şənbə günü, 14 mart 2026
     

"Bu açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - Prezident Əliyev...

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibəni təqdim edirik.

Jurnalist: Salam cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Jurnalist: Təəssüf ki, ötən günlərdə bizi dərindən sarsıdan hadisə baş verdi. Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

Prezident İlham Əliyev: Mən bu barədə Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən məlumat aldım, məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər.

Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.

Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya "qara qutu"lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – "Embraer"in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, "qara qutu"lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.

Ona görə də "qara qutu"lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Mən qəza baş verən gün burada - hava limanında öz çıxışımda söylədim ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır.

-Cənab Prezident, bəs təyyarə ekipajının fəaliyyətini necə qiymətləndirirsiniz?

-Çox yüksək. Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.

Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.

-Cənab Prezident, Siz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng etdiniz. Müzakirə olunan məsələlər barədə fikrinizi bilmək istərdik. Ümumiyyətlə, məsələ ilə bağlı birgə fəaliyyət aparan Azərbaycan və Qazaxıstan hökumətləri rəsmilərinin bu birgə fəaliyyətini necə qiymətləndirirsiniz?

-Bəli, mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.

-Qəzadan sonra AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırdı. Bəs, bu qərarın verilməsi hansı zərurətdən irəli gəldi və hazırda işlər necə gedir?

-Bu göstərişi mən vermişəm və bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna "kavyor əməliyyatı" deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o "kavyor əməliyyatı" nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o "kavyor əməliyyatı" elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər.

AZAL-ın uçuşlarına gəldikdə, AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır.

-Cənab Prezident, bəs ümumilikdə Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?

-Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.

-Çox sağ olun, cənab Prezident. Suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün minnətdarıq.

-Sağ olun.


 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Koştanın Əliyevlə görüşündən sonra köhnə problem yenidən aktuallaşdı...

AAYDA-da nə(sə) baş verir - Saleh Məmmədovdan sonra müavinlərin başında söz-söhbət...

MDB-dən çıxmağa Moldovadan sonrakı namizəd ölkə...

SON XƏBƏRLƏR

14.03.2026 / 17:11
İran Səudiyyədə ABŞ-ın beş təyyarəsini vurdu...

14.03.2026 / 16:53
Putindən ABŞ-a İran təklifi… Tramp qəbul etmədi…

14.03.2026 / 16:17
İran BƏƏ-ni təhdid etdi - ABŞ qoşunlarından uzaq durun, vuracağıq…

14.03.2026 / 15:49
Tramp rəsmən təsdiqlədi - ABŞ hədəflərinin koordinatlarını Rusiya verir, İran vurur…

14.03.2026 / 15:20
Pezeşkian Hindistanın Hörmüz boğazı tələbini rədd etdi - gəmilər vurulacaq …

14.03.2026 / 14:57
Naxçıvanda daha bir dövlət qurumu ləğv edildi

14.03.2026 / 14:43
İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs yaxalandı

14.03.2026 / 14:36
Xocavəndin Xanoba kəndinə köçən 25 ailəyə evlərin açarları təqdim olundu

14.03.2026 / 14:21
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv edildi

14.03.2026 / 13:55
Narkotikin təsiri altında avtomobil qaçıraraq Balakənə getmək istəyən şəxs tutuldu

14.03.2026 / 13:37
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə etdi

14.03.2026 / 13:00
93 yaşlı alim Bakıda 42 yaşlı xanımla evləndi

14.03.2026 / 12:13
Bakıda mənzildən kişi meyiti tapıldı

14.03.2026 / 12:02
Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI

14.03.2026 / 11:16
Hazırda WUF13-də 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib - AÇIQLAMA

14.03.2026 / 11:03
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qarşı

14.03.2026 / 10:55
ABŞ raketi İranın sualtı qayığını batırdı

14.03.2026 / 10:39
Qazaxıstanın Yaxın Şərq regionundan vətəndaşlarının təxliyəsi başa çatıb

14.03.2026 / 10:32
Tahir Məmmədov: “Şəhidlərin adlarının kitablarda əbədiləşdirilməsi həm gələcək nəsillər üçün bir dərs vəsaiti, bir örnək, bir tarixdir, eyni zamanda da bir arxiv materialıdır”

14.03.2026 / 10:25
Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026 / 10:18
ABŞ İranın strateji neft mərkəzinə hücum etdi –Xark adası bombardman edildi…

14.03.2026 / 10:03
Türkiyədə avtobusla yük maşını toqquşub, 11 nəfər xəsarət alıb

14.03.2026 / 10:00
ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

14.03.2026 / 09:35
Tramp İrana hücumları dayandırmaq üçün Netanyahuya bir həftə vaxt verdi – Ağ Ev neftin bahalaşmasından narahatdır…

14.03.2026 / 09:30
ABŞ-ın İraqdakı səfirliyinə hücum olub

14.03.2026 / 09:24
"Xark adasında hər şeyi məhv etdik" - Tramp yenə İrandan danışdı

13.03.2026 / 22:49
ABŞ İran rəhbərlərinin koordinatlarını verənlərə 10 milyon vəd etdi…

13.03.2026 / 22:33
İran ətrafında gərginlik daha da artacaq - ABŞ dəniz piyadalarını Yaxın Şərqə göndərir…

13.03.2026 / 22:17
İrandan dünyayı narahat edən açıqlama - neft bahalaşmaqda davam edəcək…

13.03.2026 / 21:50
ABŞ-dan Hörmüz boğazı etirafı - bunu heç gözləmirdilər…

13.03.2026 / 21:36
3-cü raket vuruldu - Türkiyə İrana qarşı əməliyyatlara başlayacaq?

13.03.2026 / 21:09
Əliyev baha neftdən qürur duyan ölkələrə çox ibrətamiz bir mesaj verdi...

13.03.2026 / 20:45
İşğal dövrünə aid Azərbaycanın unikal təcrübəsi Bakı Forumunda dünyaya paylaşıldı...

13.03.2026 / 20:21
Paşinyan bir vaxtlar “Qarabağ üçün yaxa-paça cıran” Avroparlamentə ittiham aktı oxudu - bax belə...

13.03.2026 / 20:06
Bayramov Fidanla danışdı - regionda artan gərginlik müzakirə edildi

13.03.2026 / 19:57
Əliyev münaqişələrdə pul qazanan saxta vasitəçilərin ipini kəsdi - Bakı Forumunda fakt...

13.03.2026 / 19:44
"Bu kitablar bizim təsəlli yerimizdir, bilirik ki, biz olmayandan sonra da oğullarımız yaşayacaq" - Şamaxıda kövrək anlar yaşandı..

13.03.2026 / 19:04
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə təlim keçirildi - FOTO

13.03.2026 / 18:47
ABŞ-a qarşı daha bir cəbhə açıldı - İraqda yanacaq təyyarəsini biz vurduq…

13.03.2026 / 18:42
Nəzakət Məmmədova:"Cəsur oğulların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – Tarixi zəfər” adlı 4 cilddə kitab nəşr etdirib"

13.03.2026 / 18:36
Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşdü

13.03.2026 / 18:23
NATO-dan İrandan Türkiyəyə növbəti raket hücumu ilə bağlı açıqlama - müdafiəyə hazırıq…

13.03.2026 / 18:08
Gələn həftə İrana çox güclü zərbələr endiriləcək - Tramp anons etdi…

13.03.2026 / 17:55
Ət, süd və yumurtanın ucuzlaşması ilə bağlı təklif - yardımçı təsərrüfatlar yaradılsın...

13.03.2026 / 17:42
Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı

13.03.2026 / 17:31
İlbər Ortaylı vəfat etdi - TƏCİLİ

13.03.2026 / 16:56
Nəzakət Məmmədova:"Qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Redaksiyasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır"

13.03.2026 / 16:49
Nəzakət Məmmədova:"Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisədir..."

13.03.2026 / 16:25
Nəzakət Məmmədova:"Redaksiya Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 10 kitab nəşr etdirib... "

13.03.2026 / 16:08
Müdafiə Nazirliyi Türkiyəyə növbəti raket hücumunu pislədi

13.03.2026 / 15:44
Adnan Əhmədzadə ilə bağlı yeni qərar verildi - 2 ay...

13.03.2026 / 14:06
Biləsuvarda əməliyyat - 16 kq narkotik ələ keçirildi...

13.03.2026 / 13:46
Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir

13.03.2026 / 13:35
Bakıda Əliyevin Koşta ilə görüşünün böyük yekunu - Aİ təsdiqlədi və tanıdı...

13.03.2026 / 13:26
Qərbi Azərbaycan İcması Kaya Kallası sərt tənqid etdi...

13.03.2026 / 13:14
May ayında 14 gün iş olmayacaq?

13.03.2026 / 13:03
Simonyan İstanbul yolçusudur...

13.03.2026 / 12:51
İranın 30 illik dəstəyi - Ermənistan 14 gündə borcunu necə qaytardı...

13.03.2026 / 12:43
İraqda Fransa bazası vuruldu - ölü və yaralılar var...

13.03.2026 / 12:30
Pezeşkian Trampa 3 sensasiyalı şərt oxudu...

13.03.2026 / 12:27
"Müctəba Xamenei artıq həyatda yoxdur" - MOSSAD paylaşım etdi!

13.03.2026 / 12:26
30 “soyqırım alimi” Qzoyanın müdafiəsinə qalxdı…

13.03.2026 / 12:10
Əli Əsədovdan quru sərhədləri ilə bağlı VACİB AÇIQLAMA

13.03.2026 / 12:06
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı

13.03.2026 / 11:55
Azərbaycan yaxınlarda AB ilə iki mühüm sənəd imzalayacaq... İki prezident anons etdi...

13.03.2026 / 11:42
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda çatd...

13.03.2026 / 11:34
İşləməyən şəxslərə “dəfn pulu” veriləcək?...

13.03.2026 / 11:30
İran ABŞ-ın Kaliforniya ştatını vuracaq - İranın gücü, ya Amerikanın boş hay-küyü...

13.03.2026 / 11:21
Avropa İttifaqı Naxçıvanın dəmiryollarını tam yeniləyəcək...

13.03.2026 / 11:10
Baş nazir parlamentdə hesabat verir...

13.03.2026 / 11:04
Yutubun illik gəliri 62 milyard dolları keçdi!

13.03.2026 / 10:25
Rusiyanın tanınmış aktyoru 81 yaşında öldü

13.03.2026 / 10:16
İki Kollecə iki direktor müavini - TƏYİNAT

13.03.2026 / 10:03
Ronaldo bu şəxsi Portuqaliya millisinin baş məşqçisi görmək istəyir

13.03.2026 / 09:54
“44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildləri Şamaxıda təqdim ediləcək

13.03.2026 / 09:44
Azərbaycan və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə artan hərbi eskalasiyanı müzakirə ediblər

13.03.2026 / 09:30
Aİ-Azərbaycan əməkdaşlığının yeni şaxələri rəsmən göstərildi...

13.03.2026 / 09:14
NATO da hərəkətə keçdi - bir neçə HHM sistemini Yaxın Şərqə köçürdü

13.03.2026 / 09:06
Azərbaycanda tanınmış vəkil vəfat edib

13.03.2026 / 09:04
Avroliqada 1/8 final mərhələsinə start verilib - NƏTİCƏLƏR

13.03.2026 / 08:45
Türkiyə SİLKƏLƏNDİ - 5.5 bal gücündə zəlzələ baş verib

Uşaqların internet bəlalarından mühafizəsi yeni mərhələyə keçdi...

XƏBƏR ARXİVİ