarici işlər naziri Qarabağ bölgəsində coğrafi adlar səsləndirkən qondarma adlardan istifadə edir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Çox xahiş edərdim ki, Azərbaycan suverenliyinə və beynəlxalq hüquqa hörmət göstərilsin", - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, hər suveren ölkə ərazisindəki adlar BMT-nin müvafiq komitəsinə təqlim olunan coğrafi adlar çəkilməlidir. Həmin reyestrdə Almaniya XİN başçısının istifadə etdiyi ikinci adlar mövcud deyil. Nazirin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını istəyərdim.
TAHİR