KÖHNƏ VERSİYA            

İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

Image

“Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”. Bu fikirlər prezident İlham Əliyev tərəfindən yerli televiziya kanallarına müsahibəsində səsləndirilib. Qeyd edilən yanaşmanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da təsdiq edir.

Məlumat üçün bildirək ki, inauqurasiya mərasimi yanvarın 20-nə planlaşdırılan Donald Tramp   Floridadakı kurortunda bir saatdan çox jurnalistlərin suallarını cavablandırıb və bir sıra sensasion açıqlamalar verib. Belə ki,  Donald Tramp Panama kanalı və Qrenlandiyanı əldə etmək üçün hərbi və ya iqtisadi vasitələrdən istifadəni istisna etməyib. Panama kanalına və Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi, yaxud iqtisadi zorakılıqdan istifadə etməyəcəyinə dünyanı əmin edə biləcəyini soruşduqda Tramp buna belə cavab verib: “Xeyr, mən bu iki məqamın heç birinə zəmanət verə bilmərəm. Amma bir şeyi deyə bilərəm: bunlar ABŞ-a iqtisadi təhlükəsizlik üçün lazımdır”. Beləliklə, Panama kanalı və Qrenlandiyanın güc yolu ilə alınmasını istisna etməyərək, Tramp bunların ABŞ-a təhlükəsizlik və iqtisadi məqsədlər üçün lazım olduğunu bildirib: “Bizə milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiya lazımdır. Mənə uzun müddətdir ki, hələ namizədliyimi irəli sürməzdən əvvəl deyirdilər... Mən, həqiqətən, Danimarkanın buna hər hansı qanuni haqqının olub-olmadığını bilmirəm. Bu, bizim milli təhlükəsizliyimiz üçün lazımdır, orada hər yerdə Çin gəmiləri var”. Panama kanalına xüsusi toxunan Donald Tramp bunun ABŞ-ın iqtisadi təhlükəsizliyi üçün zəruri olduğunu bildirib və kanalın ABŞ ordusu üçün tikildiyini qeyd edib: “Ola bilər ki, nəsə etməli olaq. Görürsünüz ki, Panama kanalı ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Onu Çin idarə edir, halbuki, biz Panama kanalını Panamaya verdik. Biz bunu Çinə verməmişik. Onlar bundan sui-istifadə etdilər, bu, heç vaxt belə edilməməli idi”. Kanalı idarə edən şirkətin rəhbəri Rikaurte Vaskes Morales bildirib ki, Trampın Panama kanalına nəzarətin ABŞ-a qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilməsi gəmiçilikdə xaosa gətirib çıxaracaq. Onun sözlərinə görə, qaydalarda istisnalar olmur: “Biz çinlilərə, amerikalılara və ya başqalarına qarşı ayrıseçkilik edə bilmərik. Bu, neytrallıq müqaviləsini, beynəlxalq hüququ pozacaq və xaosa gətirib çıxaracaq. Çinin Panama kanalına nəzarət etməsi ilə bağlı ittihamlar əsassızdır. Çinin bizim əməliyyatlarımızla heç bir əlaqəsi yoxdur”.  Gəmilərin Panama kanalından keçməsinin dəyəri 300 min dollardan 1 milyon dollara qədər dəyişdiyini etiraf edən Vaskes Morales deyib: “Tariflər dünyanın hər yerindən gələn bütün gəmilərə aiddir, istisnalar yoxdur”. Trampın Qrenlandiya ilə bağlı açıqlamaları Avropada ciddi narahatlıq yaradıb.Almaniya kansleri Olaf Şoltsun mətbuata xüsusi bəyanatla çıxış etməsi və ABŞ-a sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməsinin zəruriliyini açıq şəkildə xatırlatmaq qərarı məhz bu səbəbdəndir. Almaniya hökumətinin başçısı Danimarkanın Baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. Kansler Trampın bəyanatlarını Fransa prezidenti Emmanuel Makronla SMS vasitəsilə müzakirə edib. Şolts bildirib ki, Avropa ölkələrinin liderləri Trampın son bəyanatlarına anlaşılmazlıqla reaksiya veriblər. Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi bütün ölkələrə şamil edilir.

Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda Danimarka kralı kral gerbini dəyişib. Yeni versiyada Qrenlandiya və Farer adaları daha qabarıq şəkildə təsvir edilib.   Tramp Kanadanı ABŞ-ın ştatına çevirmək planı ilə də gündəmə gəlib, həm də Meksika körfəzinin adını Amerika Körfəzi adlandıracağına söz verib. “Reuters” qeyd edir ki, Tramp vəzifəyə başlamazdan əvvəl diplomatik mülahizələrə və ABŞ müttəfiqlərinin narahatlığına məhəl qoymadan aqressiv xarici siyasət hazırlamağa başlayıb. Tramp ABŞ-ın Kanada mallarına və hərbi dəstəyə xərcləmələrini tənqid edərək, ABŞ-ın bundan faydalanmadığını qeyd edib. O, iki ölkə arasındakı sərhədi “süni xətt” adlandırıb. Kanadanın baş naziri Castin Trudo Trampın açıqlamasına cavab olaraq bir şeyin mümkün olmadığını bildirib: “Kanadanın ABŞ-ın bir hissəsi olacağı ehtimalı çox azdır. Ölkələrimizin işçiləri və icmaları bir-birinin ən böyük ticarət və təhlükəsizlik tərəfdaşı olmaqdan faydalanır”. Tramp Rusiya-Ukrayna münaqişəsinə də toxunub və hakimiyyətdən gedən ABŞ administrasiyasını Ukrayna ilə bağlı siyasətinə görə tənqid edib. Onun sözlərinə görə, Ağ Ev Rusiya prezidentinin dəfələrlə Ukraynanın NATO ilə heç bir əlaqəsi olmaması barədə xəbərdarlıq etməsini nəzərə almayaraq, Ukraynanın təşkilata mümkün üzvlüyü ilə bağlı danışıqlarda çoxlu səhvlərə yol verib. Bu səhvlər, Trampın fikrincə, müharibəyə səbəb olub. Üstəlik, Tramp prezident seçilməşdən əvvəl Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatları cəmi bir günə bitirə biləcəyinə inandırırdısa, o, bunu artıq 6 ay ərzində edə biləcəyinə ümid etdiyini bildirib və yenə bunun necə olacağını açıqlamayıb. Tramp 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücumu zamanı girov saxlanılan israillilərlə bağlı məsələyə də toxunub və bildirib ki, vəzifəyə başlamazdan əvvəl onlar azad edilməsələr, bunun ağır nəticələri olacaq: "Mən vəzifəyə başlamazdan əvvəl onlar geri qaytarılmasa, bunun Yaxın Şərqdə ciddi nəticələri olacaq. HƏMAS üçün də yaxşı olmayacaq... Əlavə edəcəyim heç nə yoxdur. Girovları qaytarmalı idi. Onlar heç vaxt girov götürülməməli idilər. Oktyabrın 7-də hücum baş verməməli idi". Tramp eyni zamanda vəzifəyə gəldikdən sonra NATO-ya üzv ölkələrin hərbi alyansa ödədiyi pulun miqdarını dəyişəcəyini deyib. Onun sözlərinə görə, NATO  ölkələri ÜDM-in 2 faizini deyil, 5 faizini müdafiəyə ayırmalı olacaqlar”. Bütün bunlar yeni dünya nizamında güc faktorunun ön planda olduğunu bir daha təsdiq edir.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

09.01.2025 | 14:25
Azərbaycan ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayır

09.01.2025 | 14:07
Avropa dəyərləri korrupsiyaya qurban edilir...

09.01.2025 | 13:30
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

09.01.2025 | 13:17
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat açıqladı

09.01.2025 | 13:03
В. Карасев, свинство не хорошая черта - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.01.2025 | 12:44
BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yaydı

09.01.2025 | 12:19
İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:50
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:03
İran rəsmisi qaçaraq Bakıya gəldi - CANLI

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031