Cümə axşamı günü, 29 may 2025
     

"Transxəzər" Azərbaycan - Türkmənistan münasibətlərini dəyişir...

Image

Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə diqqət mərkəzinə gələn məsələlələrdən biri də  üzv ölkələrin iqtisadi müstəvidə əməkdaşlığının daha da dərinləşməsi ilə bağlı oldu. Bu fonda Transxəzər nəqliyyat dəhlizlərinin genişləndirilməsi də əsas müzakirə predmetlərindən biri oldu. 

O da təsdiqləndi ki, mövcud vəziyyətdə "Transxəzər" qaz kəmərinin çəkilişinə Türkmənistan indi xüsusi maraq göstərir. Hər halda, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Astanada dedikləri də bunun təsdiqi hesab oluna bilər.

Transxəzər nəqliyyat dəhlizlərinin genişləndirilməsi vacibliyindən danışan Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, türk dövlətlərinin iqtisadi potensialının effektiv istifadə olunması zamanın tələbidir: "Nəqliyyat və logistika sistemi ölkələrimiz arasında vacib rol oynayır. Bu səbəbdən Türkmənistan son illər Asiya və Avropanı birləşdirəcək bir sıra layihələr təklif edib". Türk dövlətləri arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, bizim ölkələr həm ikitərəfli, həm də çoxtərəfli formatda vahid mövqedən çıxış edir: "Son dövrdə həm dünyada, həm də regionda böyük təhdidlərlə üz-üzəyik. Bu səbəbdən Türk dövlətlərinə öz səylərini birləşdirmək vacibdir". Onun sözlərinə görə, Türkmənistan Azərbaycan ərazisindən təbii qazı dünya bazarlarına ixrac edə bilər: "Vacib istiqamətlərdən biri olaraq energetikanı qeyd etmək olar. Zəngin neft və qaz ehtiyatlarına malik olan Türkmənistan təhlükəsizlik və dünya bazarına enerji daşıyıcılarının etibarlı tədarükü siyasəti yeridir. Xüsusən, Türkmənistan qonşu və region ölkələrinə təbii qaz və elektrik enerjisi tədarükü üzrə işlər görülür. Bu sahədə Türk Dövlətləri Təşkilatı ölkələri ilə sıx əlaqələr saxlanılır. Misal üçün, Türkmənistan hazırda öz təbii qazını qonşu və qardaş ölkələr olan Özbəkistan və Azərbaycana ixrac edir. Eyni zamanda, türkmən qazını Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkiyə bazarlarına, həmçinin, perspektivdə dünya bazarlarına ixrac etmək üçün imkanlarımız var. Bu səbəbdən, yaxın zamanda qardaş xalqlarımızla bütün zəruri məsələləri həll edəcəyimizə və müvafiq işlər görəcəyimizə inanıram". Qeyd edək ki, Xəzər dənizinin şərq sahillərindən əlavə qaz ehtiyatlarının ölkəmizin ərazisindən Türkiyə və Avropa bazarlarına  çatdırılması üçün "Transxəzər" sualtı qaz boru kəmərinin çəkilişinin, eləcə də  Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastrukturun yaradılmasının vacibliyi indi xüsusi diqqət mərkəzindədir.  Qeyd edək ki, təbii qazın Azərbaycan ərazisi ilə Türkiyəyə nəqlini nəzərdə tutan  "Transxəzər" qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə irəli sürülüb. Bundan da məqsəd Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək həmin kəmərlə Türkmənistan qazının Türkiyəyə nəqlindən ibarət olub. Həmin vaxt Türkiyənin BOTAŞ şirkəti ilə Türkmənistanın "Türkmənqaz" Dövlət Konserni arasında illik 30 milyard kubmetr olmaqla qazın alqı-satqısına dair kommersiya sazişi imzalanıb. Sözügedən sazişə görə, BOTAŞ Türkmənistan qazını tam həcmdə almağı və bunun 10 milyard kubmetrini Türkiyənin daxili bazarında satmağı planlaşdırırdı. Digər həcmləri isə Avropaya ixrac etməklə bu infrastrukturun yaradılması və özünün xərclərini kommersiya baxımından qarşılıqlı faydalı bir şəraitdə çıxarmalı idi. Bununla bağlı 30 milyard kubmetr ötürmə qabiliyyəti olan boru kəmərinin Türkmənistandan Bakı yaxınlığına, Səngəçal terminalına  çəkilməsi, Azərbaycan və  Gürcüstan ərazisindən keçməklə Türkiyə ərazisinə daxil olması nəzərdə tutulurdu.  Daha sonra layihənin müzakirəsi və tranzit ölkələrlə bu prosesin tənzimlənməsi ilə bağlı danışıqlara başlanılıb. Lakin uzun illər keçməsinə baxmayaraq, "Transxəzər" qaz kəməri layihəsi, hələ ki, müzakirə mərhələsindən o yana keçə bilmir.  İndi isə vəziyyət dəyişir. Türkmənistan Azərbaycan vasitəsilə qazını Avropaya çıxarmağa xüsusi maraq göstərir. Çünki Avropa əlverişli bazardır, Rusiya qazının bura tədarükünün azalması Türkmənistan üçün yeni fürsətlər yaradır.

Məsələyə Türkiyə də xüsusi maraq göstərir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxışında bu xüsusda qeyd edib: "Xəzər dənizinin təbii qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək". O bildirib ki, Şərq-Qərb dəhlizi inkişaf etdirilməlidir: "Bu, bütün regionun inkişafına töhfə verəcək". Hazırda Avropaya qaz nəqlində  Azərbaycan mühüm addımlar atır. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl qazın alqı-satqısı ilə bağlı Azərbaycan on Qərb şirkəti ilə müqavilə imzalayıb. Artıq bəlli idi ki, Azərbaycan bir müddət sonra Avropa bazarına öz qaz həcmlərini iki dəfədən çox artıracaq. Sadəcə, Rusiya-Ukrayna müharibəsi bu prosesi daha da önə çıxardı və sürətləndirdi. Bu baxımdan 2022-ci ilin iyulunda Azərbaycanla Avropa İttifaqı enerji əməkdaşlığına dair memorandum imzaladı. Orada göstərilir ki, 2027-ci ildə artıq Azərbaycan iki dəfə həcmləri artırmağı öz öhdəsinə götürür. Bundan başqa, Azərbaycan ayrı-ayrı ölkələrlə özünün enerji əməkdaşlığını genişləndirmək yönündə addımlar atır. 2023-cü ilin əvvəlində Azərbaycan Rumıniyaya qaz verilməsi məsələsini praktiki olaraq reallaşdırıb, iyun ayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Macarıstan qaz şirkəti arasında bu ilin dördüncü rübündə 100 milyon kubmetr qazın alqı-satqısına dair kommersiya müqaviləsi imzalayıb. Daha sonra 2024-cü ildə Macarıstanla bir milyard kubmetr qazın alqısına dair siyasi razılaşma əldə edilib. Ancaq Azərbaycanın bu həcmləri Avropadakı istehlakçılara göndərməsi üçün indiki mövcud infrastruktur imkan vermir. Bu səbəbdən genişləndirmə işlərinə başlanacaq. Belə olan halda Türkmənistan da prosesdə fəal iştirak edərək, "Transxəzər" qaz kəməri layihəsini reallaşdıra bilər. Azərbaycan bunun üçün bütün yardımları göstərməyə hazırdır.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 21:32
Azərbaycan-Türkiyə-Pakistan üçbucağında yeni regional güc mərkəzi formalaşır...

29.05.2025 / 21:17
Paşinyanın yeni alternativi tapıldı - Moskvaya "emissar səfərləri" başladı...

29.05.2025 / 21:04
Avropa Birliyi Macarıstandan müstəqil siyasətin qisasını alır...

29.05.2025 / 20:50
Azad edilmiş Laçından mesajların əsas istiqaməti - “lazımi ünvan”...

29.05.2025 / 20:37
Əmiraslanov dedi və dəstək aldı - 65 tibb işçiləri üçün nə yaşdır ki...

29.05.2025 / 20:23
Tramp Əliyevin sülh, enerji və təhlükəsizlik kursunu tam dəstəklədi... Ziyanlı Bayden mərhələsi bitdi...

29.05.2025 / 20:10
Ukrayna sərbəst şəkildə Sibir şəhərlərini də vura bilər - dünya izn verdi...

29.05.2025 / 19:58
Hamı İrəvana nazirini göndərdi - Fiko özü gəldi...

29.05.2025 / 19:45
Laçın görüşü - Dehlidə İrəvanla gizli Zəngəzur müzakirələrinin üstü açıldı...

29.05.2025 / 19:32
Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

29.05.2025 / 19:31
Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

29.05.2025 / 19:18
İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

29.05.2025 / 19:10
Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

29.05.2025 / 19:05
Ermənistan delimitasiya danışıqlarının dalandan çıxmasına imkan vermir...

29.05.2025 / 18:51
Niyə məhz 28 Mayda, niyə məhz azad Laçından? - Bir proses başladı...

29.05.2025 / 18:44
Üç qardaş ölkənin strateji əməkdaşlıq modeli - Əhliman Əmiraslanov yazır...

29.05.2025 / 18:38
Bu həqiqətən böyük ədalətsizlik olub - erməni mediası İlham Əliyevdən sitatlar gətirir...

29.05.2025 / 18:31
"Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı" - Zərərçəkmiş şəxs

29.05.2025 / 18:25
Üçtərəfli hərbi əməkdaşlıq böyük məkanda sülhü təmin edir - Laçında düstur müəyyən edildi...

29.05.2025 / 18:11
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli müttəfiqlik və müdafiə sazişi... Proses başlanıb...

29.05.2025 / 17:57
Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

29.05.2025 / 17:56
Sadır Japarov Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 17:49
Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

29.05.2025 / 17:47
Uşaqları təhlükəli informasiyalardan qorumalıyıq!

29.05.2025 / 17:38
Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq başladı...

29.05.2025 / 17:25
Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

29.05.2025 / 17:20
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - İrandan da dəstək gözləyirik...

29.05.2025 / 17:18
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM

29.05.2025 / 17:12
İsrail səfiri Holokostu təhqir edən ermənilərlə dostluq qurur... - VİDEO

29.05.2025 / 17:10
Daha 41 ailə Laçının Bəylik kəndinə köçürüldü

29.05.2025 / 17:05
Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı sammitin keçirilməsini təklif etdi

29.05.2025 / 17:02
Xorvatiyanın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

29.05.2025 / 16:53
Xan Tanrı/Xan Tenqri dağı ətəklərində soyqırım faciələri...

29.05.2025 / 16:34
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda şəhid ailələrini və Culfada 100 yaşlı sakini evlərində ziyarət edib

29.05.2025 / 16:33
28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

29.05.2025 / 16:29
Prezident Ərdoğan İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırdı

29.05.2025 / 16:28
Suriyalı iş adamı Ukraynanı on minlərlə pilotsuz təyyarə ilə təmin edir

29.05.2025 / 16:21
Əbdülxaliq Hüseynovun “sən azadsan ” laylası

29.05.2025 / 16:07
Araz Musayevin Antalyada bıçaqlanması ilə əlaqədar 6 nəfər saxlandı

29.05.2025 / 15:50
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.05.2025 / 15:26
Oman Sultanı Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 15:25
"Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

29.05.2025 / 14:19
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətin üstünü açdı...

29.05.2025 / 14:04
İran Azərbaycana Biləsuvar gömrük məntəqəsinin iş saatının artırılmasını təklif etdi

29.05.2025 / 13:50
DİN narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirdi

29.05.2025 / 13:25
Prezident İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib - FOTO

29.05.2025 / 13:18
Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü

29.05.2025 / 13:10
Азербайджан жестко ответил Лаврову! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.05.2025 / 12:53
İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...

29.05.2025 / 12:45
Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - RƏSMİ AÇIQLAMA

29.05.2025 / 12:38
Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi - növbəti təxribatlarına zəmin yaratmağa cəhd edirlər

29.05.2025 / 12:26
“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

29.05.2025 / 12:25
Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:55
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

29.05.2025 / 11:41
Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:03
Putinin yeni yeni tələbləri sadəcə absurddur - CANLI

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:12
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO

29.05.2025 / 09:06
Laçına növbəti köç karvanı yola salınıb

29.05.2025 / 09:00
Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

28.05.2025 / 23:48
Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678