Bazar ertəsi günü, 19 may 2025
     

Anklav kəndlərimizin qaytarılması an məsələsinə çevrilir...

Image

Faktdır ki, bu gün Cənubi Qafqaz regionundan kənar bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneələr yaratmağa çalışırlar. Bilindiyi kimi, hazırda sülh sazişi ətrafında danışıqlar davam etdirilir. Azərbaycan öz təkliflərini Ermənistana təqdim edib. 

Görünən odur ki, Ermənistan da sülhdə maraqlıdır və bu məsələdə Azərbaycana qarşı getməyin fəsadlarını yaxşı başa düşür. Sadəcə, müəyyən güclərin, məsələn, Fransanın əlində alət olduğundan hələ də sülh üçün əməli addımlar atmaqda qətiyyət nümayiş etdirə bilmir.

Lakin erməni ekspert dairələri və mediası diqqəti ona yönəldir ki, Azərbaycan istənilən halda məqsədinə çatacaq. Məsələn, Ermənistanın "Qraparak" nəşri yazır ki, baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevlə ilin sonuna kimi sülh müqaviləsi imzalayacağına əmindir. Nəşr qeyd edib ki, bu günlərdə Ermənistan parlamentinə gələn Paşinyan Azərbaycanla sülhün və münasibətlərin tənzimlənməsinin üç əsas prinsipinin artıq razılaşdırıldığını bəyan edib: "Bu bəndlərə əsasən, Ermənistan və Azərbaycan Ermənistan ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycanın ərazisinin 86 min 600 kvadrat kilometr olduğunu başa düşərək, bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyırlar. Tərəflər Almatı Bəyannaməsi əsasında (Sovet İttifaqı dövründə Ermənistan və Azərbaycan arasında mövcud olan sərhədlərlə) delimitasiya aparmağa razılaşırlar, regional kommunikasiyalar tərəflərin suveren yurisdiksiyası əsasında açılır və regional kommunikasiyalar qarşılıqlılıq, bərabərlik əsasında fəaliyyət göstərir. Paşinyanın sözlərinə görə, tərəflərin hər biri öz ərazisində sərhəd gömrük nəzarətini və kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir. Bunun üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində kommunikasiyanın təhlükəsizliyini təmin etməli olan xüsusi bölmə yaradılır və bu məqsədlə 2024-cü il üçün Milli Təhlükəsizlik Xidmətinə ayrılacaq dövlət vəsaiti xeyli artıb. Paşinyanın partiyasından olan deputat Armen Xaçatryanın sözlərinə görə, sülh sazişi birinin digəri ilə heç bir probleminin olmamasına zəmanət deməkdir. Sadəcə zəmanət? Bəs bu zəmanəti Ermənistana kim verəcək? Deputat Qaqik Melkonyan deyir ki, heç kim. Məlumdur ki, Ermənistandakı anklavlar da Bakının tələblərinə daxildir. İlham Əliyev İrəvandan 8 kənd tələb edir. Bu məsələdə Rusiya yenə Ermənistanı müdafiə etməyəcək. Paşinyanın ideoloqu, Ermənistan parlamentinin "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Hakop Aslanyanın sözlərinə görə, son 300 ildə Rusiya erməni xalqına qarşı yalnız düşmənçilik edib. Sonra da təəccüblənirlər ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvadakı yeni səfiri vəzifəsinə namizəd Qurgen Arsenyanın təyin olunmasına niyə razılıq vermir? Ermənistan Arsenyanın namizədliyi qəti şəkildə rədd ediləcəyi təqdirdə Hakop Aslanyanı səfir kimi irəli sürsə, daha düzgün hərəkət edəcək. Ermənistan və Rusiya diplomatik qarşıdurma içindədir. Rusiya Ermənistanın "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvü Qurgen Arsenyanı Rusiyaya səfir təyin etməsi ilə razılaşmır. Arsenyan əmin edir ki, heç bir problem yoxdur və onun təyinatı baş tutacaq. Lakin onun təyinatı məsələsinin artıq ictimai müzakirə obyektinə çevrilməsi göstərir ki, müttəfiq və dost hesab edilən ölkələr arasında problem var". Hesab edilir ki, bu şəraitdə Azərbaycan daha tez müddətdə anklav kəndləri geri qaytara biləcək.

Bu arada erməni mediası Azərbaycanın Ermənistan ərazisində hələ də işğalda qalan kəndləri ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana sual ünvanlayıb. Abazyan suala cavabdan yayınıb və heç bir açıqlama verməyib. Erməni mediasının yazdığına görə, Ermənistan rəhbərliyi anklavların Azərbaycana qaytarılması haqda müzakirələr aparır. Rəsmi İrəvan hələlik bunların hansı kəndlər olduğunu və Azərbaycana hansı prinsiplə veriləcəyini dəqiqləşdirməyib. Xatırladaq ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi işğaldadır. Bunun sərhədlərin müəyyən edilməsi zamanı Azərbaycana qaytarılması gözlənilir. Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuk bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli məsələdir və kənar qüvvələr buna qarışmamalıdır.  Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun həmsədrləri Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləridir: "Rusiyanın bu prosesdə iştirakına və roluna gəlincə, biz hər zaman dəstək verməyə hazırıq. Biz həmişə dəstək verməyə və sənədləri, o cümlədən Rusiyada tarixən mövcud olan kartoqrafik sənədləri təqdim etməyə hazırıq". Xatırladaq ki, Ermənistandakı Azərbaycan anklavlarının ümumi ərazisi 120 kvadratkilometrdən çoxdur. Belə ki, Yuxarı Əskipara kəndi 8,6, Aşağı Əskipara 9,1, Bağanis Ayrım 40, Bərxudarlı 10,1, Sofulu 22, Qızıl Hacılı 11, Xeyrimli 4,1, Kərki kəndi isə 19,2 kvadratkilometr əraziyə malikdir. Ümumilikdə, Qazax rayonunun 7 kəndinin və Naxçıvanın bir kəndinin ümumi sahəsi 124,1 kvadratkilometrdir. Sofulu və Bərxudarlı kəndləri ölkəmizin nəzarətinə keçəcəyi halda Azərbaycan İrəvan–Tiflis magistralına nəzarət edəcək. Kərki kəndi də qaytarıldığı halda İrəvan–Zəngəzur yolu Azərbaycanın nəzarətinə keçəcək.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

17.05.2025 / 20:17
İmamoğludan hökumətə: Aldansanız da, aldatmayın!

17.05.2025 / 19:50
"Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir" - Vüqar Rəhimzadə

17.05.2025 / 19:44
Avropa Azərbaycanın balanslı geosiyasətində mühüm çəkiyə malikdir - 6-cı Zirvə təsdiqlədi...

17.05.2025 / 18:09
Əliyevlə görüşdə Makronun "Azərbaycan peşmançılığı" aydın görünürdü...

17.05.2025 / 17:43
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

17.05.2025 / 17:20
Ermənistanın Qafqazda Avropanın əsas tərəfdaşı xəyalları puç oldu - Əliyevin 6-cı Zirvə həmləsi...

17.05.2025 / 17:06
İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

17.05.2025 / 16:57
Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

17.05.2025 / 16:33
Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...

17.05.2025 / 13:55
Ermənilər Qüdsdə də “Artsax” tamaşasını səhnələşdirmək istəyir

17.05.2025 / 13:39
İstanbul görüşünə getməməklə Putin böyük risqə getdi, lakin “qazandı”

17.05.2025 / 13:26
Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi

Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678