Ermənilərin hüquq və təhlükəsizliyi məsələsi saziş mətnindən birdəfəlik çıxarıldı...
Bir vaxtlar Azərbaycan- Ermənistan normallaşmasında ən populyar məsələ sayılan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi mövzusu tam qətiləşib." Azadllq radiosunun" bu barədə yazılı sualına Ermənistan XİN- dən rəsmi olaraq belə cavab verilib:" Tərəflərin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, sərhədlərin delimitasiyası, regional komunikasiyaların süverenlik və milli yurisdiksiya altında açılması Ermənistanın əsas prioritetidir." Bu əslində Qarabağ ermənilərinin əlahiddə hüquqları barədə əvvəlki mövqelərdən tam imtina olunması deməkdir.
Xatırladaq ki, bir - iki həftə öncə baş nazir Paşinyan "Arsaxın gələcəyi necə olacaq " sualına "mənim problemim Ermənistanın gələcəyidir" cavabını vermişdi...
Ramil Quliyev